Xərçəng xəstələrinin müalicəsindən ödəniş alınmamasının lazım olduğunu illər əvvəl söyləmişdik. Tətbiq edilməsi çox gözəl oldu.
Dünya həyatına dalmış olanlar əyləndiklərini zənn edirlər, lakin həqiqi xoşbəxtliyi və əyləncəni bilmirlər. Dinlədikləri musiqi dəyişməz ritmdən ibarət olur, saatlarla ayaqüstü dayanıb yüngülcə sallanırlar, sonra buna əyləncə deyirlər. Bu əyləncə deyil.
Peyğəmbərimiz (s.ə.v) İslamı təbliğ edir, onu dinləməyə gələn bəziləri isə mənim üçün dua et ki, ticarətim artsın deyirdi, İslama xidmət etməyi düşünmürdü.
Mehdiyyətin əsas xüsusiyyəti ödəniş istəməməsidir. Dini təbliğ etmək əvəzində ödəniş istənilməz.
Mömin Allahdan, dindən, Qurandan bəhs edər. İman qəlbinə yerləşməmiş insanlar isə təkcə mənfəətinin nə olduğunu düşünər.
Küfr əhli Allahdan və axirətdən xəbərsizdir. Təkcə sürünər və özündən iyrənər. Bu vəziyyətə də həll yolu tapa bilməz.
Küfr əhlinin ağlının necə qapalı olduğu və yaşadıqları həyatın necə bir kabus olduğu Quranda çox hikmətlə izah edilmişdir. (Nur surəsi, 40: Ya da (inkar edənlərin əməlləri) əngin dənizdəki qaranlığa bənzəyər; onun üstünü bir dalğa bürüyər, onun üstündə bir dalğa, onun da üstündə bir bulud vardır. Bir qismi bir qismi üzərində olan qaranlıqlar; əlini çıxartdıqda onu belə az qala görə bilməyəcək. Allah kimə nur verməyibsə, artıq onun üçün nur yoxdur.)
Mömin küfr əhlini uzaqdan bir elm adamı kimi təhlil edər. Küfr əhlini ən qəzəbləndirən şeylərdən biri üzlərindəki qaraltıdır, özlərindən nifrət edərlər.
Kaftarlar necə sürünərək yaşayırsa, zalım və qəddarlar da sürünərək yaşayarlar. Sürünməyin adını nəzakətli etmiş və həyat mübarizəsi demişlər.
Küfr əhlinin çox olması müsəlmanları təəccübləndirməməlidir. Meşədə gəzən insan da çox sayda heyvanla qarşılaşar, lakin meşənin hakimi şirdir.
Dünyaya könlünü bağlamış, Allahı unutmuş insanlar üçün Allah dünyanı fəlakətə döndərər. Tipləri də bərbad hala gələr, bu fəlakət içində qıvranarlar.
Allah Özündən uzaq olanların ruhlarını, üzlərini qaraldar. Bu qaraltıdan heç cür xilas ola bilməzlər.
Möminlər həmişə müvəffəqiyyət qazanar. Münafiqin kini və nifrəti isə təkcə özünü yandırar. Dili ilə zərər vermək istəyər, lakin o dil özünü yandırar.
Küfr əhlinin və ya münafiqlərin sayca çox olması əhəmiyyətli deyil. Allah həmişə az sayda möminə zəfər və müvəffəqiyyət vermişdir.
Münafiqlik məsələsi İslam əxlaqı hakim olana qədər gündəmdə saxlayacağımız məsələdir, çünki münafiqlik İslam aləminin üzərindəki ən böyük bəladır.
Münafiqlik çox böyük dəlilik formasıdır. Münafiqin ruhu sanki qatran olmuşdur. Bu ruh halını normal müsəlmanın anlaması qeyri-mümkündür.
Allahın Hayy adı hz. İsada çox təcəlli edər. Palçıqdan quşa bənzər bir şey düzəldir Allahın istəyi ilə canlı quşa çevrilir.
Bir dəfə yaranan şey sonsuza qədər yox olmaz. Deyilən sözlər, mimika və hər şey Allahın hafizəsində sonsuza qədər qalar.
İnsanları dürüstlüyə dəvət etmək lazımdır. Çünki münafiq İslam aləmi üçün böyük təhlükədir. Hal-hazırda İslam aləmində tökülən qandan münafiqlər məsuldur.
Ateist olana təzyiq göstərmək çox yanlışdır. Açıqca, dürüst şəkildə inana bilmədiyini söyləyir. Təzyiq olduqda insanlar münafiqliyə üz tutar Allah qorusun.
Münafiq ən yüksək xüsusiyyətdə mənfi qüvvə olduğu üçün münafiqlə elmi mübarizə aparmaq möminin savabını ən yüksək nöqtəyə çıxarar.