Türkiyə əhəmiyyətli mərhələdən keçir. Birlik və bərabərlikdə olmağımız, ittifaqla hərəkət etməyimiz çox vacibdir.
AK Partiyanın iqtidara gəlişində fəlsəfi təməlini biz hazırladıq. Fəlsəfi təməl hazırlanmadan bir hökumətin iqtidar olması mümkün deyil. Buna görə ən vacib nöqtədən hökuməti dəstəkləmiş oluruq. Baxın, fəlsəfəsini güclü hazırladığımız üçün fəlsəfi istiqamətdən hökumətə kimsə yaxınlaşa bilmir.
Mehdiyyət şəxsi mənəvi deyil. Mehdi şəxsdir, tələbələri vardır. Amma şəxs və tələbələri təbii ki, şəxsi mənəvi meydana gətirərlər.
Aşiqin xüsusiyyəti nədir? Bütün əziyyətlərə, çətinliyə baxmayaraq sevgilisini tərk etməz. Ən çətin şərtlərdə belə sevgilisini tərk etməz. Allah da Ona qarşı bu sevimli ruhunu nə qədər yaşadığımızı bizə göstərir. Çünki axirətdə ən çox zövq alacağımız Allahın varlığı, təcəllisi olacaq.
İnsan heç vaxt sevgilisini tərk etməz. Allah əsl sevgilidir. Bütün hallarda, hətta 7000 il keçsə də əziyyətə səbr edilər. Bu, aşiqin xüsusiyyətidir. Allah Ona sevgiyə görə səbr edilməsini çox bəyənər. Eynilə aşiq əlamətidir.
Allah təbii ki, sənin sevgini sınayacaq. Nə qədər Allaha bağlısan, təbii ki, buna baxacaq. Sənə göstərəcək. Allahı nə qədər sevdiyini özün görəcəksən. Nə qədər sadiq olduğunu görəcəksən.
Səbir bütün həyat boyu var. Sonsuza qədər biz Allahı sevəcəyik. Sən ən çoxu 70 il bir imtahana səbr edəcəksən. Amma Allah səni sonsuza qədər xoşbəxtlik içində yaşadacaq. 70 illik təhsil, edilən hər səbir səni ucaldar, gözəlləşdirər, nurlandırar.
Allah sevdiyi, seçdiyi qulunun müsibətini artırar. Sıxıntı gəlməsə düşün ki, görəsən, məndə nə qəribəlik var. Müsibət gəlirsə həmd et. Müsibətlər külək kimidir gəlib keçər, özündən sonra gözəlliklər buraxar.
İnsanlar Mehdiyə möhtacdır, Mehdi insanlara möhtac deyil. Bəziləri elə zənn edirlər ki, Mehdi (ə.s) onlara müraciət edəcək. Halbuki, onlar Mehdi (ə.s)-a müraciət edəcəklər.
Uydurma hədisdən yeni bir din yaratmışlar, ona İslam deyirlər. Halbuki, Quranın izah etdiyi dinə İslam deyilir. Uydurma hədislə yaranan dinə İslam deyilməz. O şirk dinidir.
Allahdan həmişə mükəmməl təvəkkül istəmək lazımdır. “Ya Rəbbim, Sənə mükəmməl təvəkkül edən qul olmağı mənə nəsib et”― deyə müsəlman bu neməti dayanmadan istəməlidir. Çünki böyük bir nemətdir.
Müsəlmanlar təriqətlərə ayrılıb ixtilafa düşərkən Allah onu zülm kimi görür. Müsəlmanlar ixtilaf deyil, birlik içində olacaqlar.
Allah "təbliğ edilən, İslamın izah edildiyi, səmimi müsəlmanların olduğu bir ölkəni məhv etmərəm" deyir (Hud surəsi, 117). Türkiyədə hz. Mehdi (ə.s) olduğu üçün Türkiyəyə zaval gəlməz. Böyük, məhvedici fəlakət gəlməz. Ancaq müvəffəqiyyət və zəfər gəlir.
Bir insan qorxudularaq bir fikrə məcbur edilsə, o fikrə qarşı şüuraltında dərin nifrət meydana gələr. Daima sevdirərək, razı salaraq, könül alaraq olmalıdır. Ağıllı və sülhpərvər, demokratik yolla olmalıdır.
Dəhşətlə, şiddətlə fikri izah etməzlər. Onu etsək kommunizmin dəhşətli istiqaməti yenidən ortaya çıxar. Edəcəksənsə fikirlə, danışaraq et. Jurnal, kitab nəşr etdir, broşüra hazırla, konfrans təşkil et. Yaxud fərdi olaraq izah edə bilərsən. Amma dəhşətlə, şiddətlə öyünüləcək bir şey yoxdur.
Ələvilik candır, gözəllikdir, ruhdur, sevgidir, eşqdir. Ələvi qardaşlarımız İslam aləminin bəzəyidir.
Hz. Mehdi (ə.s) sevgi ilə yaxınlaşacaq. Rusiyaya, Avropaya qarşı da silahı sevgidir. Sevgi, sevgi, sevgi. Hədisdə “insanlar sevgiyə arının şana gəlməsi kimi hz. Mehdi (ə.s)-a yaxınlaşarlar'' deyir. Hz. Mehdi (ə.s)-ın o sevgi balını alacaqlar, inşaAllah.
''Seçki olmadan da hökumət gedər'' düşüncəsi yaranarsa biz onda üçüncü dünya ölkələrini də keçərik. Türkiyəyə çox primitiv demokratiya gəlir. Hökumətlər daima yıxılar. Heç bir hökumətə güvənə bilmərik. Hökumət dediyimiz devrilməz, seçki ilə gəlib seçki ilə gedər.
Baş nazir peyğəmbər deyil, səhv edə bilər. Ətrafındakı insanlar da səhv etmiş ola bilər. Amma hökuməti yıxmağın mənası nədir? Kim günahkardırsa həmin nazirləri dəyişdirərsən. Cəza tələb edən bir şeydirsə, cəzalarını alarlar. Amma hökumət vəzifəsinə davam edər. Hökumət ancaq seçkilə dəyişilər.
İslam Birliyi-mehdiyyət dünyada hər kəsə sahib çıxan bir sistemdir. Mehdiyyət inancı, düşüncəsi nə olursa olsun öz övladı kimi ona şəfqət göstərən, sevgi bəsləyən sistemdir.
Allaha təvəkkül etməlisən. Allaha təvəkkül etməsən hər şey sənə əzab verər, hər şeydən sıxılarsan. Hər şey səni qorxudar. Dünyanın bütün hadisələri sənin üzərinə gəlir. Ayənin ifadəsi ilə göyün yüksəkliklərində ürəyin sıxıldığını hiss edərsən. Allaha təslim ol, ürəyin rahatlansın.