Suriyalı canlarımıza qarşı şəfqətsiz üslub işlədənlər çox böyük vicdansızlıq edirlər. Onlara qarşı mərhəmətsizlik zülm olar.
Dəccaliyyətin ən mühüm silahlarından biri ənənəçi ortodoks din anlayışıdır. Bundan istifadə edərək insanları dindən uzaqlaşdırır. Dəccaliyyət ənənəçi ortodoks sistemlə gözəlliyi, incəsənəti, sevinci öldürərək yer açır və açılan yerə homoseksuallığı yerləşdirmək istəyir.
Mənim məqsədim sevgisizliyin dünyadan qalxmasıdır. Möminin Allahı və Allahın yaratdıqlarını coşğu ilə sevməkdən başqa məqsədi olmaz.
İncəsənətsiz həyat olmaz. İncəsənətin bütün sahələrində böyük canlılıq olması lazımdır. Hökumətimizin bu məsələni prioritetli görməsi lazımdır.
Bəzi insanlar ənənəçi İslamı tanıdıqları üçün Quranın kafi olduğunu eşitdikləri zaman, Qurandakı azadlığı tanıdıqları vaxt təəccüblənirlər. İslamda musiqi, rəqs, incəsənət olmaz, müsəlman dediyin həmişə ağlayar, baxımsız olar, kasıb yaşayar, içinə qapalıdır deyə bilirlər. Müsəlmanların coşğulu həyatının olması, gözəl, baxımlı, zəngin olmaları bu insanları təəccübləndirir. Zənginliyin, gözəlliyin və sevincin təkcə küfr əhlinin haqqı olduğunu, müsəlmanın dünyada süründüyünü, gözəlliklərə təkcə cənnətdə qovuşacağını zənn edirlər. Halbuki Allah bütün nemətləri möminlər üçün yaratmışdır. Küfr əhli zəngin olduğu zaman heç kim bu necə olur deyə soruşmur. Mömin zəngin olduğu zaman bu necə olur deyə qəribə qarşılayırlar. Dünyadakı bütün gözəlliklər Əraf surəsi, 32-ci ayədə bildirildiyi kimi; "bunlar dünya həyatında iman gətirənlər üçündür, qiyamət günü isə təkcə onlarındır".
Gənclərin həyatının çox dolu olması lazımdır. İncəsənətə, sevgiyə, hər cür gözəlliyə vaxt ayırmaları, söhbətlərinin dolu olması lazımdır.
Gənclərin heyvanlara qarşı sevgiləri və mərhəmətləri çox gözəldir. Heyvanları qorumaları, bu məsələdəki diqqətləri çox dəyərlidir.
Mədəni və keyfiyyətli olmağın zövqünə qovuşmuş insan kitab oxumaqdan zövq alar.
Müsəlman hər zaman, hər yerdə hörmətkar, nəzakətli və həlimdir.
Təkamül nəzəriyyəsinin izah ediləcəyi dərs, bütpərəst dinlərin tarixi ola bilər. Təkamül elm deyil, elmi dərslərdə izah edilə bilməz.
Hz. Mehdi sevginin ustadıdır. Bütün insanları sevgiyə dəvət edəcək və sevginin tam yaşanmasına vəsilə olacaq.
Allahın ruhunu daşıyan hər şey əbədidir.
Allaha tam etibar etmək, həyatının ən böyük mövzusu olaraq Allahı həmişə yadda saxlamaq və Allahı çox sevmək mömin üçün ən mühüm məsələdir.
Sonsuz tale, sonsuz qısa zaman içində yaşanıb bitmişdir. Zaman hissi, bizim zehnimizdəki müqayisə sayəsində yaran vəziyyətdir. Allah zamandan asılı deyil.
Biliyi və mədəniyyəti az olan insanlar qadın əleyhinə olan açıqlamalardan çox tez təsirə düşürlər və qadınlara təzyiq daha da artır.
Münafiq həm axmaq, həm də yaltaq və saxtakar olduğu üçün İngiltərə dərin dövləti tərəfindən çox rahat istifadə edilər.
Münafiq Quranı bütövlüklə qəbul etməz. Təkcə bəzi ayələrdən bəzi hissələri işlədərək o pis nəfsini qorumaq üçün çalışar.
Münafiqlərin axmaqlığı ibrətamizdir. Kiçik beyni ilə sonsuz ağıl sahibi Allahı haşa aldadacağını zənn etməsi çox təəccübləndirici haldır.
Gənclərin dostluğa, sevgiyə, müasirliyə duyduqları həsrət Türkiyənin gələcəyinin çox gözəl olduğunu göstərir.
Qaraçı qardaşlarımız çox şirin, çox qabiliyyətli insanlardır. Allah onlara çox gözəl incəsənət qabiliyyəti bəxş edib. Hamısına yaxşı sahib çıxmaq lazımdır.
Mənalı, sevgi ilə baxan göz gözəldir.