Xristianların, haşa “İsa ilahdır” demələri bir çox xristian gəncin dindən uzaqlaşmasına səbəb olur. Bu batil inancı yox etməlidirlər. İsa Məsihə Allahın Peyğəmbəri desən xristianlıq dünyanı əhatə edər. Lakin "İsa Allahdır" desən olmaz. Buna görə də, Avropada böyük kütlə dinsiz oldu.
Ateist dürüst insan deməkdir. Mərdcə, açıqca söyləyir, "mən Allaha inana bilmirəm, dinə inana bilmirəm, məni razı salacaq insan varsa danışaq, dürüst iman gətirmək istəyirəm" deyir. Saxtakarlıq, münafiqlik çox qorxuncdur.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Zahirdə imtahanda, batində isə təhsil prosesindəyik, kurs kimi. Çünki Allah bizim nə etdiyimizi bilir. Onsuz da Yaradan Odur. Yəni sonsuz əvvəldən nə etdiyimizi bilir. Biz onsuz da əməl edib qurtarmışıq. Bizi öyrədir, bizim nə olduğumuzu, özümüzə göstərir. Bizi bizə göstərir. Yəni bizi bizə sevdirir. Axirətə hazırlayır.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Müsəlman səhv edə bilər, səhv etməkdən qorxmamaq lazımdır. Çox böyük səhv də edə bilər, müsəlman qardaşını xəbərdar edər, lakin xəbərdarlığa dəlicəsinə reaksiya vermək çox anormaldır. "Yaxşı düşünərəm" deyərsən, "Allah razı olsun etməyə çalışaram" deyərsən olub bitər. Həddindən artıq reaksiya vermək anormal hərəkətdir.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Mömin nəsihətə açıq olmalıdır. Xətalı olması problem deyil, lakin söz dinləyən olmalıdır. Yəni həyasız, nəzakətsiz olmamalıdır, lovğalıq etməməlidir. Nəzakətiylə Quran ölçüsü çərçivəsində dinləyib: "etməyə səy göstərəcəyəm" deməlidir, edə bilməsə də.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
"Hər halda o münafiqdir" deyir. Yaxşı, belə olduğunu fərz edək; öyrət, təbliğ et, ayə söylə, səbir et, danış, elə deyil? O zaman heç kim heç kimlə görüşə bilməz ki, heç bir müsəlman başqa müsəlmanla görüşə bilməz. Ona münafiq de, buna kafir de, o birisinə xəstə de, axırda insan qalmaz.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Möminlər arasında himayəçilik sistemi var. Bir insana münafiq diaqnozu qoyaraq möminlərin arasından atmaq səlahiyyəti yoxdur. Bu ancaq vəhylə olar.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Məsələn, bəzən yazanlar olur: "Qrupumuzda biri var münafiqdir, nə edək?" Haradan bilirsən? Bəlkə o münafiq dediyin insan cənnətə gedəcək, sən cəhənnəmə gedəcəksən. Qəlbini mi yardın? Peyğəmbər heç belə qərar vermir, belə şey yoxdur. Vəhy gəldiyi vaxt qərar verir. İnsanlar münafiqəm deyə uca səslə bağırır, qaynaşır, yenə toxunmur Peyğəmbər (s.ə.v), düzəltməyə çalışır.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Ateisti, dinsizi, İslam əleyhinə olanları qazanmağa çalışdığına görə, qəlbində xəstəlik olan, imanında zəiflik olan müsəlmanı daha çox qazanmağa çalışmaq lazımdır. Çünki o sənin yanında hazır vəziyyətdədir, onsuz da rahat danışa bilirsən. Nə qədər anormal olsa da, nə qədər tərs olsa da, bunun savabı çox olar.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Birisi: "Lə ilahə illəllah, Muhammədən Rəsulullah" dediyi müddətcə sən onu münafiqliklə ittiham edib, müsəlmanların himayəçilik sistemindən kənara çıxarda bilməzsən. Məsələn, "çıx get, küfr əhlinin yanına get" deyə bilməzsən, haramdır. Sən küfr əhlini qazanmağa çalışırsan, onu da göndərməyə çalışırsan. O zaman küfr əhlini niyə qazanmağa çalışırsan?
