Müsəlmanların, bir-birlərini öldürmələri şeytanın oyunu olduğunu anlamamaları heyrətamiz vəziyyətdir.
Şiələr çox igiddirlər. Sünnilər tərtəmiz insanlardır. Bir-birləriylə vuruşmaları üçün heç bir səbəb yoxdur. Bilavasitə şeytanın hiyləsinə düşürlər. Hz. Mehdi (ə.s)-ın zühuruyla, onun bir neçə kəlməsi ilə məsələ həll olacaq.
Allah həmişə diqqəti çəkməyən, insanların hücum etdiyi, insanların alçaqcasına tələ qurduğu və zülm etməyə çalışdığı, yalnız hesab edilən insanları başa keçirir. Həmçinin onlar üçün cənnətini açır. Bu, Allahın qanunudur. Hz. Mehdi (ə.s) da insanların heç gözləmədiyi və mövhumatçılar tərəfindən yanlış yolda göstərilən bir insan olacaq.
Çox məlumatlı deyil; müdrik, fəzilətli olmaq, kamil olmaq çox əhəmiyyətlidir.
Müharibə çətindir, döyüş çətindir, zülm çətindir. İnsanlara əzab çəkdirmək çətindir. Bunlar çox iyrəncdir. Sevgi, dostluq, qardaşlıq, rifah, zənginlik, bərəkət bunlar zövqlü və gözəl şeylərdir.
Şeytan möminin oyuncağıdır. Şeytanlar hz. Süleyman (ə.s)-a xidmətçi olmuş vəziyyətdəydilər, nə deyirsə edirdilər.
İngiltərə dərin dövlətinin mənsublarının bir çoxu gizli manyak, ağıl xəstəsi, ruh xəstəsi insanlardır. Şeytanla həqiqətən transa keçirlər və özlərindən çıxırlar. Şeytandan ağlasığmaz dərəcədə qorxurlar.
Darvinizm bilavasitə Allahı inkar edən fəlsəfədir. Kainatın təsadüflər nəticəsində yaradıldığını söyləyər. Bəlanın, narahatlığın, uğursuzluğun mənbəyi darvinizmdədir. Bu mütləq düzəldilməlidir.
Münafiqin son məqsədi müsəlmanların dağılmasıdır, lakin çox məqsədli hücum edər. Peyğəmbər (s.ə.v)-in buna etdiyi müdaxilə ilə həm cihadı çox mübarək olar, bərəkətli olar, həm də müsəlmanların gücü qat-qat artar.
Münafiq mömin üçün rəhmətdir, özü üçün də fəlakətdir. Münafiq möminin cənnətini genişləndirər, vəlilik dərəcəsini yüksəldər, mövqeyini yüksəldər. Ən çox mövqe yüksəltmə təsiri münafiqdədir, sonra kafirdədir.
İngiltərə dərin dövləti ifşa olunduğu zaman, üstündəki pərdə qaldırılıb pisliyi göründüyü zaman, elmlə, irfanla, biliklə, mədəniyyətlə nə qədər rəzil sistem olduğu isbat olunduğu zaman, gücü sıfıra enər.
Biz İslamın həyatın məhz özü olduğunu göstərdik. Rəqs etmək, gülmək, sevinc hissi, pul, zənginlik, gözəl olan hər şey müsəlmanlar üçündür.
İslamın etibarlı, nurlu, həqiqi üzüyük. Gözəllik, müasirlik, zənginlik, sevinc, əyləncə qətiyyən müsəlmanların ola bilməz deyirdilər. Bu yanlış inancı tamamilə yox etdik. Hamısı müsəlmanların haqqıdır.
İslam adı altında müsəlmanları gettolara dustaq edən, öz daxilində çürüyən bir sistem yaratmışdılar. Biz İslamın həyatın özü olduğunu göstərdik. Nəhəng və mərhəmətsiz bir hiyləni, müsəlmanları kilidləyən, çox kiçik dar bir sahəyə, gettolara həbs edən hiyləni yerlə-yeksan etdik. "Müsəlmanlar hər yerdədir" dedik. "İman hər yerdədir, Allah hər yerdədir" dedik.
Parçalanma demək, düşmənçilik deməkdir. Sevginin bitməsi deməkdir. Birləşmə demək, sevgi deməkdir. Allah bir olmağı, birləşməyi sevər.
Münafiqdə, münafiqliyə xidmət etməkdə dəlisov enerji var. Lakin İslama xidmət etməkdə çox tənbəldir. Ən kiçik töhfə verərkən qəribə iztirab çəkər. Göz boyamaq üçün belə etdiyində çox canı yanar. Bir qram İslama və müsəlmanlara fayda vermək istəməz.
Münafiq münafiqi çox asanlıqla tapa bilər. Lakin; "öz aralarındakı vuruşmaları şiddətlidir" deyir Allah. Münafiqlər öz aralarında it kimi boğuşarlar.
Münafiqlər müsəlmanlardan ayrıldıqları zaman, dərhal bir yerə toplanar, qəbilə halında yaşayarlar. Münafiq küfr əhli ilə yaşaya bilmir, adi insanlarla yaşaya bilmir və yaxud ənənəvi müsəlmanlarla da yaşaya bilmir; təkcə öz aralarında yaşaya bilirlər.
Münafiqlərin zəncirvari bir-birlərini tapma gücləri var. Bu böyük möcüzədir. Yəni münafiqlər qəbilə halında yaşayarlar, bir-birlərindən ayrılmazlar.
Dərin dövlətlər şeytan kimi insanları tapmaqda mütəxəssisdirlər. Münafiq tapmaqda mütəxəssisdirlər.
Münafiqləri dünya səviyyəsində təşkil edən İngiltərə dərin dövlətidir. Çünki münafiqin heyrətamiz şeytani zəkası olur. Bunlar da münafiqləri əlləri ilə qoymuş kimi seçib tapırlar və onlardan hər cür kəşfiyyatda, hər cür fitnədə müsəlmanların əleyhinə istifadə edirlər.