Allah sevdiyi, seçdiyi qulunun müsibətini artırar. Sıxıntı gəlməsə düşün ki, görəsən, məndə nə qəribəlik var. Müsibət gəlirsə həmd et. Müsibətlər külək kimidir gəlib keçər, özündən sonra gözəlliklər buraxar.
İnsanlar Mehdiyə möhtacdır, Mehdi insanlara möhtac deyil. Bəziləri elə zənn edirlər ki, Mehdi (ə.s) onlara müraciət edəcək. Halbuki, onlar Mehdi (ə.s)-a müraciət edəcəklər.
Uydurma hədisdən yeni bir din yaratmışlar, ona İslam deyirlər. Halbuki, Quranın izah etdiyi dinə İslam deyilir. Uydurma hədislə yaranan dinə İslam deyilməz. O şirk dinidir.
Allahdan həmişə mükəmməl təvəkkül istəmək lazımdır. “Ya Rəbbim, Sənə mükəmməl təvəkkül edən qul olmağı mənə nəsib et”― deyə müsəlman bu neməti dayanmadan istəməlidir. Çünki böyük bir nemətdir.
Müsəlmanlar təriqətlərə ayrılıb ixtilafa düşərkən Allah onu zülm kimi görür. Müsəlmanlar ixtilaf deyil, birlik içində olacaqlar.
Allah "təbliğ edilən, İslamın izah edildiyi, səmimi müsəlmanların olduğu bir ölkəni məhv etmərəm" deyir (Hud surəsi, 117). Türkiyədə hz. Mehdi (ə.s) olduğu üçün Türkiyəyə zaval gəlməz. Böyük, məhvedici fəlakət gəlməz. Ancaq müvəffəqiyyət və zəfər gəlir.
Bir insan qorxudularaq bir fikrə məcbur edilsə, o fikrə qarşı şüuraltında dərin nifrət meydana gələr. Daima sevdirərək, razı salaraq, könül alaraq olmalıdır. Ağıllı və sülhpərvər, demokratik yolla olmalıdır.
Dəhşətlə, şiddətlə fikri izah etməzlər. Onu etsək kommunizmin dəhşətli istiqaməti yenidən ortaya çıxar. Edəcəksənsə fikirlə, danışaraq et. Jurnal, kitab nəşr etdir, broşüra hazırla, konfrans təşkil et. Yaxud fərdi olaraq izah edə bilərsən. Amma dəhşətlə, şiddətlə öyünüləcək bir şey yoxdur.
Ələvilik candır, gözəllikdir, ruhdur, sevgidir, eşqdir. Ələvi qardaşlarımız İslam aləminin bəzəyidir.
Hz. Mehdi (ə.s) sevgi ilə yaxınlaşacaq. Rusiyaya, Avropaya qarşı da silahı sevgidir. Sevgi, sevgi, sevgi. Hədisdə “insanlar sevgiyə arının şana gəlməsi kimi hz. Mehdi (ə.s)-a yaxınlaşarlar'' deyir. Hz. Mehdi (ə.s)-ın o sevgi balını alacaqlar, inşaAllah.
''Seçki olmadan da hökumət gedər'' düşüncəsi yaranarsa biz onda üçüncü dünya ölkələrini də keçərik. Türkiyəyə çox primitiv demokratiya gəlir. Hökumətlər daima yıxılar. Heç bir hökumətə güvənə bilmərik. Hökumət dediyimiz devrilməz, seçki ilə gəlib seçki ilə gedər.
Baş nazir peyğəmbər deyil, səhv edə bilər. Ətrafındakı insanlar da səhv etmiş ola bilər. Amma hökuməti yıxmağın mənası nədir? Kim günahkardırsa həmin nazirləri dəyişdirərsən. Cəza tələb edən bir şeydirsə, cəzalarını alarlar. Amma hökumət vəzifəsinə davam edər. Hökumət ancaq seçkilə dəyişilər.
İslam Birliyi-mehdiyyət dünyada hər kəsə sahib çıxan bir sistemdir. Mehdiyyət inancı, düşüncəsi nə olursa olsun öz övladı kimi ona şəfqət göstərən, sevgi bəsləyən sistemdir.
Allaha təvəkkül etməlisən. Allaha təvəkkül etməsən hər şey sənə əzab verər, hər şeydən sıxılarsan. Hər şey səni qorxudar. Dünyanın bütün hadisələri sənin üzərinə gəlir. Ayənin ifadəsi ilə göyün yüksəkliklərində ürəyin sıxıldığını hiss edərsən. Allaha təslim ol, ürəyin rahatlansın.
Müsəlman ''Ya Rəbbim, mənə sonsuz sevgi, sonsuz səmimiyyət ver'' deyəcək. Eşqin sonu yoxdur. Çünki bura imtahan, yarış yeridir. Allah Quranda ''önə keçənlər'' deyir. Önə keçmək nə deməkdir? Təqvada önə keçmək, cəhd etmək, Allahın sevgisini qazanmaqdır.
''Ya Rəbbim, mən nəyəm ki? Mən Sənə çox yaxınlaşa bilmərəm, çox sevə bilmərəm''― bu, küfrdür. Allah sonsuz insanın könlünü Allaha açmışdır. Yaxınlaşmağın sərhədi yoxdur, Allaha nə qədər istəsə o qədər yaxınlaşa bilərsən.
Hər mömin Mehdi kimi, Peyğəmbər kimi olmaq istəyəcək. Müsəlman özünə sərhəd çəkə bilməz. Hər müsəlman Allaha ən yaxın olmağı diləməlidir.
Şirk böyük bəladır. Allahın sevmədiyi şirkdir. ''Allah etmədi, mən etdim. Allah etmədi, bu etdi'' deyilməsidir. Allah ''hamısını Mənim etdiyimi bilin, Mən də sizə olan nemətimi artırım'' deyir. Amma ''mən etdim desəniz onda sizi tərk edərəm və cəzalandıraram'' deyir Allah.
İncəsənət yoxdursa, keyfiyyət yoxdursa, gözəllik yoxdursa istədiyin qədər körpü tik, yol sal bunların faydası olmaz. İncəsənət, estetika, iman, şadlıq, sevinc, Allah qorxusu, Allah eşqi hər yeri əhatə etməlidir.
Xalqın çox hissəsi dəhşəti, gücü kim əlində tutursa ona meyl göstərər. Buna görə bu seçkinin ədalətli olması üçün, dövlət Cənub-şərqdə gücünü göstərərək xalqın üstündəki dəhşət və qorxunu tamamilə qaldırmalıdır. Yoxsa PKK-nın silahlarının kölgəsində aparılan seçkinin ədalətli bir seçki olması çox çətindir.
Mehdiyyət əziyyətli, uzun bir dövrdür. Bir çox şey gəlib keçər, bir çox şey gəlib keçər, mehdiyyət körpü kimi dayanar. Mehdiyyət sonda axirətə də, dünyaya da bir gözəllik olaraq insanlara nurunu saçar.