Türkiyə, imanımız, inancımız bir poladdır. Türkiyəni böldürtmərik. Həmçinin, muxtariyyət kimi, bölünməyə aparan hər hansı yola icazə vermərik. Onu unutsunlar.
Quru-quru sevgi olmaz. Sevginin qidası vardır, yoxsa sevgi ölər. Növbənöv qidası var. Birincisi səbir, ikincisi bağışlamaq, üçüncüsü səxavətli olmaq, başqalarını düşünmək, dərin, incə düşünmək, vəfa―saymaqla bitməz. O qidaları almadan sevgi yaşaya bilməz.
Allah qorxusu olmadan sevgi olmur. Allah qorxusu olmazsa eqoist olarsan, xudbin olarsan. ''Çox sevirəm'' deyir, eqoistsən, mərhəmətli deyilsən, səxavətli deyilsən. Necə sevəcəksən? Getdi sevgi, yandırdın getdi. Allah qorxusu sevginin təməli olan bütün ehtiyaclarını təmin edir.
Allah qorxusunun da məqsədi sevgidir. Allah ''Məndən qorxun'' deyir. Orada Allahın məqsədi Özünün sevilməsidir. Əsas məqsəd orada sırf qorxu deyil. Allahın istədiyi qorxunun meydana gətirəcəyi sevgidir.
Sevilən, sevən bir insan niyə intihar etsin? Sıxılır, sevgi yoxdur. Sağa dönür sevgi yox, sola dönür sevgi yoxdur. Narkotik alır yenə xilas ola bilmir. Sonra da intihar edir, Allah göstərməsin.
Dünyadakı ən vacib qida, imandan qaynaqlanan sevgidir. Olmadımı bitdi. İstədiyin qədər körpü sal, yol sal, binalar tik. Məsələn, Nyu York çox zəngindir, amma hər gün bir adam özünü öldürür. Hər yerdə intiharlar olur, insanlar narkotikdən istifadə edir.
Dünyada sevgiyə əhəmiyyət vermirlər. Halbuki, ən böyük dəbdəbə sevgidir. Sevgisiz dünya ölər, məhv olar.
Bölgədəki bu acıların, bu bəlanın səbəbi xurafatdır. Xurafatçılıq İslam aləmini məhv etdi, son 300 ildən bəri şiddətli iztirab davam edir. Mehdiyyətlə, bu aradan qalxacaq, inşaAllah.
Dünyanın ən güclü iki ölkəsi Türkiyə və İrandır, birləşdisə onsuz da bitdi. Sırf Yaxın Şərq zəngin olmaz, Amerika da, Rusiya da, Çin də zəngin olar.
Adam kommunistmi? "Bombalayaq" deyirlər. Kommunistdirsə öyrət. Bomba yağdırınca kitab yağdır. Həm savab, həm gözəllik, həm xeyir, həm bərəkət, həm də Allah rizasına uyğundur. Hərtərəfli gözəldir.
Darvinizm dəccaliyyətin qılıncıdır. Darvinizmi yıxsan dəccaliyyət bitər.
Müsəlman alim asan tapılmır. Müsəlman camaatı asan tapılmır. Camaatı, alimi yormaqdan çəkinmək lazımdır.
Allahın mərhəmətinə, şəfqətinə, ağlına güvənəcəklər. Çünki sənin mərhəmətini O yaradır, şəfqətini O yaradır, məntiqini O yaradır.
Şagirddən ödəniş haqqı alınmaz. Tələbə olmaq onsuz da çətindir, nə ödəniş haqqı? Dövlət onlara oxuduqları üçün pul verməlidir. Tələbədən pulmu alınır? Şagirdə pul verilir, imkan verilir.
Tək yol açıq şəkildə mehdiyyətdir. Hər kəsin qəbul edəcəyi, hər kəsin məqbul görəcəyi, hər kəsin sevgi ilə qəbul edəcəyi bir sistem mehdiyyətdir. Xristianların da, yəhudilərin də, müsəlmanların da lehinə olan sistemdir. Buna görə hər kəsin lehinə olan sistemdən başqa bir sistem ola bilməz.
Allah son dövrdə səhabə dövrü kimi bir dövr istəyir. Qadınların əzildiyi, keyfiyyətsiz həyatın olduğu, sənətin, incəsənətin, gözəlliyin olmadığı bir dövrü Allah istəmir.
Bütün dünyada İslam Birliyi ehtiyacı var, amma Allah qatı dinçilik şəklində olmasını istəmədiyi üçün qatı dinçi quruluş olduğunda dərhal qarşısını kəsir. Qatı dinçiliyə qarşı olan hər quruluşu Allah inkişaf etdirir.
Allah istəyir ki, Onu düşünsünlər. Ona yaxınlaşmalarını istəyir, İslamı dünyaya hakim etmək istəyir. Laqeyd, soyuq, eqoist insanları Allah şiddətlə xəbərdar edir. Onların diqqətini şiddətdən istifadə edərək, əzabla, ağrı ilə açır.
Cənub-şərqi Paris kimi, London kimi edəcəyik və çox keyfiyyətli edəcəyik. Cənub-şərqlə oynanılan bu mərhəmətsiz oyunu da pozacağıq, inşaAllah.
İstədikləri oyunu oynasınlar, Türkiyəni böldürmərik. Cənub-şərqdə aslanlarımızı da, canlarımızı da, gözəl analarımızı, gözəl bacılarımızı da kommunistlərin əlinə vermərik.
Allah tərəfindən bütün saxta Mehdilər təsirsizləşdiriləcək, İslama xidmət edəcəklər, amma təsirsiz olacaqlar. Allah həqiqi Mehdi (ə.s)-ın yolunu açacaq və Mehdi (ə.s) ortaya çıxacaq.