PKK öz tərəfdarlarını siyasiləşdirir və şüurla yetişdirir, bunun müqabilində ideologiyası, inancı və əzmi olmayan nəsil yetişsə fəlakət olar.
PKK özünə inamını itirməmək, daha çox döyüşçü toplayacağı təbliğat aparmaq üçün hər gün mütləq aksiya keçirir. Bir yerdə PKK belə əzmlə mübarizə apararkən, əsgər və polis canları bahasına mübarizə apararkən digər yerdə sanki heç nə yoxmuş kimi davranılır. Bir çox insanın danışdığı mövzu futbol matçı, yarışma proqramı, evlilik və s. olur. Tezliklə milli şüur dərslərinin keçirilməsi və maarifləndirmənin artırılması vacibdir.
İsrail-Fələstin arasındakı münaqişənin tam olaraq həll edilməsi mehdiyyət vəsiləsi ilə olacaq.
Türkiyə mütləq Misirlə də əlaqələrini düzəltməlidir. Biz Misir xalqını sevirik, Misir xalqının dostuyuq.
Mehdiyyətin zahir olması üçün mənfi qüvvələr də olmalıdır. Batini gözlə baxıldığı zaman mənfi qüvvələrin mehdiyyətə xidmət etdiyi görülər.
Masonluqdakı düyün simvolu, fəsadla düyünlənmiş dünyanı Mehdinin açacağını izah edən simvoldur.
Masonluqda çoxlu düşüncə və ideologiya var. Lakin Axırzamanda masonluq mehdiyyətə xidmət edən mövqedə olacaq.
Müsəlmanları şirk zehniyyətindən qəti olaraq mehdiyyət xilas edəcək.
Müsəlmanın müsəlmana qırdırılmasına, müsəlman qanı tökülməsinə, belə namərd bir oyun oynanmasına elmlə və irfanla əsla icazə vermərik.
Azadlıq, Allah eşqiylə qəlbi sevgi dolu, mutmain (rahat) olan insanın yaşadığı xoşbəxtlik və hüzurdur. Qəlbi mutmain (rahat) olmayan istədiyi yeri gəzsin, küçələrdə olsun istədiyi qədər, azad olduğunu iddia etsin, bədbəxtdir və azad deyil.
Dəccaliyyət insanların həyatı boş və mənasız olaraq görmələrini istəyir. Həyata dair təlqin etdiyi məqsəd yalnız iş sahibi olmaq, evlənmək, çoxalmaq, futbol matçı izləməkdən ibarət olur. Bu zaman insanların çoxu heç axirəti düşünmədən yaşayır, ölüm gəldikdə axirət ağıllarına gəlir.
Münafiqlərin oyunlarına, özlərini müsəlman kimi tanıdıb İngiltərə dərin dövlətinə tərəfdaşlıq edənlərə, rumilik fəlsəfəsini yayanlara, İslamın yerinə rumiliyi yaymağa çalışanlara, homoseksuallığı qanuni kimi göstərməyə çalışanlara, Türkiyəni bölmək istəyənlərə, PKK ilə əməkdaşlıq edənlərə, küfr əhlinin istilasını təhlükəli deyilmiş kimi göstərməyə çalışanlara elmlə və irfanla icazə vermədik, verməyəcəyik.
Qərb müasir həqiqi İslam anlayışını axtarır və görmək istəyir. İngiltərə dərin dövləti müasirliyin olmamasını müsəlmanların əleyhinə istifadə edir.
Etiqadı yanlış belə olsa etiqadlı bir cəmiyyət etiqadsız olanlara üstün gələr. Bir dəstə inanclı, inancı və ideologiyası olmayanlara hakim olar. Əgər insanların əksəriyyətinin zehni boşdursa, bir ideologiyası və inancı yoxdursa, qarşı tərəfin inancı səhv də olsa, sayı az da olsa qalib gələr.
Allahı, Kitabı və İslamı rədd edən, bütün kainatın təsadüfən yaradıldığını iddia edən inkar fəlsəfəsinin dövlət əli ilə öyrədilməsi böyük fəlakətdir. Allahın açıqca inkar edilməsi Allahın xoşuna gəlməz. Darvinizm mütləq elmi cavabları ilə birlikdə öyrədilməlidir.
Qınayanın qınağından çəkinməyən, yalnız Allahdan qorxan, heç bir mənfəət arxasında olmayan, bütün həyatını İslama həsr edən, bütün mənliyi ilə İslama xidmət edən, səhabə əxlaqını, İslamı yaymaq üçün səy göstərən, müasir, ziyalı, incəsənətdən və keyfiyyətdən zövq alan bir cəmiyyətik. Bizim bu xarakterimiz İslama qarşı olan bütün kütlələrə sanki mənəvi zərbə olur.
Həqiqi mehdiyyətdə güc tətbiq etmək, zorakılıq, dağıtmaq, devirmək yoxdur. Sevgiylə, gözəl sözlə öyüd vermək vardır, gücləndirmək vardır.
İngiltərə dərin dövlətinin Suriyada, İraqda olduğu kimi sel kimi müsəlman qanı axıtmaq və Türkiyəni parçalamaq üçün fəaliyyətdə olduğu görünür.
Mehdiyyət üstünə gedildikcə inkişaf edir. Öz aləmlərində mehdiyyət əleyhinə olduğunu zənn edənlər də mehdiyyətə xidmət edərlər.
İngiltərə dərin dövləti bölgədə bir armaqedon istəyir, sel kimi müsəlman qanı axmasını istəyir. Türkiyə əsla müsəlman qanı tökməz, tökməyəcək.
İngiltərə dərin dövləti zəncirvari oyunlar qurur. Müsəlmanları bir-birlərinə qırdırmaq, müsəlman qanı tökməyə Türkiyəni alışdırmaq istəyirlər.