Ateist olana təzyiq göstərmək çox yanlışdır. Açıqca, dürüst şəkildə inana bilmədiyini söyləyir. Təzyiq olduqda insanlar münafiqliyə üz tutar Allah qorusun.
Münafiq ən yüksək xüsusiyyətdə mənfi qüvvə olduğu üçün münafiqlə elmi mübarizə aparmaq möminin savabını ən yüksək nöqtəyə çıxarar.
Küfr əhli açıqdır, rəftarını dürüst şəkildə göstərər, namaz qılmırsa açıqca söyləyər. Münafiq isə inanmadığı halda ömrü boyu saxtakar halda yaşayar.
Münafiq çox yalançıdır. Müsəlmanlarla təmiz yaşamaq istəməz, dinə, imana haşa təhqir yönəldənlərlə əlaqədə yaşayar.
Münafiqlərin taledə sayı bəllidir. Quranda şeytanın səmimi qullara təsir edə bilməyəcəyi, sayı müəyyən edilmiş kəsləri azdıracağı bildirilir.
Mömin səhv edə bilər, lakin səhvində israr etməz.
Dürüst olmaq vicdanın rahat olmasını təmin edər. Münafiq isə həmişə saxtakarlıq, yalançılıq edər, buna görə də həmişə gərginlik içindədir.
Hüzurlu, rahat yaşamaq olduğu halda, münafiq həmişə gərginlik içində əxlaqsızlıq edərək yaşayar.
Münafiqin şeytana təslim olması və şeytanın təsiri altına girməsi möcüzəvi hadisədir. Əslində şeytanın təsiri zəifdir, lakin münafiq şeytana təslim olar.
Mömin orqanizmini gücləndirmək istəyər, lakin məqsədi Allah rizasıdır, Allah üçün xidmətdir. Münafiq isə dünya hərisliyi ilə orqanizmini gücləndirməyə çalışar.
Münafiq şüurlu olaraq Allahdan qorxmaz, bu da onun mənəvi cəhətdən ölü olduğu mənasını verir.
İncildə münafiqlər ağardılmış məzara bənzədilir. Bu bənzətmənin səbəbi; münafiq ölü varlıqdır. Ruhu şeytan tərəfindən əsir alınmışdır.
Münafiq incə çalışdığı üçün müsəlmanların başlarını çox yaxşı işlətməsi lazımdır. Küfr əhli ilə orta səviyyəli ağılla mübarizə aparılar, münafiq üçünsə incə ağıl lazımdır.
Zidd mənfi qüvvə olması, müsəlmanların ağıllarını işlətməsi üçün zəruridir. Cənnətdə elmi mübarizə aparmaq yoxdur, bu sırf dünyaya məxsus xüsusiyyətdir.
Hz. Adəm dövründən etibarən Allah mütləq iki zidd qüvvəni birlikdə yaradır. Mütləq dəccaliyyət və mehdiyyət olur.
Münafiq üçün hər şey əzab vəsiləsidir. Gəzib dolanar bu onu çökdürər. Yeyər, içər, bu onun üçün bəlaya dönər.
Mehdinin fikri olaraq mübarizə apardığı, içlərində qadın dəccalların da olduğu 30-a yaxın böyüklü-kiçikli dəccal olacaq.
Münafiq özünü müsəlmanmış kimi göstərərək müsəlmanlara sanki zəli kimi yapışar. Alçaqcasına təkcə öz mənfəəti ardınca qaçar.
Münafiq müsəlmanların arasında sanki turist kimi yaşayar. İslam üçün fikri mübarizə aparmaq onu maraqlandırmaz, təkcə öz rahatlığını düşünər.
Münafiq fitnəyə dəvət edilsə dərhal gedər, lakin məsələ İslama xidmət olduqda müsəlmanları ittiham altında saxlayacaq ifadələr verərək qaçmağa çalışar.
Münafiq heyrət ediləcək dərəcədə yalançıdır, hər şey üçün bəhanə tapar. Bir əxlaqsızlıq etdikdə bəhanəsi də mütləq olar.