Türkiyəni bölünməyə aparan heç nəyi qəbul etmərik. Başçılıq sistemi deyilən bir şey heç vaxt və qəti şəkildə qəbul etmərik! Unutsunlar. Türkiyədə biz narahatlıq istəmirik. Türkiyə bütöv qalacaq.
İslam hər şeyin ən gözəli deməkdir. Ən keyfiyyətlisi, doğrusu deməkdir. İslamın mənası budur. Bir şeyin ən mükəmməl, ən ağıllı, ən doğru, ən yaxşı olanı İslamdır.
Sevgi və səmimiyyət iç-içədir. Sevgini bilməyən səmimiyyəti bilməz, səmimiyyəti bilməyən də sevgini bilməz. Bunlar da ağılla əlaqəlidir, ağıl da Quranla əlaqəlidir, Quran isə Allah qorxusu ilə əlaqəlidir.
Əsl yurd Cənnətdir. Bura kurs kimi təhsil aldığımız bir yerdir. Hər şeydə çatışmazlıq vardır. Müsəlmanlar, hər kəs sürətlə axirətə doğru gedir. Yaxşılar, pislər daima ayırd edilir.
Sərt olan mülayimləşər, tərs olan da düzələr. Bir insan, bir fikir sabit qalmağa məhkum deyil. Səhv olan hər şey sevgi ilə, elmlə, ağılla düzəldilər, inşaAllah.
Hz. Mehdi (ə.s) masonların üstündə bir gücdür. Masonluq Mehdi (ə.s)-a xidmət edər, Mehdi (ə.s) masonluğa xidmət etməz.
Yavaş-yavaş sevgi ilə, sevinclə, şəfqətlə, insan fitrətinin təbii yaşanması ilə mehdiyyət özünü göstərməyə başlayacaqdır.
Allah insanların heç gözləmədikəri adamı Mehdi edəcək. Mehdi (ə.s) ümid edilən bir insan deyil, ağlagəlməz bir insandır.
Ölkə olaraq mənəviyyatımızı, imanımızı itirsək məhv olarıq, Allah qorusun. Amma, inşaAllah bu iman və mehdiyyət gücü ilə bütün dünyaya hakim olacağıq.
Hal-hazırda dindar xanımları kişilərə bənzədirlər. Ənənəvi Ortodoks müsəlmanlar qadınlara eynilə kişilərə oxşar görkəm verdilər. Peyğəmbərimiz (s.ə.v) deyir ki, qadınların kişilərə bənzəməsi qiyamət əlamətidir. Qadın qadına bənzəməlidir, inşaAllah.
Bütün dünya siyasəti hal-hazırda mehdiyyətə görə hazırlanır. Amerikanın İraqa girməsində, Suriyanın bu vəziyyətə düşməsində yeganə məqsəd yalnız mehdiyyətdir.
Bütün dünya mehdiyyətə hazırlanır. Masonluq ilk qurulduğu gündən başlayaraq mehdiyyəti, Mehdi (ə.s)-a xidmət etməyi hədəf almışdır. Əzilib-bükülmüşdür, lakin axırda mehdiyyətə xidmət etməklə vəzifəsini başa vuracaqdır.
Aydındır ki, dünya xüsusi olaraq yaradılmış təhsil yeridir. Buraya tamah salınacaq, bağlanılacaq bir cəhət yoxdur. Bir də ehtirasla bağlanmadıqda Allah möcüzəvi şəkildə möminlərə kömək edir, gözəl bir mühit yaradır.
Allah "səmimi olan qullarım xilas olar" deyir. Səmimiyyət nəzərdən qaçan mövzudur. Halbuki, Allah yalnız səmimiyyəti qurtuluş vəsiləsi olaraq göstərir. Çünki insan səmimidirsə onsuz da dinin tələb etdiyini tam yerinə yetirər, hər şeyi ən gözəl tərzdə edər.
PKK hərəkatı kəskin xərçəng xəstəliyi kimidir. Elmi əsaslarla mütləq dərman verib müalicə etdirmək lazımdır.
Mehdiyyət sevgi, şəfqət, məhəbbət təhsilidir. Mehdi (ə.s) üsyanı, tüğyanı, dəlaləti tənqid edən, onun səhv olduğunu insanlara öyrədən, gözəlliyi, sevgini böyük məhəbbətlə insanların ürəklərinə həkk edən varlıqdır.
İslam Birliyinin tezliklə qurulması fərzdir. Bütün diqqətimizi İslam Birliyinə yönəltməyimiz fərzdir. Buna görə mehdiyyətə cəmləşmək fərz olur.
Mehdi olmaq üçün çalışmaq, cəhd göstərmək kifayət deyil. Mehdi olaraq doğulmaq lazımdır. Qədərində Allah tərəfindən Mehdi olaraq təyin edilməlidir.
Hökumət kənd qoruyucularının həm sayını çoxaltsın, həm də onlara polislərə tanıdığı haqları versin. Kənd qoruyucuları hər kənddə, hər yerdə olsun. Kənd qoruyuculuğunun ləğv edilməsi olduqca təhlükəli olar. Əksinə canlandırılmalıdır.
Sənə aid olan heç nə yoxdur, hər şey Allaha aiddir. Gözəllik də, sevdirmək də, bəyəndirmək də hamısı Allaha aiddir. Sonsuz gözəllik Allahın Özüdür. Biz bunu təcəllilərindən anlayırıq. Allahın gözəlliyindən bir parça təcəlli edir və bizim nəfəsimiz kəsilir.
Yas tutmaq məntiqi birmənalı olaraq düzgün deyil. Müsəlmanda elə şey olmaz. Dünyaya göndərən də Allahdır, Öz qatına alan da Allahdır. Qədərə təslimiyyət, Allahın xeyrinə, gözəlliyinə, bərəkətinə etimad etmək lazımdır, doğru olan budur. Əks təqdirdə insana yaraşmayan hərəkətdir.