Tək yol açıq şəkildə mehdiyyətdir. Hər kəsin qəbul edəcəyi, hər kəsin məqbul görəcəyi, hər kəsin sevgi ilə qəbul edəcəyi bir sistem mehdiyyətdir. Xristianların da, yəhudilərin də, müsəlmanların da lehinə olan sistemdir. Buna görə hər kəsin lehinə olan sistemdən başqa bir sistem ola bilməz.
Allah son dövrdə səhabə dövrü kimi bir dövr istəyir. Qadınların əzildiyi, keyfiyyətsiz həyatın olduğu, sənətin, incəsənətin, gözəlliyin olmadığı bir dövrü Allah istəmir.
Bütün dünyada İslam Birliyi ehtiyacı var, amma Allah qatı dinçilik şəklində olmasını istəmədiyi üçün qatı dinçi quruluş olduğunda dərhal qarşısını kəsir. Qatı dinçiliyə qarşı olan hər quruluşu Allah inkişaf etdirir.
Allah istəyir ki, Onu düşünsünlər. Ona yaxınlaşmalarını istəyir, İslamı dünyaya hakim etmək istəyir. Laqeyd, soyuq, eqoist insanları Allah şiddətlə xəbərdar edir. Onların diqqətini şiddətdən istifadə edərək, əzabla, ağrı ilə açır.
Cənub-şərqi Paris kimi, London kimi edəcəyik və çox keyfiyyətli edəcəyik. Cənub-şərqlə oynanılan bu mərhəmətsiz oyunu da pozacağıq, inşaAllah.
İstədikləri oyunu oynasınlar, Türkiyəni böldürmərik. Cənub-şərqdə aslanlarımızı da, canlarımızı da, gözəl analarımızı, gözəl bacılarımızı da kommunistlərin əlinə vermərik.
Allah tərəfindən bütün saxta Mehdilər təsirsizləşdiriləcək, İslama xidmət edəcəklər, amma təsirsiz olacaqlar. Allah həqiqi Mehdi (ə.s)-ın yolunu açacaq və Mehdi (ə.s) ortaya çıxacaq.
Müsəlmanlar birləşərək bir lider seçmədikdən, Mehdi (ə.s)-a, İsa Məsihə həsrət qalmadıqdan sonra bu ağrılar davam edəcək.
Müsəlmanların birləşməsi ancaq mehdiyyətlədir. Başsız bədən olmur. Mehdiyyəti gec-tez qəbul edəcəklər, indi anlamayanlar sonda ağlayaraq coşğu ilə qəbul edəcəklər, inşaAllah.
Savabın toplanacağı zamandayıq. Çünki fitnə şiddətlidir. Fitnə şiddətləndikdə savab da güclü olur.
Dünyanın harasında olursa olsun, mehdiyyətə qarşı olan hər birlik, hər düşüncə uğursuz olar.
10 il əvvəldən deyirəm, bunu görəcəksiniz; hz. Musa (ə.s)-a aid əşyalar, manna, əsanın bir hissəsi, 10 əmrin yazıldığı qırılan lövhənin parçaları və bir çox müqəddəs əmanət hamısı müqəddəs sandığın içindədir. Bu sandıq tapılacaq.
Mehdi (ə.s) Allaha inandırmağın, Allahı sevdirməyin sənətini biləcək. Bu nədir; Quran möcüzələrini, iman həqiqətlərini, Peyğəmbər (s.ə.v)-in möcüzələrini, maddədəki möcüzələri izah edəcək və insanların hidayətinə vəsilə olacaq.
Amerikanın mehdiyyətə tabe olmaqdan başqa bir yolu yoxdur. İsa Məsih (ə.s)-a tabe olmaqdan başqa bir yolu yoxdur. Amerika İsa Məsih (ə.s)-ı axtarsın. Mehdi (ə.s)-ı axtarsın və mehdiyyət ruhuna tabe olsun. Başqa qurtuluş yolu yoxdur.
Şiddət şiddəti doğurar. Şiddət şiddəti doğurarkən də şiddət təhsili edilir. Məsələn, Suriya, İraq şiddətin məktəbi oldu, böyük təməli var. Amma mehdiyyətdə yalnız şəfqət, mərhəmət, sevgi, dostluq, qardaşlıq, sülh və ağıl hakimdir. Mehdiyyətə yaxınlaşmağa məcbur olacaqlar.
Hər şeyə şəfqətlə, mərhəmətlə, ağıl gözü ilə baxmaq lazımdır, sakit şəkildə baxmaq lazımdır. İki günlük dünyadır, imtahan olunuruq. Bəzi insanlar nəfslərinə tabe ola bilərlər. İnsan nəfsinə uysa dindən çıxmaz, ancaq günaha girmiş olar, səhvi olar.
İnsanın özünü öldürməsi haramdır, günahdır. Qatil olaraq Allahın hüzuruna gedir, tövbə etmədən. Olmaz elə.
İntihar cinayət deməkdir. Adam öldürən sonsuz olaraq cəhənnəmdə qalar, Quran ayəsi var, açıq şəkildədir. Tövbə etmədən ölür, adam öldürmüş olur, çünki Allahın verdiyi canı alır. Bir də öldürərək gücünü itirir. Halbuki, sağ qalıb gözəl şəkildə mübarizəsinə davam edə bilər.
İnsanlar sevgi təlqininə açıq olduğu kimi, vəhşilik təlqininə də açıqdır. Mehdi (ə.s) məhz sevgi təlqin edən insandır, məhəbbət təlqin edən insandır. Mehdi (ə.s) sakitləşdirici və uzlaşdırıcı bir insandır.
Axırzamanda bir ağıl ətrafında toplanmasan müxtəlif ağıllar bir-birləri ilə ziddiyyət yaradar. Ağıllar bir-birinə zidd olduqda insanlar bir-birinə zidd olur, nəhayət anarxiya yaranır. Sevginin müəllimi olan Mehdi (ə.s)-dan başqa çıxış yolu olmadığı bəllidir.
Mehdi (ə.s) hansı ölkədədirsə, o ölkə liderdir. Allah Mehdi (ə.s)-ı Türkiyəyə göndərmiş, Türkiyə lider olacaq.