Təbii fəlakətlərin çoxalması Axırzaman əlamətlərindəndir. Peyğəmbərimiz (s.ə.v) nə xəbər veribsə, hamısı tək-tək reallaşır.
Münafiqlərə Allahın verdiyi bəlalardan biri də vücudlarının daxilən və erkən çürüməsidir.
Möminin ruhundakı konstitusiya Qurandır. Möminin sevgisi, ehtirası, ağlı, dərinliyi ruhundakı Qurana əsaslanar.
Hər şeydə xeyir görmək, çox təmiz olmaq, başqa möminlərlə əlaqədə olmaq, yığıncaqlar keçirmək, Allahı xatırlayıb söhbət etmək çox gözəl olar.
Ruh yaşlanmaz. İki insan arasındakı dostluğa, sevgiyə yaş həddi qoymaq çox yanlış dünyagörüşüdür.
İnşaAllah və maşaAllah zikrləri Kəhf surəsində keçən, şirki tamamilə aradan qaldıran iki böyük zikrdir.
Mən heç bir kitabımdan müəllif haqqı almıram. Dini ödəniş qarşılığında təbliğ etmək olmaz.
Vaxtı ən gözəl keçirməyin yolu, insanların sevinci, imanı və hər cür xeyri üçün səy göstərməkdir.
Təkamülün əsassızlığını ən dəqiq ortaya qoyan elmi dəlil; keçid canlı, keçid fosil olmamasıdır. 700 milyon fosil var, bir ədəd belə keçid canlı yoxdur.
Axirətdə təkcə Qurandan sorğu-sual ediləcəyik. Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi Qurandır.
İslamı çətinləşdirmək dəccaliyyətin oyunudur. Ənənəçi ortodoks sistemin qarmaqarışıq dünyasına insanları çəkmək kütlələri dindən uzaqlaşdırar.
Küfr əhlinə, münafiqlərə, zülmə nifrət etmək möminin ən nəzərə çarpan iman əlamətlərindən biridir. Mömin Allah üçün sevər, Allah üçün nifrət edər. Bu möminin ən kəskin əlamətlərindən biridir. Mömində intuisiya olaraq yaxşıya qarşı dərin sevgi olduğu halda, pisə qarşı nifrət vardır.
Eqoistlik cəmiyyəti cəmiyyət olmaqdan çıxardar. Cəmiyyət vücud olduğu halda, tək-tək hüceyrələrə bölünər və ölər. Eqoistlik cəmiyyəti öldürər.
Dəccaliyyətin bütün oyunlarını görür və bilirik. Bacara bilməyəcəkləri işə girişirlər, bütün oyunlarını qanunla, hüquqla əzəcəyik.
İngiltərə dərin dövləti ifşa olmağın təşvişini yaşayır. Hər tərəfdən təşvişlə Türkiyəni hədəf alırlar, lakin boşuna çalışırlar.
Allah sevgisi olmadan incəsənət olmaz. İncəsənət, bacarıq və ittifaq mehdiyyətin ruhudur. Hər yerin incəsənətlə gözəlləşdiyini görəcəyik.
Vicdanının səsini tam dürüstlüklə dinləyən insan səmimi olar. Səmimi olan insan cənnət əhli olar.
Allahı sevərək Allahdan şübhə etmədən səmimi olaraq Quranı oxuyana Allah Quranı açar. Quran o zaman min bir rəngi ilə özünü göstərər.
Bəzilərinin xoşuna gəlmir, lakin İngiltərədə İslamı yayan, İngiltərə dərin dövlətinə ağır çəkic kimi enən Şeyx Nazim həzrətlərinin işləridir. Şeyx Nazim həzrətləri həqiqi Quran tələbəsidir və İngiltərəyə Quranın nurunu yaymışdır.
Mövhumatçılıq Allahın dini xaricində Allahın istəmədiyi şirk dini deməkdir. Mövhumatçılığın qapqaranlıq dünyasını Quranın nuru aradan qaldırar.
Haqqı izah edən hər yazı çox təsirli nəticə verər. Səbirlə, ağılla, şəfqətlə, elmlə görülən hər iş Allahın icazəsi ilə bərəkətli olar.