Suriyada hər iki tərəf də şiddəti, qan axıtmağı dayandırmalıdır. İki tərəf də birliyi istəməlidir.
Biri xəstə olduqda onu həkimə aparmaq fərzdir. Müalicə imkanı varsa, müsəlmanın da həkimi qəbul etməsi fərzdir. Şəfanı qəbul etmək Allahın əmrinə , Qurana uyğun hərəkət etməkdir. Həkimi qəbul etmək Allaha şəfa üçün duadır və ibadətdir.
İslam Birliyi hər yerə bərəkət gətirəcək. Heç kim bu gözəlliyə müqavimət göstərməsin, əksinə hər kəs bunu arzulasın.
İslam Birliyini yaratmaq üçün ölkələrin liderləri ilə xüsusi görüşlər keçirilsin. Görüşdə diplomatik dildən deyil, qardaşyana, səmimi üslubdan istifadə edilsə yaxşı olar.
Hər hansı bir mövzunu izah edərkən mübahisə aparmaq qarşı tərəfin anlama qabiliyyətini azaldar. Mübahisəni aradan qaldırmaq bir sənətdir. Təbliğ edənlərin ən əsas xüsusiyyəti qarşı tərəfin tərs damarına basmamaqdır.
Biz Quranı qəlbimizdə daşıyırıq, Quranla iç-içə yaşayırıq. “Quranın olduğu yerdə əyləncə olmaz” düşüncəsi çox səhvdir. Quranın olduğu yerdə sevinc və xoşbəxtlik vardır.
Azərbaycanı müstəqillik günü münasibəti ilə təbrik edirik. Allah Azərbaycana çoxlu gözəl günlər nəsib etsin.
Qadına dəyər verməmək zəif insanlara məxsus məntiqdir.
Biz baş nazirimizə inanırıq. Çalışır ki, əlindən gələnin ən yaxşısını etsin. Baş nazirin səmimiyyətini bütün Türkiyə görür. Hökumətimiz bölünmənin qarşısını alan bütün tədbirləri görsün.
Bir insan gözəl əxlaqlıdırsa Allah ona kömək edir.
İnsanlar əvvəl Mehdi (ə.s.)-ı tanımayacaq və əhəmiyyət verməyəcəklər. Lakin sonra hz. Mehdi (ə.s)-ı böyük məhəbbətlə sevəcəklər.
Təkrarlanan ikilərdə çoxlu sirlər vardır.
2023-cü il Mehdiyyətin, İslam Birliyinin, Türk-İslam Birliyinin tarixidir. 2023 türkün şanlı çıxışının tarixidir. Türk millətinin dünyaya ədalət ,sevgi, sülh, qardaşlıq, mədəniyyət, sənət, demokratiya, yaxşılıq və gözəllik yayacağı, möhtəşəm başlanğıcın tarixidir .
Allah şəhidlərimizə cənnətdə ən yüksək mövqeyi nəsib etsin. Allah bizi PKK-ya qarşı elmi mübarizədə qalib etsin.
Bədiüzzaman “bəzi cahil alimlər xurafatlarla avam möminin etiqadını pozurlar” deyib. Bədiüzzamanın bəhs etdiyi bu insanlar ağlasığmaz xurafatlarla insanların beynini yuyurlar.
Bizdə də 2014-cü ildə çox kəskin dəyişiklik olacaq. Mənim yoldaşlarımda və məndə də ciddi dəyişiklik olacaq. Yəni yeni bir strategiya, təbliğat növü, canlanma, güc görüləcək. Qardaşlarımız bunu da 2014-cü ildə təqib etsinlər.
Yəcuc və Məcuc dəccalın zülm üçün istifadə etdiyi iki sistemin adıdır: biri kommunizm, digəri faşizmdir. Yəcuc və Məcuc I - II Dünya müharibəsində meydana çıxmış, bir milyarddan çox insan qətl edilmişdir. Yəcuc və Məcuc vəzifəsini artıq bitirmişdir.
Türkiyə zaman varkən, gec olmadan İranla birləşsin.
Peyğəmbərlərə həmişə azğınlıq və dəlilik böhtanı atılmışdır. Mehdi (ə.s)-a peyğəmbərlərə atılan böhtanlar kimi iftiralar atılacaq.
Xarici işlər, Daxili İşlər və Ədliyə nazirləri mükəmməldilər, maşaAllah. Cənab Hüseyn Çəlik də çox dindar, nurlu insandır.
Bəşər Əsədi hal-hazırda dərin dövlət əsir almışdır. Ondan intiqam alınmayacağını bildirərək razı salıb Şamdan çıxarmaq mümkündür. Lakin indi çox narahatdır, qorxur. Özünə zəmanət verək və Türkiyəyə gətirdək. Bu barədə Əhmədinecatla da görüşək.