avatar

Adnan Oktar

Küfrə müəyyən qədər heyranlıq bəsləyir, bu da onu həlak edir, yandırıb yaxır. Məsələn, onların internetdəki rəftarlarına qibtə edir, orada özünü həlak edir. Yaxud onların haram həyat tərzindən xoşlanır. Qismən də olsa o həyatı yaşamaq istəyir.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Müsəlmanlar küfr əhlinin çirkabına bulaşdıqları zaman böyük iztirab çəkirlər. Üstündə bir qədər küfr əhlinin çirkabı olanda, iztirab və sıxıntı çəkməyə başlayır. Qəribə narahat olur, yerində dayana bilmir. Səbəbini bilmir. Halbuki azacıq küfr əhlinə meyl etdiyindən bunlar olur.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Küfr əhli qəribə formada narahatdır, sıxıntılıdır. İnsanın qəlbini parçalayar. Müsəlmanlıq olduqca rahatdır. Beynin rahat, ruhun rahatdır.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Asan olan; İbrahimin dininə tabe olduğunda; bu hənif İslam dininə, Məhəmməd (s.ə.v)-in dininə tabe olduğunda cənnətə getməyindir. Amma sənin xurafatlarla çətinləşdirdiyin, mürəkkəbləşdirdiyin dinə tabe olduqda cəhənnəmə gedirsən. Həm dünya, həm də axirət həyatın cəhənnəmə çevrilir. Mübarək niyə bəlanı axtarırsan?
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Allah bizim üçün asanlıq yaradır və onda da bizi müvəffəq edir. Çətinlik axtaranlar həlak olurlar. Məğlub olur, tapdalanırlar. Ənənəvi İslamı, Ortodoks İslamı axtaran hər kəs tapdalanır. Nəyinə lazımdır, Allahın nur kimi dinini niyə dəyişdirirsən? Allah asanlıq yaratdığı halda, niyə çətinlik yaradırsan? Nə gözəl, get sevinc içində yaşa.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Dini yaşamaqda çətinlik çəkirsənsə, o zaman səndə qəribəlik vardır. Yəni Quran hökmlərini tətbiq etmirsən. Quran hökmlərində çətinlik yoxdur, İslam dinində çətinlik yoxdur. Daim asanlıq vardır. İslam asanlıq dinidir.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

İnsanlar bütün elçilərə qarşı çıxmışdılar. Burada Allahın qəzəblənməsinə səbəb olan, elçinin bu qədər səmimi, dürüst və doğru olması, onların da açıq şəkildə günahkar və yanlış yolda olduqlarını bilmələri, buna baxmayaraq elçinin dürüst, səmimi və doğru sözlü olduğunu anladıqları halda ondan şiddətlə çəkinmələridir. Bu hadisə bəlanın gəlməsini zəruri edir. Allah da bəlalarını verir.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Allahın zikr olunmadığı bölgədə, şəhərdə, ölkədə bərəkət gedir. Nə gəlir? Aclıq, iqtisadi böhran. Nə gəlir? Terror. İki təhlükə. Yunanistanda Allah zikr edilirmi? Edilmir. Digər ölkələrdə zikr edilirmi? Məsələn, ABŞ-da zikr edilmir. Nə baş verir? Aclıq meydana gəlir. Ucsuz-bucaqsız torpaq sahəsi var, amma aclıq hər tərəfi bürüyür. Arxasınca terror, qorxu meydana gəlir.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Allah “ibadət edən” demir, “səmimi ibadət edən” deyir. Allah mütləq belə bir şərt qoyur. Sevgi, sırf onlara məxsus nemət kimi verilir.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Allahın nemətini yada salmaq çox əhəmiyyətlidir. Bu unudulduqda insan eqoistləşər, anormallaşar, fikri başqa yerlərə gedər. Allah qorusun. Bunun üçün Allah yada salınmasını söyləyir. Yada saldıqca qəlbdə rahatlıq, xoşluq yaranır.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

