Türkiyə keyfiyyətə olduqca əhəmiyyət verməli, ultramüasir olmalıdır. İnsanlarımız çox gözəl geyinməli, gözəl danışmalı, gözəl yeməli, gözəl içməlidir. Şəhərlərimiz Parisdən, Londondan çox keyfiyyətli olmalıdır.
Keyfiyyətsizlik İslam aləmini bürüdü. İngiltərə dərin dövləti İslam ölkələrində keyfiyyətsizliyi, bəsitliyi heyrətamiz şəkildə təşviq edir; kobud, sadə və ağılsız nəsil olmasını istəyir. Nəzakətsiz, mədəniyyətsiz, incəsənətdən uzaq, milli şüurdan uzaq nəsil olmasını istəyir. Həmçinin bunun üçün televole mədəniyyətini mümkün qədər yayırlar.
Amerika və Avropa silah ehtiyatlarını müsəlmanları öldürərək yox edir. Münafiqlərin ucbatından bu çıxılmaz vəziyyət davam edir.
Dünya zavodlarında istehsal edilən bütün silahlar müsəlmanları öldürmək üçün istifadə edilir. Münafiqlər də axmaq və alçaqcasına bu oyuna alət olurlar.
İngiltərə dərin dövləti gəncləri ədabaz və asi olmağa təşviq edir. Hörmətli, alicənab, nəzakətli insanları da anormal kimi göstərməyə çalışır.
Küfr əhlinin İslam aləmində münafiqlə etdirməyəcəyi heç nə yoxdur. Münafiq alçaq və tərəfdaş olduğu üçün, mövqe, mənfəət, pul ardınca qaçdığı üçün, böyüklük və üstünlük ehtirasına sahib olduğu və Allahdan qorxmadığı üçün, insanlar belə məxluqları dərhal tapırlar, İslam aləmində müsəlmanların başına bəla edirlər.
İngiltərə dərin dövləti münafiqlərdən istifadə edərək İslam aləmini nəzarət altında saxlamaq istəyir. Münafiqlər də mənfəətpərəst və böyüklük ardınca qaçdıqları üçün asanlıqla dəccaliyyətə xidmət edirlər.
Tarix boyunca bir çox müsəlman görünən lider əslində münafiq idi və İslam aləminin parçalanmasına səbəb oldular. Əzilmələrinə, dağılmalarına səbəb oldular.
Münafiqlik iman və səmimiyyətin qarşısında dayana bilməz. Darmadağın olar. Bu Allahın möcüzəsidir.
Dəccaliyyət münafiqliyin təşkil olmuş, dünya səviyyəsində gizli dövlət olmuş halıdır. Dünyadakı ən böyük dərin dövlətlə şeytan həmişə iç-içə olar. Həmçinin şeytan ən təpədən ən alta qədər təsir edərək bu nəhəng quruluşu idarə edər.
Şeytan, cin şeytanlar insanın zehninə təsir edər, lakin təsiri zəifdir, münafiqinki şiddətlidir. Əgər mömin çox ağıllı deyilsə, münafiq daha çox müsəllət olar. Lakin ağlın qarşısında duzun suda əridiyi kimi əriyər münafiq.
Möminlərin bir-birini qırmasının səbəbi münafiqlərdir. Buna görə də, əsas əks qüvvə, şeytandan daha şiddətli olan münafiqlərdir.
İslamın qarşısındakı əsas qüvvə münafiqlərdir. Küfr əhli deyil. Küfr əhli ikinci dərəcəlidir. İslam aləminin məhv olmasının səbəbi münafiqlərdir. Münafiqlərdən ötrü İslam aləmi hazırda birləşə bilmir. Yoxsa dərhal birləşər.
Gözəlliyi yaradan Allahdır, hər şeyi yaradan Allahdır. Allahdan başqa güc-qüvvət sahibi yoxdur.
Sünni tərtəmiz insandır, İslamın bütün qanunlarına tabe olan insandır. Şiə, İslamın əsaslarını yerinə yetirən insandır. Sarıl bir-birinə, qardaş ol, dost ol. Niyə öldürüb, asıb kəsirsən? Birləşsən bütün dünyaya ədaləti yayacaqsan, dünyadakı fəlakəti yox edəcəksən. Dost ol, sevgiylə yaxınlaş.
Müsəlmanların, bir-birlərini öldürmələri şeytanın oyunu olduğunu anlamamaları heyrətamiz vəziyyətdir.
Şiələr çox igiddirlər. Sünnilər tərtəmiz insanlardır. Bir-birləriylə vuruşmaları üçün heç bir səbəb yoxdur. Bilavasitə şeytanın hiyləsinə düşürlər. Hz. Mehdi (ə.s)-ın zühuruyla, onun bir neçə kəlməsi ilə məsələ həll olacaq.
Allah həmişə diqqəti çəkməyən, insanların hücum etdiyi, insanların alçaqcasına tələ qurduğu və zülm etməyə çalışdığı, yalnız hesab edilən insanları başa keçirir. Həmçinin onlar üçün cənnətini açır. Bu, Allahın qanunudur. Hz. Mehdi (ə.s) da insanların heç gözləmədiyi və mövhumatçılar tərəfindən yanlış yolda göstərilən bir insan olacaq.
Çox məlumatlı deyil; müdrik, fəzilətli olmaq, kamil olmaq çox əhəmiyyətlidir.
Müharibə çətindir, döyüş çətindir, zülm çətindir. İnsanlara əzab çəkdirmək çətindir. Bunlar çox iyrəncdir. Sevgi, dostluq, qardaşlıq, rifah, zənginlik, bərəkət bunlar zövqlü və gözəl şeylərdir.
Şeytan möminin oyuncağıdır. Şeytanlar hz. Süleyman (ə.s)-a xidmətçi olmuş vəziyyətdəydilər, nə deyirsə edirdilər.