Dindarlıq Allah üçündür. Müsəlmanın hər şeyi, yeyib-içməsi, həyatı Allah üçündür.
Osmanlının ən çox torpaq itirdiyi, darvinizmin təhsil sisteminə yerləşdiyi, Kiprə ingilislərin yerləşdiyi dövr Əbdülhəmid dövrüdür.
Rusiyanın içində də Putinə müxalif olan gizli dərin dövlət quruluşu var və İngiltərə dərin dövlətinin nəzarəti altında hərəkət edirlər.
İran və Amerikanın arasını düzəltmək mümkündür. Lazımsız, süni qürur yaranıb. Bunu sındırmaq, sülhü təmin etmək mümkündür.
İngiltərə dərin dövləti və qollarının Tayyib hocamdan əl çəkmədiyi görülür. Millətimiz üçün prioritetli məsələlərdən biri Onu qorumaqdır.
Hz. İsa palçıqdan quşa bənzər bir şey düzəldir, üfürdükdə canlı uçan bir quş olur. Təkamüllə yaradılış olmadığının açıq dəlilidir bu.
Müsəlmanlar bacı/qardaşdır, kömək etmək fərzdir. Millətimizin suriyalı bacı/qardaşlarımıza kömək etməsi fərzdir. Allah bizə Ənsar olmağı lütf etdi.
Əbu Cəhl də ən gözəl surətdə yaradıldı, deyirlər. Bəli dünyaya gəldikdə ən gözəl surətdədir, daha sonra aşağıların aşağısına endi. Quranda təkamül vardır deyənlər, zər aləmində bütün insanların yaradılmış olduğu həqiqətini gizlətməsinlər. Quranda təkamüllə yaradılış yoxdur.
İnsanla şimpanzenin ortaq atası deyə bir şey yoxdur. Şimpanzelərin insana çevrilməsini göstərən milyonlarla fosil olması əsas şərtdir. Bir ədəd belə keçid fosil yoxdur.
Təkamül nəzəriyyəsi şumerlərdən, qədim Misirdən gələn bütpərəst xurafatdır. Elm deyil. Darvinistlər bu həqiqəti görməyin təşvişini yaşayırlar. Zülalın quruluşu sanki krujeva kimi mürəkkəbdir və zülalın əmələ gəlməsi üçün başqa zülala ehtiyac vardır. Təsadüf olması qeyri-mümkündür.
Tövrata görə dünya yaradılmadan əvvəl yeddi şey yaradılıb. Bunlardan biri də Moşiyah, yəni Mehdinin adıdır.
Zəkalı və bilikli olmaq mütləq ağıllı olmaq deyil. Ağıl imanla gələn nemətdir.
Zər aləmində bütün insanlar hz. Adəm və bütün peyğəmbərlər qüsursuz tam insanlar olaraq mövcuddur və Allaha əhd verirlər. Kainat sonra yaradılır. Hz. Adəm və Həvva zər aləmində mövcuddurlar, cənnətdə olurlar və daha sonra dünyaya göndərilirlər. Dünyada təkamüllə mərhələ-mərhələ inkişaf yoxdur. Quranda təkamül olduğunu iddia edənlər zər aləmində insanların hamısının mövcud olduğunu görməzlikdən gəlirlər. Səmimiyyətsizlik etməmələri lazımdır.
Təkamül nəzəriyyəsi elmi cəhətdən yox oldu. Darvinizm öldü. Boşuna çırpınmasınlar, ölünü dirildə bilməzlər.
Şeytan həmişə insanları doğru yoldan azdırmaq istəyər. Münafiq də möminlərin birliyinin pozulmasını, işlərinin müvəffəqiyyətsiz olmasını istəyər.
Münafiq xarakterini gündəmdə saxlamaq çox əhəmiyyətlidir. Münafiqlər əsil qaranlıq tərəflərini və nifrətlərini saxta hesablarında göstərərlər. Müsəlmanların arasında özünü küfr əhli ilə heç əlaqəsi yoxmuş kimi göstərən münafiq, saxta hesablarında haramları müdafiə edər, din əleyhinə yazılar yazar.
Tez qəzəblənmək də küfrdən gələn vərdişdir. Allah, İslamı tanıdıqdan sonra bütün bu çirkin əməllərdən imtina edilməsini istəyir.
Biz “Allahım elmimi artır!” deyə dua etməklə məsuluq. Elmin sahibi Allahdır. Mömində əsla müstağniyyət olmaz.
İnsanların bir hissəsi İslamı qəbul etdikdə küfrdən tam imtina etmir. Küfrdən gələn çirkin yüklərdən tamamilə imtina etmək lazımdır. İyrənc əməl, söz ilişdirmək, sünilik, əhvalın tez pozulması, kədər, təvəkkülsüzlük, küfrdən gələn çirkin yüklərdir. Bunlardan İslamı qəbul etdikdə imtina edilməlidir.
Allah münafiqlərə əvvəlcə geniş imkan verər, lakin ən sonda həlak edər. Sahib olduqları imkanlar daha da azğınlaşmalarına səbəb olar.
Qadınların azad ola bilmədiyi, gülə bilmədiyi, küçəyə çıxa bilmədiyi, şən ola bilmədiyi cəmiyyətlər çökər. Allah qullarına zülm edilməsinə icazə verməz. Qadın istədiyi kimi gülməli, əylənməlidir. Kişilərə əyləncəni, sevinci haqq görüb qadınlara görməmək olmaz. Qadınlar vicdanı ilə doğrunu bilər.