Təqva baxımından, həqiqətən, türk milləti İslamı gözəl şəkildə yaşayan millətdir. Bütün dünya bunu qəbul edir. Amma, təbii ki,nöqsanları da var. Amma lider türk milləti olacaq. Bundan başqa bir irq üstünlüyü iddiamız yoxdur. Ola bilməz də, olsa da, səhv olar. Çünki Allah bildirir ki, Allah qatında üstünlük ancaq təqva ilədir.
İslam aləminin qulluqçusu olan türk millətinin ətrafında İslam aləmi toplanacaq. Yoxsa biz "türklər üstündür, genetik, irqi olaraq üstünük demirik. İstəsəniz genetik quruluşumuza baxın, üstünlüyümüzü görün" demirik . Xidmət üstünlüyümüz var.
(A9 TV; 4 Avqust 2012)
Adnan Oktar
-
Müqəddəs əmanətlər haradadırsa, Mehdi də ordadır. Müqəddəs əmanətlər isə burdadır. Ona görə Türk-İslam Birliyi, Türkiyə İslam aləminin lideridir deyirik.
(A9 TV; 4 Avqust 2012)
Adnan Oktar
-
İslam aləminin lideri ortaya çıxacaq. Hətta lider çıxıb, təbii liderdir. Lideri Allahın rəsulu (s.ə.v) vəhy ilə bizə bildirmişir ,Türkiyədir, Türklərdir. "Mehdi İstanbulda çıxacaq" deyir, vəssalam. "İlk dəfə türklər arasında bayrağını açacaq" deyir.
(A9 TV; 4 Avqust 2012)
Adnan Oktar
-
Anti-kommunist fəaliyyət PKK problemini kökündən həll edəcəkdir. Daha da sürətlə çalışaq, daha da cəhd edək, amma ən çox sevginin üzərində dayanaq. Allah sevgisi, Allah qorxusu və sevginin tətbiqi məsələsinə ciddi yanaşaq. Polislərimiz Cənub-şərqdəki bacı-qardaşlarımızı, əsgərlərimizi sevsinlər.
(A9 TV; 4 Avqust 2012)
Adnan Oktar
-
On il ərzində Türkiyə bölgədəki ən böyük dövlət olacaq. İslam Birliyi yaranacaq. Türk-İslam Birliyi meydana gələcək.
(A9 TV; 4 Avqust 2012)
Adnan Oktar
-
Xurafatçılar komandası həmişə ağılsız və qürurlu olurlar. Əhli-sünnə həlim insanlardır. Lakin əhli-sünnədən istifadə edən azğın xurafatçı qrupu öz fikrini paylaşmayan hər kəsi məhv etməyə meyillidir. Sevgisizlik insanları bu hala salır. Sevgi olsa, bu bəlaların heç biri olmaz.
(A9 TV; 4 Avqust 2012)
Adnan Oktar
-
Dəccalın məqsədi dini yox etmək və Mehdiyyəti dayandırıb onun inkişafına əngəl olmaq, İsa Məsihin nüzuluna mane olmaq, İsa Məsihin fəaliyyətini dayandırmaqdır.
(A9 TV; 4 Avqust 2012)
Adnan Oktar
-
Bir insan Mehdiyyətə qarşı çıxarsa dəccaliyyətə girmiş sayılır.
(A9 TV; 4 Avqust 2012)
Adnan Oktar
-
Mehdi (ə.s) məzhəblər arasındakı ziddiyyətləri düzəldəcək. Çünki birinə görə "halal", birinə görə "haramdır". Dinin hökmü birdir. Buna gözardı etmək, göz yummaq haram olar.
(A9 TV; 4 Avqust 2012)
Adnan Oktar
-
Sevgidə heçnə itirilməz. Sevgisizlikdən çox şey itirilər, sevgidən çox şey qazanılar. Sevgini artırmaq lazımdır. Dünyanın quruluşunun, varlığının məqsədi sevgidir. Sevgi yox olsa, dünya, hər şey yox olar. Hər yer cəhənnəmə dönər, Allah əsirgəsin.
(A9 TV; 4 Avqust 2012)
Adnan Oktar
-
İnsanların qürurları ilə oynamalarına imkan vermərik. Alçaldılma, qürurun qırılması insanlarda əks təsir yaradar. Mütləq sevgi ilə,səmimiyyətlə, təvazökarlıqla yaxınlaşmaq lazımdır.
(A9 TV; 4 Avqust 2012)
Adnan Oktar
-
Dörd məzhəbin dördündə də bir çox məsələlərdə halallar və haramlar fərqlidir. Məsələn, yeməklərdəki halallar və haramlar, ibadətdə dəstəmazı pozan hökmlər dörd məzhəbdə ayrıdır. Doğrusunu Mehdi ortaya cıxaracaq. Ən doğrusu ortaya çıxarmaq bütün halalların və haramların ən doğru şəkildə tətbiq olunması deməkdir.
(A9 TV, 3 Avqust 2012)
Adnan Oktar
-
Dəccal Allah adına, həqiqi mürşid görünüşündə ortaya çıxır. Bir alim mürşid görünüşündə ortaya çıxaraq dindən istifadə etməklə insanları aldadır.
(A9 TV, 3 Avqust 2012)
Adnan Oktar
-
Milli qürur vardır, lakin şəfqət, sevgi, mərhəmət, dostluq hamısından vacibdir.
(A9 TV, 3 Avqust 2012)
Adnan Oktar
-
Şiəlik hz. Əlini sevməkdir, gözəllikdir, barışdır,xurafata qarşı olmaqdır, rəsulullah (s.ə.v)-i sevmək, Allah eşqi ilə yanmaq, incə düşünmək, sevgini ön plana çəkmək və ən əsası qəbul etməkdir.
(A9 TV, 3 Avqust 2012)
Adnan Oktar
-
Müctəhid gələrkən Allahın hökmlərinin ən doğrusunu göstərəcək.
(A9 TV, 3 Avqust 2012)
Adnan Oktar
-
Müsəlman qanı tökən kimdirsə, qatildir. Yəhudi, xristian ya da müsəlman fərqi yoxdur. Xurafatçılar da müsəlman qanı tökür. Terroristlər, azğın müşriklər müsəlman qanı tökürlər. Müsəlmanları yandırırlar. Yəhudilərdən, xristianlardan də edən vardırsa, müsəlman da, kommunist də edirsə, onların da hamısı eyni əxlaqsızlığı edir. Bir hal hamı üçün eynidir.
(A9 TV, 3 Avqust 2012)
Adnan Oktar
-
Risaləyi- Nura ləyaqətli ola bilmək üçün dürüst, səmimi, Risaləyi-Nuru olduğu kimi qəbul edən, dəyişdirməyən, dil əyib bükməyən, oyun oynamayan bir davranış nümayiş etdirmək lazımdır.
(A9 TV, 3 Avqust 2012)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) Mehdini çox əhəmiyyətli hesab edirdi. İsa Məsihi çox əhəmiyyətli hesab edirdi. Allah əhəmiyyətli hesab edir. Sənin əhəmiyyətli hesab edib-etməməyin əhəmiyyətli deyil. Allahın əhəmiyyətli hesab etməsi əhəmiyyətlidir.
(A9 TV, 3 Avqust 2012)
Adnan Oktar
-
"Bədiüzzamansız Nurçuluq, Quransız İslamiyyət" buna icazə vermərik.