Tövrat Mehdini minlərlə il əvvəl çox təfərrüatlı izah etmişdir.
İman gətirənlərə qarşı tarix boyu həmişə təzyiq və böhtan olmuşdur. Hər dövrdə böhtanla, düşmənçiliklə, nifrətlə qarşılaşmışlar.
Müsəlmanların İncil və Tövratı da oxuması, haqqında məlumat sahibi olması lazımdır. İncil və Tövratın Qurana uyğun hissələri keçərlidir.
Bəzi alimlər Mehdinin zühur əlamətlərinə dair hədisləri diqqətlə gizlədir, bilinməsini istəmirlər. Bunun günahı böyük olar.
Təhsil müəssisələrində milli şüur dərsi olmalıdır, gənclərin şüurlu yetişdirilməsi çox əhəmiyyətlidir. Millət olaraq bir-birimizə bağlanmağımız ən təsirli qüvvətimiz olar.
Allaha təslim olmadıqdan, Allahı zikr etmədikdən sonra qəlblər nicat tapmaz.
Ehtiras çox gözəl nemətdir. Ehtiras üçün qəlbdən Allah sevgisi, çox səmimi Allah qorxusu və dərin iman lazımdır.
Bəzi insanların imkanı, pulu, peşəsi hər şeyi var, lakin səmimi sevgini həyatı boyu bir dəfə belə yaşamayıbdır. Buna görə də bizim sevgini yaşadığımızı gördükdə dəlicəsinə həsəd aparırlar. Həsədləri, böyük əzab çəkmələrinə səbəb olur.
Ağac torpaqdan suyu çəkir, ən yuxarıdakı budağa qədər aparır, rəngləri əmələ gətirəcək mineralları seçir, rəsm əsəri kimi rəngləndirir. Bitkinin hüceyrəsi meyvəyə lazım olan nisbətdə mineralı, vitamini, yağı torpaqdan alıb seçəcək ağıla sahibdir.
Keyfiyyət maddi imkanla düz mütənasib deyil. Maddi imkan olmasa da keyfiyyətli, gözəl həyat yaşanar, incəsənətdən zövq alınar. Məsələn, betondan qüllə düzəltmək əvəzinə, hər yeri qəribə yaşıl rəngə boyamaq əvəzinə, əlindəki imkanla böyük incəsənət nümunəli və keyfiyyətli işlər görə bilərsən. Paltarda, binada, küçədə incəsənət var, keyfiyyət olmadıqda insanların yaşama gücü yox olur, daxilən qəzəb yaranır, cəmiyyət müəyyən mənada çürüyür.
Qadınların əzildiyi bir ölkə bərəkətli olmaz. Qadınlar hər yerdə azad olsun, istər çarşabla, istərsə də dekolte ilə gəzsin, hər yerdə hörmət görsün. Məclisdə, hər yerdə qadınlar öndə olsun. Qadınların azadlığı keyfiyyətin yüksəkliyinin dəlilidir. Qadın gözəlliyi bütün dünyaya həyat verər. Qadınlar təzyiq altına düşdükdə dünyanın sevinci yox olar. Qadın gözəlliyi yoxdursa, məzar həyatı var.
Keyfiyyət çox mühüm məsələdir. Keyfiyyət çatışmazlığı bir ölkə üçün çox ciddi təxribatdır. Keyfiyyət pozulduqda o ölkədə çöküş baş verər.
“İnsanlıq” adı altında təqdim edilən fəlsəfə də, İngiltərə dərin dövlətinin Firon dövründən öyrəndiyi dindir. Müsəlman “insanlıq” dini üçün deyil, Allahın rizası üçün yaşayar. Həyatının hər anı Allah üçündür, insanlıq dini üçün deyil.
İngiltərə dərin dövlətinin fəlsəfəsi Fironun fəlsəfəsi ilə eynidir. “Böl, parçala, ud” İngiltərə dərin dövlətinin Firondan öyrəndiyi fəlsəfədir.
Dindarlıq Allah üçündür. Müsəlmanın hər şeyi, yeyib-içməsi, həyatı Allah üçündür.
Osmanlının ən çox torpaq itirdiyi, darvinizmin təhsil sisteminə yerləşdiyi, Kiprə ingilislərin yerləşdiyi dövr Əbdülhəmid dövrüdür.
Rusiyanın içində də Putinə müxalif olan gizli dərin dövlət quruluşu var və İngiltərə dərin dövlətinin nəzarəti altında hərəkət edirlər.
İran və Amerikanın arasını düzəltmək mümkündür. Lazımsız, süni qürur yaranıb. Bunu sındırmaq, sülhü təmin etmək mümkündür.
İngiltərə dərin dövləti və qollarının Tayyib hocamdan əl çəkmədiyi görülür. Millətimiz üçün prioritetli məsələlərdən biri Onu qorumaqdır.
Hz. İsa palçıqdan quşa bənzər bir şey düzəldir, üfürdükdə canlı uçan bir quş olur. Təkamüllə yaradılış olmadığının açıq dəlilidir bu.
Müsəlmanlar bacı/qardaşdır, kömək etmək fərzdir. Millətimizin suriyalı bacı/qardaşlarımıza kömək etməsi fərzdir. Allah bizə Ənsar olmağı lütf etdi.