Türkiyənin əlinə müsəlman qanı bulaşması haram olar. Türkiyənin müsəlmanların səhvlərinə qarşı aparacağı mübarizəsi elm və fikirlə olar. Biz heç kimin bombalanmasını istəmirik. Əsil təsirli mübarizə fikirlə olar. Elmlə mübarizə aparmadan bombalamaqla nəticə alınmaz.
Cerablusu PKK-ya təslim etməyə istiqamətli bir siyasət yürüdülməsi qəbul ediləcək vəziyyət deyil.
Demokratiyadan başqa yolla hökuməti devirməyə təşəbbüs edən, siyasi cəhətdən özü yox olar.
Mehdiyyətin Tövrat və İncildə olduğunu bildirən Qurandır. Bu, mehdiyyətin nə qədər güclü inanc olduğunun dəlillərindən biridir.
Əleyhinə olanların çox olması mehdiyyətin daha güclü inkişaf etməsini təmin edər.
Masonlar, tampliyerlər başda olmaqla bütün qruplar, xristianlar, musəvilər, müsəlmanlar və bütün iman gətirənlər Mehdini gözləyirlər.
Mehdiyyətlə əlaqədar hədislər nəfəs kəsəcək şəkildə, heyranlıq oyandıracaq dəqiqlikdə tam olaraq doğru çıxır. Yüzlərlə hədis reallaşdı.
Problemi söyləyir, lakin həll yolunu söyləmirlər. Dünyadakı bu sevgisizliyi aradan qaldıracaq, ölmüş ruhları canlandıracaq olan Mehdi və İsa Məsihdir.
Bəzilərinin izah etdiyi İslam anlayışının yaşanması qeyri-mümkündür, onsuz da ən yaxınları və hətta özləri belə izah etdiklərini yaşamırlar. Belə donuq, ağır, elmdən və incəsənətdən uzaq üslubla İslam izah edildikdə gənclərə, onları yetişdirə biləcək bir sistem meydana gəlmir.
Yalnız yol, körpü və bənd inşa edilməsi kifayət etmir. Əsil prioritet keyfiyyətli, imanlı, ziyalı, müasir, sevgini bilən bir nəsil yetişdirmək olmalıdır.
Donuq, dar düşünən, keyfiyyətsiz, incəliyi olmayan, Allahdan uzaq, sevgini və hörməti heç bilməyən özünə də hörməti olmayan bir nəsil meydana gəlir. Ruhu qaranlıq, bədəni də çirkli, demək olar ki, hər kəsdən nifrət edən bəzi gənclərin işlətdikləri üslub da həmişə faydasız olur.
Darvinizm Allahı inkar edən bir fəlsəfədir. Gecə-gündüz birtərəfli darvinist təhsil verilməsi Allah qorusun bəlanı cəlb edər.
PKK öz tərəfdarlarını siyasiləşdirir və şüurla yetişdirir, bunun müqabilində ideologiyası, inancı və əzmi olmayan nəsil yetişsə fəlakət olar.
PKK özünə inamını itirməmək, daha çox döyüşçü toplayacağı təbliğat aparmaq üçün hər gün mütləq aksiya keçirir. Bir yerdə PKK belə əzmlə mübarizə apararkən, əsgər və polis canları bahasına mübarizə apararkən digər yerdə sanki heç nə yoxmuş kimi davranılır. Bir çox insanın danışdığı mövzu futbol matçı, yarışma proqramı, evlilik və s. olur. Tezliklə milli şüur dərslərinin keçirilməsi və maarifləndirmənin artırılması vacibdir.
İsrail-Fələstin arasındakı münaqişənin tam olaraq həll edilməsi mehdiyyət vəsiləsi ilə olacaq.
Türkiyə mütləq Misirlə də əlaqələrini düzəltməlidir. Biz Misir xalqını sevirik, Misir xalqının dostuyuq.
Mehdiyyətin zahir olması üçün mənfi qüvvələr də olmalıdır. Batini gözlə baxıldığı zaman mənfi qüvvələrin mehdiyyətə xidmət etdiyi görülər.
Masonluqdakı düyün simvolu, fəsadla düyünlənmiş dünyanı Mehdinin açacağını izah edən simvoldur.
Masonluqda çoxlu düşüncə və ideologiya var. Lakin Axırzamanda masonluq mehdiyyətə xidmət edən mövqedə olacaq.
Müsəlmanları şirk zehniyyətindən qəti olaraq mehdiyyət xilas edəcək.
Müsəlmanın müsəlmana qırdırılmasına, müsəlman qanı tökülməsinə, belə namərd bir oyun oynanmasına elmlə və irfanla əsla icazə vermərik.