İnsan hədiyyə verəndə, nə qədər bahalı hədiyyə verdim deyə şikayətlənirsə bu sevgisizliyindən qaynaqlanır. Amma bahalı da olsa bir hədiyyə verəndə qarşısındakının, qardaşının sevinəcəyini, xoşbəxt olacağını düşünüb bundan dərin həzz alırsa, bu da bir sevinc vəsiləsi, gözəl əməl və Allahın bəyənəcəyi bir rəftardır.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Ayələrin əvvəlində həmişə "Rəhman və Rəhim", "Bismillahir-rəhmanir-rəhim" sözü gəlir. Rəhman və Rəhim olan, yəni sevginin nə olduğunu çox yaxşı bilən, çox yaxşı sevən və bizdən də sevgini istəyən Allah. Allah "Rəhmandır", çünki bu söz; qoruyan, himayə edən, sevən, bağışlayan, insanların yaxşılığını istəyən mənasındadır.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Sevgi çox qəribə, çox mükəmməl bir duyğudur. Nə yeməyə bənzəyir, nə də içməyə. Ən çox zövq alınan nemətdir. "Yemək, yoxsa sevgi?" desən, sevgi. "Sənə yaxta verəcəyik, yoxsa sevgi istəyirsən?" desələr, sevgi. Yaxtanın nə faydası var, taxtadan olan nəhəng bir şeydir. Dənizin ortasında hərəkət etdiyini düşün. Sevgi yoxsa nə edəcəksən? Hansı işinə yarayar? Yaxud sənə qəsr verdilər, amma sevgi yox. Belə olduqda bu qəsr sənin üçün nəhəng bir həbsxana olar. Heç bir işinə yaramaz.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Bağışlamağın nəyə faydası var? Sevgiyə faydası var. Bu olmasa qəzəblənərsən, küsərsən, inciyərsən, əlaqəni kəsərsən. Onunla əlaqəsini kəsir, bununla əlaqəsini kəsir, nə olur? Tək qalır. Bu bütün dünyanın başındakı fəlakətdir. Bu dəfə də, evdə it-pişik saxlayır. Tək dostum bu deyir. Sevgi olmasa, Qurana tabe olmasan belə olar.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Mömin yeri gələndə şəhid olanda, Allahın ən sevdiyi olur, ən böyük sevgi nümayişi budur. Çünki Allah üçün canını verir. Can əziz deyilmi? "Ey Rəbbim, mənə canımı sevdirdin, mən də canımdan çox Səni sevirəm" deyir. "Canım Sənin olsun" deyir. "Mən də Səninəm" deyir. Mənası budur. Bunun üçün Allah şəhidləri ayrı bir məkanda saxlayır, yəni öldürmür. Ölümü dadmırlar.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Allahın ən xoşladığı şey şəhid olmaqdır. Allah bunu ən böyük sevgi nümunəsi qəbul edir. Amma mömin bunun üçün niyyət etməlidir. Bunu qeyri-ixtiyari etmək olmaz. "Ey Rəbbim məni şəhid etməni istəyirəm" deyə səmimi, qəlbən niyyət etməlidir.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Nə səbir edir, nə də əziyyətə razı olur, birbaşa nemət istəyir. Olmaz belə bir şey. Belə olsa nə cənnətə, nə də Allahın rizasına qovuşa bilərsən. Bura imtahan yeridir, əyləncə yeri deyildir ki. Allah; "əgər Biz əyləncə etmək istəsəydik əlasını edərdik" deyir. "Şənimizə layiq olanı edərik" deyir. Əyləncə yeri cənnətdir. Burada belə bir şey yoxdur.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Amerika yenidən dindar olmalıdır, bu cür olmaz. Dindar olsalar rahatlığa qovuşarlar. Dinsiz olsalar, onlara inanılmaz bir bərəkətsizlik və uğursuzluq gələr.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Bir insan Allah yolundadırsa, Allah ona bərəkət, bolluq, gözəllik verir. Amma verdiyi əziyyətə də razı olmalısan. Həmişə verdiyi nemətlərə razı olmamalıdır. Olmaz bu. Səbir etməyə də razı olmalısan, əziyyətə də razı olmalısan. O zaman Allah öz nemətini sənin üzərinə yağış kimi yağdırar.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Müsəlman kasıb da olar, zəngin də. Peyğəmbərimiz (s.ə.v) əvvəlcə kasıb idi, sonra, Allah: "Kasıb olduğun zaman səni varlı etmədim mi?" deyir. Müsəlman çətinlik anlarında səbirli, zənginlik anlarında gözəl əxlaqlı olur. Peyğəmbərimiz (s.ə.v) yetim olaraq uzun illər yaşadı, bütün uşaqlığı kasıblıq içində keçdi.
A9 TV; 4 iyun 2015
avatar

Adnan Oktar

Qəribədir hər peyğəmbərə “dəli” deyirlər. İstisnasız olaraq. Hamısına lağ edirlər. Mütləq dəlidir deyirlər. Kimin ağıllı, kimin dəli olduğunu da axirətdə öyrənirlər.
A9 TV; 4 iyun 2015
PAYLAŞIN
logo
logo
logo
logo
logo