Bir idealist heç vaxt kommunistlərlə ittifaq bağlamaz.
Tayyib bəy canımızdır, onu bu qədər yormasınlar. Tayyib bəyin ətrafındakı qabiliyyətli insanlar daha çox məsuliyyət daşısınlar.
Biz kommunizmin ictimai ədalət düşüncəsinə qarşı deyilik, dinsiz, mərhəmətsiz, qan tökən qaranlıq ruhuna qarşıyıq.
Kommunizm xalqı qəbul etməz, onu istiqamətləndirilməsi lazım olan bir birlik hesab edər.
Avropa Parlamentinin Türkiyəni tənqid etməsində qəbahət yoxdur. Haqlı cəhətləri varsa istifadə edərik.
Mehdiyyətin olduğu yerdə kommunist qiyamı ölü olaraq doğular. Buna görə hz. Mehdi (ə.s)-ın olduğu yerdə qiyam olmaz.
Lüks keyfiyyət deməkdir. Keyfiyyət müsəlmanın xüsusiyyətidir. Cənnətdə hər yer lüksdür. Bəziləri istəyir ki, İslam bayağı olsun, beləcə İslamiyyət asan şəkildə yox edilsin.
Bizim, idealist gənclərin, Alpərənlərin, bu imanlı millətin olduğu yerdə kommunizmə keçid baş verməz.
Kommunizm hal-hazırda dünyadakı ən böyük təhlükədir. Suriyada yaşananlar kommunizmə əsaslanan vəhşilikdir.
1980-ci ilin əvvəllərində Türkiyədə kommunizmi idealist gənclik dayandırmışdır. Rəhmətlik Türkeş o dövrün gənclərini anti-kommunist kimi yetişdirmişdi.
Kommunizmə görə, haşa, din tiryəkdir. Kommunistlər dövlət, ailə kimi təşkilatların heç birini istəmirlər. Kommunizmdə uşaqlar da dövlətə aiddir.
Kommunizmə qarşı ən birinci mübarizə anti-kommunist təbliğatdır.
Xalqı saxta məlumatlara qarşı da təlimatlandırmaq lazımdır. Çünki saxta məlumat verərkən böyük qarışıqlıq çıxar. Dövlət doğru məlumat yayan ünvan verməlidir.
Millətimizi kommunist qiyama qarşı təlimatlandıraq. Qəfil qiyam baş verərkən xalq nə edəcəyini bilmir. Kommunist təhlükəni heçə saymaq olmaz.
Biz Taksimdə böyük bir hovuz və klassik tunc heykəllər istəyirik. Bundan əlavə kübar məscid, çox qəşəng kafelər, səliqəli restoranlar tikmək olar.
Kommunizmdə çaxnaşma salmaq üçün bəhanə tapmaq çətin deyil.
Atatürkün düşüncəsi ilə kommunizm bir-birinə ziddir. Atatürk milliyyətçi, müsəlman, Türk İslam Birliyini müdafiə edən düşüncə sahibi, Lenin isə heç bir şəkildə dini və milliyyəti qəbul etməyən bir insan olub.
Qatı dinçilik insanları Qurandan uzaqlaşdıran böyük dəccaldır.
Hz. Əli (r.ə)-in bütün övladları Əhli-beytdir.
Bu millət qiyamətə qədər sabit qalacaq və inşaAllah İslam aləminə lider olacaq. Türkiyənin taleyində parçalanmaq yoxdur. Kommunizmin gəlməsi də mümkün deyil.
Türkiyədə kommunist təhlükə vardır, buna qarşı elmi təbliğat aparılması vacibdir. Bu təhlükəni susmaqla dəf etmək olmaz. Kommunist təhlükəyə qarşı gəncliyin təlimatlandırılmaması çox təhlükəlidir. Neçə illərdir ki, millətimizi kommunist təhlükəyə qarşı xəbərdar edirəm. Kommunist qiyama qarşı çox güclü tədbir görülməsi vacibdir.