Eqoistlik cəmiyyəti cəmiyyət olmaqdan çıxardar. Cəmiyyət vücud olduğu halda, tək-tək hüceyrələrə bölünər və ölər. Eqoistlik cəmiyyəti öldürər.
Dəccaliyyətin bütün oyunlarını görür və bilirik. Bacara bilməyəcəkləri işə girişirlər, bütün oyunlarını qanunla, hüquqla əzəcəyik.
İngiltərə dərin dövləti ifşa olmağın təşvişini yaşayır. Hər tərəfdən təşvişlə Türkiyəni hədəf alırlar, lakin boşuna çalışırlar.
Allah sevgisi olmadan incəsənət olmaz. İncəsənət, bacarıq və ittifaq mehdiyyətin ruhudur. Hər yerin incəsənətlə gözəlləşdiyini görəcəyik.
Vicdanının səsini tam dürüstlüklə dinləyən insan səmimi olar. Səmimi olan insan cənnət əhli olar.
Allahı sevərək Allahdan şübhə etmədən səmimi olaraq Quranı oxuyana Allah Quranı açar. Quran o zaman min bir rəngi ilə özünü göstərər.
Bəzilərinin xoşuna gəlmir, lakin İngiltərədə İslamı yayan, İngiltərə dərin dövlətinə ağır çəkic kimi enən Şeyx Nazim həzrətlərinin işləridir. Şeyx Nazim həzrətləri həqiqi Quran tələbəsidir və İngiltərəyə Quranın nurunu yaymışdır.
Mövhumatçılıq Allahın dini xaricində Allahın istəmədiyi şirk dini deməkdir. Mövhumatçılığın qapqaranlıq dünyasını Quranın nuru aradan qaldırar.
Haqqı izah edən hər yazı çox təsirli nəticə verər. Səbirlə, ağılla, şəfqətlə, elmlə görülən hər iş Allahın icazəsi ilə bərəkətli olar.
Hörmətli Devlet Bahçelinin təbii fəlakətlərin xəbərdarlıq olduğunu ifadə etməsi çox gözəl olub. Bəsirət əhli insan olduğu üçün hadisələri hikmətlə dəyərləndirib. Son dövrlərdəki bütün fövqəladə hadisələr Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirdiyi Axırzaman əlamətləridir. Əlamətlər artaraq davam edəcək.
İş təhlükəsizliyi mühüm məsələdir. İşçilərin həm iş, həm də istirahət mühitlərinin ən rahat şəkildə olmalıdır. İşəgötürənlərin işçiləri övladları kimi görmələri lazımdır. İşçilərin rahatlığından və təhlükəsizliyindən kəsib daha çox qazanmaq doğru deyil. Onlar üçün xərclənən bərəkət olar.
Mənim dostlarım İslama, Qurana özünü həsr etmiş, Allah üçün yaşayan insanlardır. Dünyadan heç nəyi gözləmirlər.
İnsanların çoxu sevəcək insan tapa bilmədikləri üçün yalnız yaşayırlar. Hamısı sevgini axtarırlar, lakin dürüst, vəfalı, dərin sevgini tapa bilmirlər.
Müsəlmanın gördüyü işlərə tənqid edilərsə, Qurana görə edilməlidir. Tənqid edənlərin "bu ayəyə görə etdiyin səhvdir" deyə bilmələri lazımdır. Ayəni dəlil olaraq göstərə bilmirlərsə o məsələdə səhvlik yoxdur deməkdir.
Buraxın qadınlar azad olsun, istədikləri qədər makiyaj etsinlər, istədikləri kimi geyinsinlər, baxımlı gəzməkdən çəkinməsinlər. Qadınların azadlıq istəmələri ən haqlı tələbləridir. Qadınların təzyiq altına alınması həyatın gözəlliyinin aradan qaldırılmasıdır.
"İfrat makiyaj" anlayışı məntiqli deyil. Qadın gözəlliyini aradan qaldırmaq üçün bunu irəli sürürlər. Qadına yaraşan makiyaj doğru makiyajdır.
Təbliğdə gözəl və baxımlı insanların olması hz. Süleymanın və Rəsulullahın istifadə etdiyi üsuldur.
Təkamülçülər təsadüf deməyin məntiqsizliyini gördükdə "təsadüf deyil, ehtimal" deməyə başladılar, o da olmadı indi də "proqramlı ehtimal" deyirlər. Məntiqsizliklərini göstərdikdə çox təşvişə qapıldılar. Bundan sonra elmdən kənar izahları tamamilə tərk edəcəklər. Təsadüf elm deyil.
Yeni nəsil çox gözəl günlər görəcək inşaAllah. Hamısı müasir İslamı sevir və Quran müsəlmanlığının yaşanmasını istəyir, bunu görəcəklər.
İncəsənət və keyfiyyət anlayışının zəif olması mənəvi fəlakətdir. İncəsənət və Keyfiyyət Nazirliyi yaradılsa ilk addım olaraq zövqsüz əsərlərə icazə verilməz. Binalar, heykəllər, hər şey incəsənət və keyfiyyət cəhətdən dəyərləndirilər, keyfiyyətsiz olanlara icazə verilməz.
Quran müsəlmanlığı yavaş-yavaş yayılır. Allah bizi təkcə Qurandan məsul tutacaq, gənclər bu həqiqəti çox yaxşı öyrəndilər.