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Möminlər bir-birlərini qoruyub himayə etməklə mükəlləfdir. Quranda himayəçilik sistemi var. Mömin mömini öz oğlu kimi, qızı kimi, qardaşı kimi qorumalıdır.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Münafiq bəzən çox yaxşı rəftar göstərər. Bu yeni hücumun başlanğıcı olar. Məsələn, hər kəsə yaxşı davranar, yaxşı danışar, lakin bu əsaslı hücum üçün, yeni zəmindir. Yəni şeytanın ona verdiyi, öyrətdiyi hücum başlanğıcıdır. Münafiqin düzəlməsi ümumiyyətlə şübhə altındadır, nəsə edəcək ki, yeni hücum başladacaq.
(A9 TV; 28 fevral 2016)
Adnan Oktar
-
Münafiqlər müsəlmanlardan ümumiyyətlə uzaq durmaq istəyərlər. Uzaq qalmağın səbəbi də, müsəlmanlara biri hücum edərsə, bir şey olsa, həbs edilə bilər, ləkələnə bilər, döyülə bilər, söyülə bilər, adına xələl gəlməsin, məqsəd budur.
(A9 TV; 28 fevral 2016)
Adnan Oktar
-
Münafiqin hədəfi həmişə imamın yanıdır, peyğəmbərin yanıdır. Münafiqin ən çox istədiyi yer burasıdır, çünki ən çox vuruşu, hücumu edəcəyi yer burasıdır. Onun fəaliyyətini dayandıra bilmək üçün, məlumat toplayıb şeytanlarına çatdıra bilmək üçün, mərkəz olan yer bura olduğu üçün bunu çox mühüm görər.
(A9 TV; 28 fevral 2016)
Adnan Oktar
-
Münafiq heç vaxt düzəlməyən, heç vaxt azğınlıqdan əl çəkməyən manyakdır. Qətiyyən kini və nifrəti bitməz münafiqin, sakitləşməz. Yəni tam olaraq ruh xəstəsidir. Vərəm xəstəliyi kimi güclü antibiotik alsa azalar xəstəliyi, lakin dərmanın dozası bir qədər azaldıldığı zaman, dərhal həmləyə keçər. Bəzən də dərmana qarşı immunitet qazanar, heç fərq etməz, bədənini bürüməyə çalışar.
(A9 TV; 28 fevral 2016)
Adnan Oktar
-
Münafiq sevgini bilməz. Sevgidən alət kimi istifadə edər, vasitə kimi istifadə edər. Müsəlmanlara hücum etməkdə, əxlaqsızlıq etməkdə, alçaqlıq etməkdə bir vəsilədir. Yəni müsəlmanı narahat etmək üçün, pislik etmək üçün sevgidən istifadə edər. "Sevdiyim üçün gəldim" deyər, "sevdiyim üçün danışdım" deyər, "sevdiyim üçün bunu edirəm" deyər.
(A9 TV; 28 fevral 2016)
Adnan Oktar
-
Münafiq aqressivləşəndə çox alçaq və şeytani üsuldan istifadə edər. Müsəlmanları haqsızlıq edən, zülm edən, ağılsız hərəkət edən insanlar kimi göstərər. Özünü də tədbirli, ağıllı, vicdanlı, doğru yolda göstərər.
(A9 TV; 28 fevral 2016)
Adnan Oktar
-
Münafiq yalnız peyğəmbər və yaxud imam, o dövrdə müsəlmanların mühüm mərkəzi gücü kimdirsə diqqətini onun üzərində cəmləşdirər. Şeytan diqqətini yayındırmaz. Bütün diqqətiylə həmin insana qarşı təcavüzkarlaşar.
(A9 TV; 28 fevral 2016)
Adnan Oktar
-
Qurana görə münafiqlərin hədəfi bütün müsəlmanlar olmur. Bu çox mühümdür. Peyğəmbər, imam, müsəlmanların lideri kimdirsə o; ən təsirli olduğunu gördüyü insan kimdirsə ona ilişər münafiq. Yəni ən böyük düşməni, ən böyük hədəfi odur. Sonra da peyğəmbərlərin, imamların (artıq o dövrün lider insanı kimdirsə) ən güvəndiyi insanlara ilişər münafiq.
(A9 TV; 28 fevral 2016)
Adnan Oktar
-
Səmimi olmaq zövqlüdür. Bədən üçün xeyli şəfadır. Səmimiyyət insana fərahlıq verər. İnsan səmimi olmasa sıxılar, yəni ağlı kütləşər, sıxıntıya qapılar. Səmimi olduğu zaman rahat olar.
(A9 TV; 28 fevral 2016)
Adnan Oktar
-
İmanlı, dindar nəslin yetişməsi üçün bir kərə darvinizmin əsassızlığı elmi cəhətdən izah edilməlidir. Dini, dialektik fəlsəfəylə izah etmək qeyri-mümkündür.