Sevginin dünyaya hakim olması üçün bacı-qardaşlarımız təkidlə və qərarlı olaraq mübarizə aparsınlar. İnsanlar sevgiyə qarşı eqoistlik, kin və nifrətdən istifadə etmək istəyirlər.
Yardımı sevmək sevgin yaradar. Məsələn, bir kasıba kömək edərsən, o səni sevər. Yalan danışmamaq, o da sevgi üçündür. Yalan danışanı sevmək çox çətindir. Yəni insana bənzəyən varlıq olur. Həmişə yalan danışır, əslinin necə olduğunu bilmirsən. GÖZƏL ƏXLAQIN MƏNŞƏYİ, HƏMİŞƏ SEVGİYƏ ƏSASLANIR.
İslam Birliyi yaransa, bu bəlaların heç biri olmayacaq. Nə Birmada müsəlmanları məhv edərlər, nə də Fələstində, İraqda müsəlmanlar məhv olar. Hər yerdə terror, anarxiya hakimdir.
Sevgi süni yolla ola bilməz, haqqı ilə olmalıdır. Dərin, ehtiraslı və coşğulu bir sevgi olmalıdır.
Allahı sevmədən sevgi olmaz. Allah ayədə belə buyurur, şeytandan Allaha sığınaram: "Allahı sevin ki, Allah da sizi sevsin." Allahı sevmədən ALLAH sevgi bəxş etmir. BUNA GÖRƏ DƏ MÜSƏLMANLARIN DAHA ÇOX ƏHƏMİYYƏT VERDİKLƏRİ SEVGİ OLMALIDIR.
İntihar hadisələrinin əsas səbəbi sevgisizlikdir. Narkotikin də əsas səbəbi sevgisizlikdir. Sevən heç vaxt ona ehtiyac duymaz.
Sevgi yox olsa, hər yer cəhənnəmə çevrilər. Sevgisizlikdən boğularsan. Sevgisizlik insanı dəli edər.
SEVGİ DÜNYADAKI ƏN BÖYÜK LƏZZƏTDİR. Ən çox zövq alınan şey sevgidir.
Səbir sevgini əldə etmək üçündür. Səbir olmazsa, sevgini əldə edə bilməzsən. Sevdiyindən ayrılarsan. Bir səhvini, qüsurunu tapıb ondan uzaqlaşarsan.
Axirətdə cənnətin məqsədi, dünyada Allahın bizdən istədiyi sevgidir. Hər şeyin təməli sevgidir. Gözəl əxlaqın mənşəyi də sevgidir, sevgini əldə etmək üçündür.
Dünya ancaq sevgi ilə xilas olar.
Varlıların bir çox hissəsi qürurlu və eqoist olarlar. Özlərini xalqdan daha üstün hesab edərlər. Özündən razılıqları vardır, bir qismi xalqa özündən aşağı baxar. Amma bizim daha zəngin olduğumuzu görüncə müqavimətləri qırılır. Belə olduqda eqoizmi, qüruru qalmır. Daha təvazökar, daha rahat yaxınlaşır və dediklərimizi daha rahat dinləyir və anlayırlar.
Gözəl xanımların bir qismində də qürur və eqoizm var. Eqoizm, özündən razılıq var. Amma özündən daha gözəl xanımları görəndə qüruru qalmır, çox təvazökar olarlar. Onlarla çox yaxın dost olar və mehriban danışarlar.
İnsana və vətənin maraqlarına olan sevgi ayrıdır. Həm vətənin maraqlarını, həm də insanları sevin. Bu istiqamətdə siyasət qurulmalıdır.
AK partiyalılara, xüsusilə, baş nazirimizə qarşı olan səmimi sevginin davam etməsi üçün tənqidləri xoşluqla qarşılamalıdırlar. Haqlı tənqidlərdən də dərs, nəticə çıxarmaq lazımdır
Gizli əsəb və kin təhlükəlidir. Məsələn, bir şey olar və o insan unutmaz. Partiyanı yenə dəstəkləyər, amma kini içində qalar. Buna görə də haqlı tənqidlərə laqeyd yanaşmaq olmaz. Tezliklə tədbir görmək lazımdır. Laqeydlik hiss olunsa, bu gizli nifrətə və əsəbə səbəb olar.
İslam Birliyinin yaranmasında sevgi dolu, ədalətli və ağıllı insanların böyük təsiri olacaq. Sevgisiz alimlərə heç kim etibar etməsin. Sevgini, ədaləti müdafiə edən alimlərə etibar etsinlər.
Ələvilər sevgi doludurlar, ünsiyyətcildirlər. Çox nəzakətli və alicənab insandırlar. Şəfqətli, şərəfli və igid gənclərdir. Yəni əsrlərdən bəri bu xarakterləri vardır. Buna görə də ələvi bacı-qardaşlarımıza toxunanın cavabını verərik.
Ələvilik eşqdir, dərinlikdir, coşğudur, sevgidir, incəlikdir. Dərin məhəbbət və xurafata qarşı güclü bir hərəkatdır. Yəni müsəlmanlar üçün dayaqdırlar.
Alçaq, hörmətsiz insanların hücumu savabı artırar. Xüsusi olaraq şeytan onları məcbur edər, onlar müsəlmanlara alçaqcasına hücum edər və müsəlmanlar da savab qazanarlar.
Çox nadir hallarda da olsa, hər yerdən şərəfsiz çıxar. Bunun səbəbi odur ki, savabınız daha da artsın .