Müsəlman ziyalı, müasir, hər düşüncədən olan insana hörmət göstərən, şəfqətlə yanaşan, hər kəslə dost olan rəftar göstərməlidir.
Bütün ölkələrə qarşı çıxmaq, Kitab əhlini sanki düşmən hesab edən, yetişmiş ziyalısı olmayan bir quruluş yaransa Allah bu quruluşa müvəffəqiyyət verməz.
Allah Kitab əhlindən kütləvi nifrət edilməsini söyləmir, tam əksinə Kitab əhlinə şəfqətlə və dostcasına yaxınlaşmağı söyləyir.
Başbuğ Türkeşin yetişdirdiyi insanlarda heyrətamiz dövlət tərbiyəsi və dövlətə dərin hörmət var. Başbuğ onları mükəmməl yetişdirdi. Rəhmətlik Başbuğun tələbələri üsyan qarşısında vətəni müdafiə etməkdə, boyunlarına mühüm vəzifə götürdülər.
Süfyanlar, dəccallar, hamısı mehdiyyətə xidmət edərlər, istəsələr də, istəməsələr də. Allah Türkiyəni yavaş-yavaş mehdiyyət ruhu ilə bürüyür.
Türkiyəni parçalamaq xəyalı quranlar boşuna həvəslənməsinlər. Gəldikləri zaman, layiq olduqları qanuni qarşılanmanı görərlər.
Şəhidlərimizin məqamına qibtə edirik, nə böyük şərəfə nail oldular. Allah ailələrinə xeyirli uzun ömür nəsib etsin.
Hal-hazırda dünyada metafizik mübarizə var, dəccaliyyət ilə mehdiyyət arasında böyük elmi mübarizə yaşanır. İnsanlar bunu 2020-ci illərdə anlayacaq.
Dəccaliyyət bütün ölkələrdə necə təsirli olursa, Türkiyədə də elə təsirli olacağını güman etdi. Allahın mehdiyyəti xüsusi qoruduğunu heç düşünə bilmədi. Dəccaliyyətin ən böyük ağılsızlığı Allaha qarşı mübarizə apardığını və məğlubiyyətə məhkum olduğunu anlaya bilməməyidir.
Mehdi (ə.s), Cəbrayıl, Mikayıl və İsrafil tərəfindən üç cəbhədən qorunar və 3000 mələk də Mehdini, hər müxalif edənə qarşı qoruyar.
Hal-hazırda dəccaliyyət ilə mehdiyyət ağlasığmaz şəkildə mübarizə aparır. Dəccalın gücünün çatmayacağı yeganə insan Mehdi (ə.s)-dır.
Mehdi (ə.s) Allahdan qorxan, qan axıtmayan, acizliyini bilən, Allahın məzlum quludur. Hz. Mehdi (ə.s) siyasətə əsla qarışmaz, sevgi insanıdır, sevgidən, mərhəmətdən, dostluqdan və sülhdən danışar.
Heç kim mehdiyyəti dayandıra bilməz, çünki Allahın istəyi dayandırıla bilməz.
Mehdiyyət dövründə silah və sursat tamamilə aradan qaldırılacaq. Silaha yatırılan pul istehsala, inkişafa gedəcək.
Prezident idarəetmə sistemi dövlət çevriliş cəhdləri üçün də, əlverişli zəmin yarada bilər, bu çox riskli olar. Buna görə də, müxalifətin, hər fikirdən olan insanın mövcudluğu əhəmiyyətlidir.
Əsgərlərin əksəriyyəti dövlət çevrilişi edənlərə qarşı nə edilməli olduğunu bilmirlər, əsgərə bu mövzuda təlim keçilməlidir.
İslamın Birliyinin yaranması üçün Putinlə xüsusi görüş keçirilə bilər. İran-Türkiyə-Rusiya-Pakistan birləşsə ilk mərhələdə kafi olar.
Tayyib hocamın Putinə yaxşı sahib çıxmasında, Putinlə tezliklə əməkdaşlıq edilməsində fayda var.
Tayyib hocamdan xahişimiz Putinlə çox yaxşı ittifaq edilməsi, iqtisadi əməkdaşlıq da əhəmiyyətlidir, lakin ən əhəmiyyətlisi dərhal hərbi ittifaq edilməsidir.
Bədiüzzaman çox gözəl fəaliyyətlər göstərmiş, eləcə də, özündən 100 il sonra gələcək hz. Mehdini də əsərlərində müjdələmişdir.
Kahtani hədislərə görə zalım biridir və geniş məlumat şəbəkəsinin olduğu da yenə hədislərdən aydın olur. Peyğəmbərimiz (s.ə.v); "Kahtaninin qulağı dəlikdir" deyərək özünə hər yerdən məlumat gəldiyinə işarə etmişdir.