Torpaqlarımızdan bir qarış belə vermərik, bunu unutsunlar. Əbəs yerə cəhd edirlər.
Din işarə ilə olmamalıdır, bütün hökmlər açıq və aydındır. Allah ədalətlidir, eyham ilə insanları məsul tutmaz.
Allah əmr və qadağanlarını işarə ilə deyil, möhkəm olaraq bildirir. Hətta fərz olan hökmləri bir neçə dəfə vurğulayır.
Xurafatçılar qadınların həyatlarının yarısında namaz qılmayacaqları bir sistem meydana gətirmişlər.
Cənub-şərqdə din deyil, xurafat öyrədilərkən, təsiri əks istiqamətdə olur. Artıq tək məsələ mədəni təbliğatdır.
Elmi iş görülsə, Marksizm qəfil böhranını yaşayar. Amma Marksizmin etibarsızlığı, mərhəmətsizliyi deyilməsə, bu taun addım-addım yayılar.
PKK ana dil mövzusundan istifadə edir. Əsl məqsədi Marksist, Leninist-Stalinist rejimdir.
Suriyada hər iki tərəf də şiddəti, qan axıtmağı dayandırmalıdır. İki tərəf də birliyi istəməlidir.
Biri xəstə olduqda onu həkimə aparmaq fərzdir. Müalicə imkanı varsa, müsəlmanın da həkimi qəbul etməsi fərzdir. Şəfanı qəbul etmək Allahın əmrinə , Qurana uyğun hərəkət etməkdir. Həkimi qəbul etmək Allaha şəfa üçün duadır və ibadətdir.
İslam Birliyi hər yerə bərəkət gətirəcək. Heç kim bu gözəlliyə müqavimət göstərməsin, əksinə hər kəs bunu arzulasın.
İslam Birliyini yaratmaq üçün ölkələrin liderləri ilə xüsusi görüşlər keçirilsin. Görüşdə diplomatik dildən deyil, qardaşyana, səmimi üslubdan istifadə edilsə yaxşı olar.
Hər hansı bir mövzunu izah edərkən mübahisə aparmaq qarşı tərəfin anlama qabiliyyətini azaldar. Mübahisəni aradan qaldırmaq bir sənətdir. Təbliğ edənlərin ən əsas xüsusiyyəti qarşı tərəfin tərs damarına basmamaqdır.
Biz Quranı qəlbimizdə daşıyırıq, Quranla iç-içə yaşayırıq. “Quranın olduğu yerdə əyləncə olmaz” düşüncəsi çox səhvdir. Quranın olduğu yerdə sevinc və xoşbəxtlik vardır.
Azərbaycanı müstəqillik günü münasibəti ilə təbrik edirik. Allah Azərbaycana çoxlu gözəl günlər nəsib etsin.
Qadına dəyər verməmək zəif insanlara məxsus məntiqdir.
Biz baş nazirimizə inanırıq. Çalışır ki, əlindən gələnin ən yaxşısını etsin. Baş nazirin səmimiyyətini bütün Türkiyə görür. Hökumətimiz bölünmənin qarşısını alan bütün tədbirləri görsün.
Bir insan gözəl əxlaqlıdırsa Allah ona kömək edir.
İnsanlar əvvəl Mehdi (ə.s.)-ı tanımayacaq və əhəmiyyət verməyəcəklər. Lakin sonra hz. Mehdi (ə.s)-ı böyük məhəbbətlə sevəcəklər.
Təkrarlanan ikilərdə çoxlu sirlər vardır.
2023-cü il Mehdiyyətin, İslam Birliyinin, Türk-İslam Birliyinin tarixidir. 2023 türkün şanlı çıxışının tarixidir. Türk millətinin dünyaya ədalət ,sevgi, sülh, qardaşlıq, mədəniyyət, sənət, demokratiya, yaxşılıq və gözəllik yayacağı, möhtəşəm başlanğıcın tarixidir .
Allah şəhidlərimizə cənnətdə ən yüksək mövqeyi nəsib etsin. Allah bizi PKK-ya qarşı elmi mübarizədə qalib etsin.