Cənab Allah "Mənim adımı xatırlayın. Ondan sonra da oturun" demir ki. İslam Birliyini bizə fərz etmişdir. İslam Birliyi olduğunda bütün narahatlıqlar, qarışıqlıqlar, bir-birini bəyənməzliklər hamısı ortadan qalxar. Çünki ən ağıllı, ən doğru sistem qurulmuş olacaq.
(A9 TV; 16 dekabr 2012)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) dövründə bütün dünya İslama qaçacaq. Xristianlar, yəhudilər də onun ədalətindən məmnun olacaqlar. Bütün insanlar azad şəkildə dinlərini yaşayacaqlar, hüzur və bərəkət gələcək, döyüşlər dayanacaq, silahlar qalxacaq, qan axmayacaq, terror, anarxiya olmayacaq. Bir rahatlıq, gözəllik, sevinc bütün dünyanı əhatə edəcək. Sevgi dünyanın hər tərəfini əhatə edəcək. Sevgisiz heç bir yer qalmayacaq.
(A9 TV; 15 dekabr 2012)
Adnan Oktar
-
SEVGİNİ HEÇ BİR ŞƏKİLDƏ BURAXMAMAQ CƏNNƏT XÜSUSİYYƏTİDİR. Çünki cənnətdə sevgi heç buraxılmır. Cənnətdə sonsuza qədər sevgi buraxılmaz. Ən böyük nemətdir. Ən böyük gözəllikdir. Yoxsa cənnətin bir mənası olmaz sevgi olmazsa. Allahı sevdiyimiz üçün cənnətdə hər şeyi sevərik.
(A9 TV; 15 dekabr 2012)
Adnan Oktar
-
Sevgini ön plana çıxartmaq lazımdır. Bütün camaatı sevmək, qardaşlarımızı sevməə yenə sevgi ilə cavab vermək. Yenə sevgisizsə, yenə sevgi ilə cavab vermək. Yenə sevgisizsə, yenə sevgiylə cavab vermək.
(A9 TV; 15 dekabr 2012)
Adnan Oktar
-
Din metafizikdir. Mələklərlə biz iç-içə yaşayırıq. İndi mələklər buradadır. İki tərəfimizdə də mələklər var. Burada cinlər var indi. Dünya metafizikdir.
(A9 TV; 15 dekabr 2012)
Adnan Oktar
-
Müsəlman, metafizik tərəfi ağırlıq təşkil edən varlıqdır. Metafizika ilə əlaqəlidir. Mələklərə inanar, cinlərə inanar, Mehdi (ə.s)-ın gələcəyinə inanar, dəccalın çıxacağına inanar, duxanın (dumanın) zühuruna inanar, dabbətül ərzin çıxacağına inanar, yəcüc və məcücün zühur edəcəyinə inanar.
(A9 TV; 15 dekabr 2012)
Adnan Oktar
-
Kürd qardaşlarımız cavandır, igiddir, candır. Şərəflərinə, qürurlarına çox bağlıdırlar, dürüstdürlər. Qürurludurlar, gözəldir qürurları, tamahkar deyildirlər. Zadəgan və soyludurlar, sevgi doludurlar və çox hörmətlidirlər, kürd qardaşlarımız. Çox dindardırlar. Allahdan çox qorxarlar. Tərtəmiz insanlardır. Bütün Anadolunun insanları kimi onlar da qeyri-adi üstün gözəl xüsusiyyətlərə sahibdirlər, inşaAllah.
(A9 TV; 15 dekabr 2012)
Adnan Oktar
-
Qiyamət çox sürətli inkişaf edən bir vəziyyətdir. Çünki dünya ilə bir toqquşma olacaq. Çox böyük bir meteorit dünyanı deşib keçəcək. Ayədə deyir: "İlk toqquşmanı ikinci toqquşma izləyər". Aydın olur ki, o toqquşan obyekt dünyanı deşib keçəcək, fırlanacaq, bir daha vuracaq. Bunun nəticəsində Dünya əks istiqamətdə dəyişəcək. Tərsinə fırlanmağa başlayacaq. Amma bu saatlar içərisində bitəcək bir hadisə. Ən çox saat davam edər. Çox sürətli qiyamət qopacaq.
(A9 TV; 14 dekabr 2012)
Adnan Oktar
-
Şeytan deyilən bir mənfi güc var, amma təsiri zəifdir. Əsas olan, biz əgər vicdanımızı istifadə etsək, ağlımızı istifadə etsək Allah bizə, dayanmadan vicdanımıza vəhy edər. Məsələn, biz bir şey edərkən, əgər o səhvdirsə bizə məlumat olaraq gəlir o. İlham edilər. Ürəyimizə ilham olar. O məlumata müqavimət göstərsək vicdansızlıq etmiş olarıq. Əgər müqavimət göstərmiyib tətbiq etsək, vicdanımıza uymuş olarıq.
