Terrorla mübarizədə yanlış üsul tətbiq edilir. Əvvəlcə təhsil müəssisələrində gənclərə; "sizin əcdadınız meymun idi, ilk əcdadlarınız da ibtidai icma həyat yaşayırdı, tarix bir parabola izləyir və indi yenidən əcdadlarımızın yaşadığı ibtidai icma cəmiyyətinə doğru qayıdırıq, hazırkı sistemi dağıtmağın yolu da zorakılıqdır" deyilir. Buna görə də "məhv olsun terror" demək deyil, terrorun bu fikri zəminini aradan qaldıracaq mədəni iş görmək lazımdır.
Gözəlliklə və sevgiylə hərəkət edildiyi zaman hər kəsi qazanmaq, hər problemi həll etmək mümkün olar. Bunun da adı mehdiyyətdir.
Allah adından hökm vermək, Allah adından yeni halallar və haramlar yaratmaq şirkdir, buna görə də mövhumatçılar müşrikdir.
İslam Birliyi meydana gəlsə yaşanan bütün sıxıntılar dərhal bitəcəyi halda, müsəlmanlar birləşmədikləri üçün bu əzablar artaraq davam edir.
Mövhumatçı zehniyyət, incəsənəti, gözəlliyi, musiqini, qadınların azad olmasını, elmi, keyfiyyəti, gözəl olan hər şeyi qadağan edən zehniyyətdir.
Hz. Musanın əsası, hz. Nuhdan hz. İbrahimə keçən əsadır. Hz. İbrahim də bu əsa ilə bütləri sındırmışdır. Hz. Yusif Misirə gəldiyi zaman bu əsadan istifadə etmişdir. Hz. Musanın bu əsası ən son olaraq hz. Mehdiyə keçəcək.
İngiltərə dərin dövləti hədislərə və müqəddəs kitablara baxaraq mehdiyyətin əhəmiyyətini bundan 2 əsr əvvəl qavradı. Buna görə də öz aləmlərində həqiqi mehdiyyət hərəkatına əngəl törədə bilmək üçün saxta mehdiyyət hərəkatları çıxarırlar.
Suriyada xalqın böyük əksəriyyətinin inancı mehdiyyətdir. Xalqın bu inancını görməzlikdən gələrək həll yolu yaratmaq mümkün olmaz.
Mossadın da, CIA-nın da böyük hissəsi İngiltərə dərin dövlətinin nəzarəti altında olan quruluşlardır.
Bədiüzzaman milyonlarla insanın hidayətinə vəsilə olmuşdur. Risalə-i Nuru tənqid edənlərin əksəriyyəti bir nəfərin hidayətinə belə vəsilə olmamışdır.
Risalə-i Nur, Quranın ən hikmətli təfsirlərindən biridir. Risalə-i Nur əleyhinə çirkin danışan birinin fərasətinə etibar edilməz.
Sevgisizlik milli təhlükədir. Qaranlıq ruhu olan bu insanlar sosial mediada da hər şeyə qəzəb və kinlə yaxınlaşırlar.
Xristianlara və musəvilərə şəfqətlə yanaşmaq Allahın Quranda göstərdiyi bir yoldur.
Şəhid, şəhidlik mərtəbəsinə çatarkən hər hansı əzab çəkməz.
Allahı sevən, peyğəmbərləri sevən, yaradılışın doğru olduğunu bilən dindar xristianlarla ittifaq etmək Axırzamanda çox əhəmiyyətlidir.
Hər şeyin təsadüfən əmələ gəldiyini söyləmək ola biləcək ən məntiqsiz açıqlamadır. Hər yerdə böyük ağıl, riyazi nizam və incəsənət vardır. Bu nizamın təsadüfən meydana gəldiyini söyləmək dünya tarixinin ən alçaldıcı açıqlamasıdır.
600 milyondan artıq əldə edilmiş fosil (daşlaşmış qalıntı) var. Bu fosillərin içində bir ədəd belə təkamülü dəstəkləyən dəlil yoxdur. Hamısı yaradılışı göstərir.
Canlılar təkamüllə yaradılmayıb. Allahın ol əmri ilə yaradılıb. Elmi tədqiqatlar da bunu göstərir. Quranda da təkamül yoxdur.
Mehdi qan axıtmaz. Mehdi sevgi insanıdır. Tövrat, Zəbur və hədislərdə Mehdinin heç qan axıtmayacağı bildirilib.
PKK-nı təşkil edən də Türkiyənin əleyhinə bütün oyunları planlaşdıran da İngiltərə dərin dövlətidir. Ziyalılarımız bunu açıqca dilə gətirsin.
Peyğəmbərimiz (s.ə.v) Axırzamanda İstanbulda körpünün ordu batalyonu tərəfindən tutulacağını və Şərqdən gələn təyyarələrin üzərində uçacağını söyləmişdir.