Yas tutmaq məntiqi birmənalı olaraq düzgün deyil. Müsəlmanda elə şey olmaz. Dünyaya göndərən də Allahdır, Öz qatına alan da Allahdır. Qədərə təslimiyyət, Allahın xeyrinə, gözəlliyinə, bərəkətinə etimad etmək lazımdır, doğru olan budur. Əks təqdirdə insana yaraşmayan hərəkətdir.
Allah canını aldığına görə, onu xeyirlə dünyaya gətirmiş, xeyirlə də Öz qatına almışdır. Ağlamağın mənası yoxdur. Rəbbimizin qədərindən razı olmaq, onda xeyir görmək möminin xüsusiyyəti olmalıdır.
Mömin həmişə sevincli, xoş əhvali-ruhiyyəli olmalıdır, Allahın hökmünə razı olmalıdır. Hz. Mövlana deyir: "Mən vəfat edərkən bayram edin". Şəbi Arus ilə Mövləvilər Mövlana üçün çalğıları ilə rəqs edərlər.
Cənnət sevinc yurdudur, sonsuz xoşbəxtlik və gözəllikdir. Hər şeyin ən yaxşısının olduğu bir yurda vəfat edən bir vildanı yola salırsansa yas tutmaq fikri səhv olar. “Allahın etdiyini bəyənmədim, mən daha yaxşısını bilirəm” mənası verər. Haşa. Allaha şirk qoşmaq olar
İnsanın da çirkini vardır, amma insanın üstünlüyü budur; gözəl əxlaqı ilə çirkinliyini gözəlliyə çevirə bilər. Yəni çox nurlu, sevilən bir insan ola bilər.
Mömin gözəli çirkini görəcək, gözəli seçəcək, çirkinlikdə də hikmət axtaracaq. Cənnətdə heç çirkin yoxdur, sırf bu dünyada imtahan üçün çirkin yaradılar. Cənnətdə hər şey gözəldir; ağaclar, bitkilər, insanlar, uşaqlar, bütün yeməklər, hər şey.
Türkiyə Osmanlı kimi Amerika kimi güclü olsa, federasiya və avtonom rəhbərlik olsa da fərqi olmaz. Amma hal-hazırda böyük bir təhlükə içərisindəyik.
Bölünmə məsələsi hal-hazırda Türkiyənin ən böyük təhlükəsidir. Ən böyük təhlükədir. Bütün gücümüz, qüvvəmiz gedər, etibarımız gedər. İqtisadiyyatımız məhv olar, bu, çox böyük təhlükədir. Parça-parça olarıq, Allah əsirgəsin və Türkiyə deyilən bir şey qalmaz. İslam aləmini də darmadağın edərlər, müsəlmanları da məhv edərlər. Kürd deyilən də bir şey də qalmaz.
Kürd, laz qardaşlarımız, biz türklük adı altında birləşdik. Onun adı budur, yəni birliyin adı türklükdür. Yoxsa bu genetik üstünlük, genetik kod mənasında deyil.
Birlik və bərabərlikdə gözəllik, qüvvət var. Allah ona görə birlik və bərabər olun deyir.
Sən elə fikirləşirsən ki, kürdləri birləşdirəndən sonra xoşbəxt olacaqlar. Belə bir şey olmayacaq. Ən böyük kürd qırğını həyata keçirməyi düşünürlər. Bölgədə Kommunist Kürdüstan nə deməkdir? Belə olduqda bütün Avropanın, Amerikanın hədəfi olacaqdır. Yun pambığı kimi atarlar.
Zalımlara mane olan, məzlumları qoruyan gözəl ölkəmiz var. Onsuz da çox kiçik bir qüvvəyə, çox kiçik torpaq parçasına sahibik. Onu da bölməyə çalışsan o zaman qiyamət qopar. Əvəzi qiyamətlə verilər. Dünya dağılar, bunu unudacaqlar.
Türkiyədə ən böyük dərd bölünmədir. Ciddi bölünmə təhlükəsi var. MHP də, CHP də, BBP də, Səadət Partiyası da bölünmə məsələsində çox şiddətli təbliğata, açıqlama proqramlarına başlamalıdırlar. Xalqı xəbərdar etməlidirlər.
Peyğəmbərimiz (s.ə.v) deyir: "Axırzamanda qadınlar kişiləşəcək". Eynilə baş verdi. Yaradılışı pozdular. Mehdiyyət dövründə qadınlar qadına bənzəyəcək, kişilər kişiyə bənzəyəcək, binalar bina kimi olacaq, sənət sənət kimi olacaq, musiqi musiqi kimi olacaq, hər şey öz qaydasına düşəcək və hər şey gözəlləşəcək, inşaAllah.
Allah insanların Ondan uzaqlaşmasına, Darvinizmə, materializmə meyl göstərmələrinə, materialist ruha düşmələrinə, xüsusilə də Qurandan uzaqlaşmalarına görə qadın gözəlliyini, qadın sevgisini dünyadan aldı.
Səbəbə sarılmadan dua etməzlər. "Namaz qılacağam" deyib, oturmaq olmaz. "Allahım, mənə namaz qıldır" deyərək nəyisə oturub gözləsən, elə orada da qalarsan. Qalxıb feli, əməli dua ilə namazını qılacaqsan. Sənin orada hərəkət edib zəhmət çəkməyin feli duadır.
PKK çox qəddar, mərhəmətsiz bir hərəkatdır. Xalq mülayim, sakit, sadə rəhbərlik edəcəklərini düşünür, elə bir şey yoxdur. Yəni qurd tələsinə insanların rahat düşmələri üçün, tələnin rahat işləməsi üçün PKK indi çox yumşaq davranır, amma kommunist rəhbərlik qurulduqdan sonra mərhəmətsiz, kəskin cəhətlərini ortaya çıxarar.
PKK siyasi istiqamətdən rəhbərliyi ələ keçirəndə, yəni kommunist rəhbərlik, proletariya diktatorluğu qurulanda müsəlmanların nicatlarını kəsərlər. Bir dənə də olsun məscid, came saxlamazlar. Dini əsərlər, dini kitablar və s. saxlamazlar.
PKK son zamanlarda, xüsusilə, Abdullah Öcalanın şərhlərindən sonra özünü dindar göstərməyə başladı. Bu çox təhlükəli bir taktikadır.
Müsəlmanlar arasında tərəf saxlayan kənarda qalar. Müsəlmanlar arasında tərəf saxlamaq haramdır.
Camaatla hökumətin arasını düzəltmək üçün cəhd göstərmək lazımdır. Aralarını düzəltmək fərzdir, Quranın əmri, Allahın əmridir. Allah "iki müsəlman birliyin bir-birləri ilə münaqişələri olsa, onların aralarını düzəldin" deyir. Buna görə biz belə bir şeydə tərəf saxlamayaq.