Tayyib hocam müasir dəliqanlıdır. Özünə yaxşı dəstək verilsə Türkiyəni gözəl müasir səviyyədə inkişaf edəcək.
Bəziləri qadının baxımlı olmasını, özünə diqqət göstərməsini, gözəl olmasını səhv kimi görür. Halbuki bu qadının ən təbii haqqıdır. Avropada qadının baxımlı olması ilə fəxr edirlər. Burada isə baxımlı olan qadın əzilir.
Keyfiyyəti bilməyən bir insana içində olduğu vəziyyətin vahiməliyini və nə qədər xoşagəlməz olduğunu izah etmək çox çətin olur. Keyfiyyətsizlik fəlakətdir.
Hər yer rəsm əsərləri, heykəllərlə bəzədilsə binaların natəmizliyi aradan qalxsa, küçələr tərtəmiz olsa Avropa Türkiyəyə niyə qarşı çıxsın? Çıxmaz.
Rəsmə, heykələ nifrətlə baxan, qadının gülməsinə belə dözə bilməyən bir zehniyyəti Avropa öz içinə almaq istəməməkdə haqsız deyil.
Bəzi insanlar həyatın demək olar ki, heç bir sahəsində keyfiyyət axtarmır, təkcə yaşamağa çalışırlar. Bu çox dəhşətli haldır. Həyatın çökməsi deməkdir.
Avropanı əsil narahat edən keyfiyyətsizlikdir. Heykələ, rəsmə, musiqiyə düşmən insanları öz həyatlarının içində görmək istəmirlər. Bəzi həqiqətləri anlamazlıqdan gəlmək vaxt itkisinə səbəb olur. Türkiyədə təcili surətdə Keyfiyyət Nazirliyi yaradılmalıdır. Dövlət keyfiyyəti təşviq etməlidir.
Eyni səs, eyni danışıq, eyni üzün milyonlarla insanın evində eyni anda yaradılması möcüzəvidir, peyk, televiziya kimi səbəblər insanı aldadır.
Müsəlman təbliğ etməklə məsuldur. Qarşı tərəf dinləsə də, dinləməsə də, müsəlman təbliğ etmiş olmanın savabını qazanar.
Allahı səmimi sevmək əhəmiyyətlidir. Həmişə Allahdan yana düşünmək lazımdır.
İngiltərə dərin dövləti PKK-nı İslam cəlladı kimi görür və qatil kimi istifadə etmək istəyir. Yaxın zamanda Bərzaniyə də hücum edə bilərlər. Bərzani PKK-nı əhəmiyyətsiz hesab etməməlidir. Həm dünyagörüşü cəhətdən gəncləri PKK-ya qarşı yaxşı maarifləndirməli, həm də çox güclü hərbi tədbir alınmalıdır.
Müsəlmanların bir-birinə olan sevgisini Allah yaradar. Allahın yaratdığı sevgiyə heç kim mane ola bilməz.
Nur surəsində hicab yoxdur. Əhzab surəsində isə çarşab var. Qadın lazımi hesab etdiyi vəziyyətdə özünü qorumaq üçün çarşab geyinər.
Peyğəmbərlər, dövrlərinin ən müasir insanlarıdır. Bir insanın xəyalında canlandırdığı ən yaxşı, ən vicdanlı, ən keyfiyyətli, ən gözəl insanlardır.
Əlillərə hörmət və sevgi göstərə bilməsi üçün insanın Allahı sevməyi bacarması lazımdır. Allahı sevməyən, Allahdan qorxmayan, heç kimi sevə bilməz.
Mehdiyyət bütün dünyanın qidasıdır. Mehdiyyətin sevgi, iman, keyfiyyət ruhu olmadan dünya ayaqda qala bilməz.
Mədəniyyət və incəsənət həyatın gözəlliyidir. İnsanın ruhundakı cənnət həsrətidir. İncəsənət, keyfiyyət və sevgi yoxdursa həyatın mənası qalmaz.
Türkiyənin sevinci imanla gələr. İnsanlara bir tərəfdən darvinist, materialist digər tərəfdən isə mövhumatçı sistem zorla qəbul etdirilərsə bədbəxtlik baş verər.
İncəsənət, mədəniyyət və keyfiyyət çatışmazlığı Türkiyənin ən mühüm problemlərindən biridir. Mədəniyyət və incəsənət, təkcə keyfiyyət sayəsində inkişaf edər. Keyfiyyət möminin cənnət həsrətindən irəli gələr. İncəsənət və keyfiyyət iman sevgisi ilə yaranar.
Qarşısındakını təsadüf nəticəsində meydana gəlmiş bir növ heyvan kimi görən insanlar yetişdikdə sevginin və dostluğun yaşanması mümkün olmur.
Şəxsiyyət dəyişə bilən şeydir. Əsəbi insan imanla çox mehriban, anlayışlı insan halına gələr. Səmimiyyət və güclü xarakter imanla formalaşar.