Taksimdə hər şeydən əvvəl, yaradılacaq bağçaların, əkiləcək ağacların yeri təyin olunmalıdır. Çünki əsl məqsəd Taksimdə nəhəng bir bağça yaratmaqdır. Bunun təsiri dünya səviyyəsində yayılar.
Məsələnin həlli Taksimin 10 misli qədər ağacların əkilməsidir. Bundan başqa Taksimdən aparılan ağaclar yenidən geri qaytarıla bilər.
Darvinist-materialist inanc sevgini öldürür, ruhu qaraldır
Hal-hazırda xarici qüvvələr Türkiyəyə böyük təzyiq göstərirlər. Anti-darvinist, anti-materialist və anti-kommunist təhsil və şüurlandırma çox vacibdir.
İnsanların çoxunun gərgin vəziyyətlərində başları öz dərdlərinə qarışır. Nə edəcəklərini bilməzlər. Sanki iflic olarlar. Buna görə də xalqın dövlət tərəfindən əvvəlcədən öyrədilməsi, hazırlanması son dərəcə əhəmiyyətlidir.
Qorxaq olmaq həyatı zindana çevirər.
İnsanlarda qorxu damarı vardır. Bu çox böyük təhlükədir. Son hadisələrdə bir çoxları səslərini belə çıxarmadılar. Halbuki, fikirlə, yazı ilə, düşüncələri ilə dövlətin və demokratiyanın xeyrinə davrana bilərdilər.
İctimai ədalətin əsl sahibi mehdiyyətdir. Marks ictimai ədaləti Tövratdan öyrənmişdir.
Şiddət tətbiq edənlər həqiqətdə özlərini, ruhlarını yandırarlar. Fikir elmlə, sevgi ilə, ağılla, demokratiya ilə yayılar.
Müsəlman darvinist olmaz. Kainat təsadüfdən yox, Allah tərəfindən yaradılmışdır.
Vəsiləmizlə, Türkiyənin 95%-i darvinizmə inanmır. Etdiyimiz elmi işlərlə solun hücum gücünü qırdıq və AK Partiyanın iqtidara gəlməsinin fəlsəfi zəminini biz yaratdıq.
Allahın Quranda bildirdiyi kimi insanların bir çoxu cahil və zalımdır. Bunun aradan qaldırması üçün Quran əxlaqı yayılmalıdır.
Dövlətimiz darvinist-materialist təhsili tezliklə dayandırmalıdır.
Bir məsələdən danışarkən onun həllinin də deyilməsi lazımdır.
Baş verən hər hansı qarışıq vəziyyətdə Amerikaya güvənmək böyük səhv olardı. İmanlı insanlar əsasdır.
Bu yaxınlarda baş verən hadisələrdə bizdən başqa Tayyib bəyi dəstəkləyən olmadı. Çoxlarının heç səsi də çıxmadı, sadəcə seyr etdilər. Hər şeyi Tayyib bəydən gözləyirlər. O da tək başına bir insandır.
Dəccal hal-hazırda dünya üzərində müsəlmanları bir-birinə qırdırır. Bu oyunu hz. Mehdi (ə.s) pozacaq.
Bir idealist heç vaxt kommunistlərlə ittifaq bağlamaz.
Tayyib bəy canımızdır, onu bu qədər yormasınlar. Tayyib bəyin ətrafındakı qabiliyyətli insanlar daha çox məsuliyyət daşısınlar.
Biz kommunizmin ictimai ədalət düşüncəsinə qarşı deyilik, dinsiz, mərhəmətsiz, qan tökən qaranlıq ruhuna qarşıyıq.
Kommunizm xalqı qəbul etməz, onu istiqamətləndirilməsi lazım olan bir birlik hesab edər.