Biliyi və mədəniyyəti az olan insanlar qadın əleyhinə olan açıqlamalardan çox tez təsirə düşürlər və qadınlara təzyiq daha da artır.
Münafiq həm axmaq, həm də yaltaq və saxtakar olduğu üçün İngiltərə dərin dövləti tərəfindən çox rahat istifadə edilər.
Münafiq Quranı bütövlüklə qəbul etməz. Təkcə bəzi ayələrdən bəzi hissələri işlədərək o pis nəfsini qorumaq üçün çalışar.
Münafiqlərin axmaqlığı ibrətamizdir. Kiçik beyni ilə sonsuz ağıl sahibi Allahı haşa aldadacağını zənn etməsi çox təəccübləndirici haldır.
Gənclərin dostluğa, sevgiyə, müasirliyə duyduqları həsrət Türkiyənin gələcəyinin çox gözəl olduğunu göstərir.
Qaraçı qardaşlarımız çox şirin, çox qabiliyyətli insanlardır. Allah onlara çox gözəl incəsənət qabiliyyəti bəxş edib. Hamısına yaxşı sahib çıxmaq lazımdır.
Mənalı, sevgi ilə baxan göz gözəldir.
Sevmə və sevilmə bir-birinin içinə girmiş, bir-birinin içində ərimiş iki nurdur, sevən insan sevilər də. Ehtirasla sevən birinə, Allahı sevən qadın əsla müqavimət göstərə bilməz, ehtiraslı sevgi ilə o insana bağlanar.
Dünyada hər şeyin ziddi var, cənnətdə isə mənfi heç nə yoxdur. Cənnətdə hər şey müsbətdir.
Həyatın hər sahəsində üstün Ağlın varlığı görünür. Bu sistemi yaradan Allah dünyadan necə istifadə etməyimizin lazım olduğunu da bizə öyrədər. Quran dünyadan necə istifadə edəcəyimizi bizə öyrədər. Quranı yaxşı anladığımız zaman ağıllı, stabil, dərin və keyfiyyətli həyatımız olar.
Allah səmimi qullarını Öz qorxusundan başqa bütün qorxulardan qorusun.
Mövhumatçılıq uşaqların ağlını da, bədən quruluşunu da pozur. Uşaqlara Quranın kafiliyi mütləq izah edilməlidir.
Rusiya və Türkiyə tam ittifaq etsə Yaxın Şərqdə vəziyyət çox sürətlə düzələr.
İffətsizliyin çirki var. İffətin və namusun isə aydın nuru var və bu nur çox gözoxşayandır.
Qadının sevdiyi insana tam təslim olması, qürurunu əzməyi gözə alması, öz səsi, öz baxışı ilə yaşaması qadına heyrətamiz təsiredicilik qabiliyyəti verər.
Alkoqolun təbliğatı çox aparıldığı üçün, əyləncənin əsas şərti zənn edirlər. Alkoqol, qəbul edildiyi andan etibarən bütün toxumaları korlayan zəhərdir.
Ələvilər Quran müsəlmanıdırlar, anti-xurafatçıdırlar, sevgi insanıdırlar. Ələvilərin dəyərini bilməyənlərə qardaşlarımız heç vaxt fikir verməsinlər.
Quranda mehdiyyətin üstüörtülü şəkildə izah edilməsi, Allahın dəccaliyyətə qurduğu tələdir və mehdiyyətin üzərindəki himayəsidir. İslam əxlaqının hakimiyyətini müjdələyən hər ayə mehdiyyəti izah edər.
İmam Mehdi sevginin ustadıdır, sevginin müəllimidir. Bütün dünya sevgiyə susamış vəziyyətdədir. Allahdan Mehdisini zahir etməsini istəyirik.
Ənənəçi ortodoks sistem olduğu zaman insan beyni inkişaf etmir. Mühakimə qabiliyyəti pozulur, incəsənət gücü də qalmır. Bu sistemin xüsusiyyətlərindən biri, qadağandır deyə elan etdikləri şeyləri özlərinin tətbiq etməsidir. Şirk sistemində səmimiyyət yoxdur. Şirk sistemində yaşayanların demək olar ki, hər anlarında hörmətsizlik olar, insanlara qarşı kobud, qatı və mərhəmətsizdirlər.
İctimai ədalət, hüzur, azadlıq, sevgi, müharibələrin bitməsi, qadın hüquqları tələblərinin hamısı mehdiyyət üçün duadır.