(A9 TV; 14 dekabr 2012)
Adnan Oktar
-
Fateh Sultan Mehmed, Mehdi (ə.s)-a zəmin hazırlamaq üçün İstanbulu fəth etdi, Allah rizası üçün. Üləma, övliya Mehdi (ə.s)-ın İstanbuldan çıxacağını bilirdi. Mehdi (ə.s)-ın rahat şəkildə İstanbulda fəaliyyət etməsi üçün ən çətin şərtlərdə əcdadımız İstanbulu fəth etmişdir.
(A9 TV; 14 dekabr 2012)
Adnan Oktar
-
Fateh Sultan Mehmed də Mehdi (ə.s)-ı gözləyirdi. Sultan Süleyman Qanuni də gözlədi. Hamısı gözlədilər. İstanbulu Mehdi (ə.s) gələcək deyə məscidlərlə təmin etdilər, saraylarla təchiz etdilər. Əcdadımız İstanbulu Mehdi (ə.s)-a bəzədilər, hazırladılar.
(A9 TV; 14 dekabr 2012)
Adnan Oktar
-
Müqəddəs sandığı Mehdi (ə.s) tapacaq. Gətirib hz. Süleyman (ə.s)-ın məscidinin qarşısına qoyan da yenə Mehdi (ə.s)-dır. Müqəddəs əmanətlər Mehdi (ə.s)-a təslim ediləcək. Quran Mehdi (ə.s)-a işarə edir.
(A9 TV; 14 dekabr 2012)
Adnan Oktar
-
İslam Birliyini Avropa istəyir, Amerika da istəyir, amma idarənin Mehdi (ə.s)-ın əlinə keçməsini istəyir. Əgər şəfqət, sevgi, sülh, qardaşlıq, nəzakət, elm, sənət, estetika, demokratiya hakim olsa; Avropaya, Birləşmiş Millətlərə belə bir zəmanət verilmiş olsa İslam Birliyini dərhal qurdurarlar.
(A9 TV; 13 dekabr 2012)
Adnan Oktar
-
Biz bütün açıqlığı ilə, bütün gözəlliyi ilə, bütün ehtişamı ilə peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini ortaya çıxartdıq. Yüzlərlə möcüzəni insanların gözünün qarşısına çıxartdıq.
(A9 TV; 13 dekabr 2012)
Adnan Oktar
-
Mehdiyyəti bu qədər əhatəli izah edən, gecə-gündüz Mehdi (ə.s)-dan bəhs edən, gecə-gündüz dəccaldan bəhs edən, gecə-gündüz axırzaman əlamətlərindən bəhs edən, gecə-gündüz qiyamətin yaxın olduğundan bəhs edən bizdən başqa heç kim yoxdur.
(A9 TV; 13 dekabr 2012)
Adnan Oktar
-
Dünyada Mehdiyyəti bizim qədər çox izah edən, bu qədər məşhur edən bizdən başqa heç kim yoxdur. Belə ağıllı, dəlillərə əsaslanan, qənaətbəxş dəlillərlə məqbul izah edən başqa heç kim yoxdur. Dəccaliyətə də bizim qədər diqqət çəkən kimsə yoxdur. Axırzaman əlamətlərini bizim qədər çox vurğulayan heç kim yoxdur. Dünyada təkik. 1300 ildən bəri də belə bir hadisə yoxdur. İslam tarixində də belə bir hadisə yoxdur.
(A9 TV; 13 dekabr 2012)
Adnan Oktar
-
Qiyamətin ən böyük əlaməti, Mehdi (ə.s)-ın zühurudur. İsa Məsihin zühuru, dəccalın çıxması, yəcüc-məcüc, dabbətül ərz və duxanın (dumanın) zühuru qiyamət əlamətləridir.
(A9 TV; 12 dekabr 2012)
Adnan Oktar
-
İslam olacaq, Türk-İslam Birliyi olacaq. Bunu Amerika da istəyir, İsrail də istəyir. Başqa cür onsuz da dünya rahat olmaz. Dünyanın hüzuru üçün bu şərtdir.
(A9 TV; 12 dekabr 2012)
Adnan Oktar
-
Türkiyə yalnız böyüyəcək və dünyanın ən böyük dövləti, ən böyük milləti olacaq.
(A9 TV; 12 dekabr 2012)
Adnan Oktar
-
Terrora qarşı mübarizə edən hər məmur, hər əsgər bizim mənəvi məsuliyyətimiz altındadır. Namus üçün, din üçün, Allah üçün, Kitab üçün canını ortaya qoyur. Biz də onlara malımızla, sevgimizlə, hörmətimizlə dəstək verməliyik. Əksi vicdansızlıqdır.