Mövhumatçı zehniyyət, incəsənəti, gözəlliyi, musiqini, qadınların azad olmasını, elmi, keyfiyyəti, gözəl olan hər şeyi qadağan edən zehniyyətdir.
Hz. Musanın əsası, hz. Nuhdan hz. İbrahimə keçən əsadır. Hz. İbrahim də bu əsa ilə bütləri sındırmışdır. Hz. Yusif Misirə gəldiyi zaman bu əsadan istifadə etmişdir. Hz. Musanın bu əsası ən son olaraq hz. Mehdiyə keçəcək.
İngiltərə dərin dövləti hədislərə və müqəddəs kitablara baxaraq mehdiyyətin əhəmiyyətini bundan 2 əsr əvvəl qavradı. Buna görə də öz aləmlərində həqiqi mehdiyyət hərəkatına əngəl törədə bilmək üçün saxta mehdiyyət hərəkatları çıxarırlar.
Suriyada xalqın böyük əksəriyyətinin inancı mehdiyyətdir. Xalqın bu inancını görməzlikdən gələrək həll yolu yaratmaq mümkün olmaz.
Mossadın da, CIA-nın da böyük hissəsi İngiltərə dərin dövlətinin nəzarəti altında olan quruluşlardır.
Bədiüzzaman milyonlarla insanın hidayətinə vəsilə olmuşdur. Risalə-i Nuru tənqid edənlərin əksəriyyəti bir nəfərin hidayətinə belə vəsilə olmamışdır.
Risalə-i Nur, Quranın ən hikmətli təfsirlərindən biridir. Risalə-i Nur əleyhinə çirkin danışan birinin fərasətinə etibar edilməz.
Sevgisizlik milli təhlükədir. Qaranlıq ruhu olan bu insanlar sosial mediada da hər şeyə qəzəb və kinlə yaxınlaşırlar.
Xristianlara və musəvilərə şəfqətlə yanaşmaq Allahın Quranda göstərdiyi bir yoldur.
Şəhid, şəhidlik mərtəbəsinə çatarkən hər hansı əzab çəkməz.
Allahı sevən, peyğəmbərləri sevən, yaradılışın doğru olduğunu bilən dindar xristianlarla ittifaq etmək Axırzamanda çox əhəmiyyətlidir.
Hər şeyin təsadüfən əmələ gəldiyini söyləmək ola biləcək ən məntiqsiz açıqlamadır. Hər yerdə böyük ağıl, riyazi nizam və incəsənət vardır. Bu nizamın təsadüfən meydana gəldiyini söyləmək dünya tarixinin ən alçaldıcı açıqlamasıdır.
600 milyondan artıq əldə edilmiş fosil (daşlaşmış qalıntı) var. Bu fosillərin içində bir ədəd belə təkamülü dəstəkləyən dəlil yoxdur. Hamısı yaradılışı göstərir.
Canlılar təkamüllə yaradılmayıb. Allahın ol əmri ilə yaradılıb. Elmi tədqiqatlar da bunu göstərir. Quranda da təkamül yoxdur.
Mehdi qan axıtmaz. Mehdi sevgi insanıdır. Tövrat, Zəbur və hədislərdə Mehdinin heç qan axıtmayacağı bildirilib.
PKK-nı təşkil edən də Türkiyənin əleyhinə bütün oyunları planlaşdıran da İngiltərə dərin dövlətidir. Ziyalılarımız bunu açıqca dilə gətirsin.
Peyğəmbərimiz (s.ə.v) Axırzamanda İstanbulda körpünün ordu batalyonu tərəfindən tutulacağını və Şərqdən gələn təyyarələrin üzərində uçacağını söyləmişdir.
Peyğəmbərimiz (s.ə.v) vəfat edərkən belə üzü uşaq kimi təzə, gözəl və tərtəmiz idi.
Peyğəmbərimiz (s.ə.v), Mehdinin ən yüksək şərəf və fəzilətə sahib olduğunu söyləmişdir.
Musanın əsasının canlı ilana çevrilməsi, İsanın palçıqdan düzəltdiyi quşun canlanıb uçması təkamüllə yaradılış olmadığına sübutdur.
Sevgisizlik və keyfiyyətsizlik ilə həyat sanki özləri üçün bəlaya dönmüş olan insanlar cənnət kimi mühitdə yaşayan möminlərə həsəd aparırlar. Həsəd aparanların pis sözləri, qəzəbləri və kinləri yalnız özlərinə zərər verər. Həsədin pisliyi müsəlmanlara yaxşılıq kimi qayıdar.