Türkiyəni məhv edən əsil təhlükə münafiqlikdir. Münafiq xarakterinə çox diqqət etmək lazımdır.
Mehdilik yoxdur deyənlər diqqətlə hadisələrə baxsınlar, hər kəs mehdiyyətdən danışır. 2019-cu ildə, 2020-ci ildə daha dəqiq anlayacaqlar.
İstəsələr də, istəməsələr də hər kəs mehdiyyətə xidmət edər. Allahın təqdir etdiyi taleyin qarşısında heç kim dayana bilməz.
Dünyəvi təhsilin olması üçün həm darvinizm, həm də onun əsassızlığını izah edən yaradılış həqiqəti eyni anda təhsilə daxil edilməlidir.
İdarə edənlərin çox şəfqətli və mərhəmətli olmaları, idarə edilənlərin isə Allah ilə əlaqələrinin çox güclü olması lazımdır. Allahdan uzaqlaşılan bir mühitdə Allah bərəkətsizlik, uğursuzluq və zülm mühiti meydana gətirər.
İngiltərə dərin dövlətinə tərəfdaşlıq edənlərin çoxbilmişlikləri, xalqa yuxarıdan aşağı baxmaları, qibtə edənlərdən olmaları, çox kitab oxuyurmuş kimi görünmələri, homoseksuallığı müdafiə etmələri, özlərini daha mühüm insan hesab etmələri, yarı ingiliscə danışaraq ədalı olduqlarını zənn etmələri ortaq cəhətləridir.
Dəccaliyyətə qarşı Allahın göstərdiyi həll yolu həqiqi mehdiyyətdir. Allahın göstərdiyi çözümü anlamazlıqdan gələnə Allah müvəffəqiyyət nəsib etməz.
Saxta mehdiyyətə qarşı mübarizə, təkcə həqiqi mehdiyyətlə mümkün olar. Həqiqi mehdiyyəti izah etmədən və qəbul etmədən hər hansı müvəffəqiyyət qazanılmaz.
Mehdiyyətə ən çox qarşı çıxanlar belə, dünyanın mehdiyyətlə formalaşdığını gördü.
Peyğəmbərimiz (s.ə.v); "Dəccal əvvəlcə yaxşılıq iddiası ilə ortaya çıxar, sonra alimlik iddia edər, ən sonda isə haşa ilahlıq iddia edər" deyir.
Üst ağıl dəccaliyyətdir. Dəccaliyyəti zərərsizləşdirəcək qüvvə mehdiyyətdir.
Bir iqtidarın güclü olması üçün, ziyalısı çox olmalı, sevgini, incəsənəti və keyfiyyəti həyat fəlsəfəsi halına gətirməlidir. Əks təqdirdə nə vaxtsa ölkəyə zərər verər. Bəzi yerlərdə sağ yönümlü hökumətlər ancaq iqtisadi inkişafa üstünlük verir, halbuki həyatın təməli sevgi, incəsənət və keyfiyyətdir. Keyfiyyət anlayışı inkişaf etdikdə dövlət çevrilişi və üsyan zehniyyəti inkişaf edə bilmir.
Müsəlman ziyalı, müasir, hər düşüncədən olan insana hörmət göstərən, şəfqətlə yanaşan, hər kəslə dost olan rəftar göstərməlidir.
Bütün ölkələrə qarşı çıxmaq, Kitab əhlini sanki düşmən hesab edən, yetişmiş ziyalısı olmayan bir quruluş yaransa Allah bu quruluşa müvəffəqiyyət verməz.
Allah Kitab əhlindən kütləvi nifrət edilməsini söyləmir, tam əksinə Kitab əhlinə şəfqətlə və dostcasına yaxınlaşmağı söyləyir.
Başbuğ Türkeşin yetişdirdiyi insanlarda heyrətamiz dövlət tərbiyəsi və dövlətə dərin hörmət var. Başbuğ onları mükəmməl yetişdirdi. Rəhmətlik Başbuğun tələbələri üsyan qarşısında vətəni müdafiə etməkdə, boyunlarına mühüm vəzifə götürdülər.
Süfyanlar, dəccallar, hamısı mehdiyyətə xidmət edərlər, istəsələr də, istəməsələr də. Allah Türkiyəni yavaş-yavaş mehdiyyət ruhu ilə bürüyür.
Türkiyəni parçalamaq xəyalı quranlar boşuna həvəslənməsinlər. Gəldikləri zaman, layiq olduqları qanuni qarşılanmanı görərlər.
Şəhidlərimizin məqamına qibtə edirik, nə böyük şərəfə nail oldular. Allah ailələrinə xeyirli uzun ömür nəsib etsin.
Hal-hazırda dünyada metafizik mübarizə var, dəccaliyyət ilə mehdiyyət arasında böyük elmi mübarizə yaşanır. İnsanlar bunu 2020-ci illərdə anlayacaq.
Dəccaliyyət bütün ölkələrdə necə təsirli olursa, Türkiyədə də elə təsirli olacağını güman etdi. Allahın mehdiyyəti xüsusi qoruduğunu heç düşünə bilmədi. Dəccaliyyətin ən böyük ağılsızlığı Allaha qarşı mübarizə apardığını və məğlubiyyətə məhkum olduğunu anlaya bilməməyidir.