Ələvilik eşqdir, dərinlikdir, coşğudur, sevgidir, incəlikdir. Dərin məhəbbət və xurafata qarşı güclü bir hərəkatdır. Yəni müsəlmanlar üçün dayaqdırlar.
Alçaq, hörmətsiz insanların hücumu savabı artırar. Xüsusi olaraq şeytan onları məcbur edər, onlar müsəlmanlara alçaqcasına hücum edər və müsəlmanlar da savab qazanarlar.
Çox nadir hallarda da olsa, hər yerdən şərəfsiz çıxar. Bunun səbəbi odur ki, savabınız daha da artsın .
İslam Birliyi gecikdikcə hər yerdən fəlakət, qırğın xəbərləri gəlir. Hər yerdə qan barıt qoxusu hakimdir. Hindistanda belə müsəlmanları qətlə yetirirlər. Arakanda müsəlmanları qətlə yetirirlər. Suriyada rüsvayçılıq baş alıb gedir. Kommunistlər azğınlaşıb. Qiyamətin bütün əlamətləri görünür.
Kainatın yaradılış məqsədi sevgidir. Cənnətdə də əsl qayə sevgidir. Bir təməl olaraq Allahın əsl məqsədi sevgidir.
İslam aləminə əsl problem sevgisizlikdir. Eləcə də dünyada. Savaşmaq, dalaşmaq meylləri güclüdür. İnsanlar söyməyi, adam döyməyi, adam yaralamağı sevirlər. Onların böyük hissəsi adam öldürməyi, silahı sevirlər. Qorxutmağı, təhdid etməyi sevirlər, amma məsələ sevgiyə gəldikdə uzaqlaşırlar.
Mehdi (ə.s.) zühur edəndə dörd məzhəbin də hökmü qalxacaq. Səhabə dövrü kimi olacaq.
Peyğəmbərlərə qorxmaq haramdır. Müsəlmanlar üçün də qorxaq olmaq haramdır.
Səmimi, ağıllı bir insanın Allahı, axirəti inkar edəcək bir xüsusiyyəti olmaz. Yaradılış olaraq o şəkildə yaradılıb. Əgər bunu etsə, vicdanını əzmiş sayılır. Vicdanını yox etdi deməkdir.
Gənc qızlar gözəl olmalıdırlar. Hər gənc qız bir çiçəkdir. Gənc oğlanlar da baxımlı, təmiz olmalıdırlar.
Ərəb baharı deyilən hadisə Mehdiyyətin zühur etməsidir.
Nə kommunizm, nə də PKK qalacaq. Türk-İslam Birliyindən başqa heç bir şey qalmayacaq.
Əlil və şəhid ailəsindən heç bir yerdə qəti şəkildə pul alınmaz. Əksinə hədiyələr göndərin, könüllərini alın. Hər yerdə hörmət görsünlər.
MEHDİ zahiridir. İSA MƏSİH batinidir. Mehdinin batiniliyi qısa müddətlidir. Hədislərdə bildirilir. Qısa müddət batini olacaq. Qeyb dövrü olacaq. Lakin İsa Məsih zühur edəcəyi günə qədər gizli qalacaq. Mövqeyinə görə belə olmalıdır.
Dua edin, İsa Məsihin qoxusu bizə gəlməyə başlasın. Mehdinin ehtişamını Allah bizə göstərsin. Dua edək.
Dünyanın haqqıdır sülh içində yaşamaq. Bizi savaşa alışdırdırdılar. Savaş toplu qırğındır. Toplu qatillər ordusu deməkdir. Mafiya, qəddarlıq, zalımlıq, qan tökmək dəhşətli bir hadisədir. Biz israrla peyğəmbərimiz (s.ə.v)-in bizə söylədiklərinə, yəni Allahın bizə söylədiklərinə əməl edəcəyik.
Dünyada sülhün yaranması, savaşın sona çatması, qan axmasının dayanması, silahların susması üçün bütün gücümüz ilə cəhd etməliyik. Bacı-qardaşlarımız "Bizim nə gücümüz var ki?”: deyə bilərlər. Cəhd etsinlər. Mən buradayam. 2017-də də burada olacağıq. 2019-da da buradayıq. Dediyimiz şeylərin eyniylə reallaşdığını görəcəklər.
MÜSƏLMANLAR CƏHD ETSİNLƏR, ZƏNGİN OLSUNLAR, HAMISINI ALLAH YOLUNDA XƏRCLƏSİNLƏR. Müsəlman varlı olsun. Çox qazansınlar, amma varlanıb xidmət edərkən bəzən bəzi ağlı zəiflər bunun öhdəsindən gələ bilmirlər. Bu hala düşməkdən ehtiyat etmək lazımdır.
İnsan o qədər aciz yaradılıb ki. Bu acizliklərinə baxmayaraq insanlar bu dünyaya çox bağlanırlar. Qeyri-adi bir ehtiras duyurlar. Halbuki, bütün diqqətlərini ALLAHA versələr, Allah onsuz da daha çox mal-mülk verər, hüzurlu və rahat yaşayarlar.
Allah bəzi yerdə çiçək olaraq təcəlli edər. Bəzən gözəl bir varlıqda, məsələn, gözəl bir dovşanın varlığında təcəlli edər. Bəzən bir uşaqda təcəlli edər. Hamısı Allahın görünüşləridir, hamısı bir-biri ilə eynidir. Hamısı Allaha aid təcəllilərdir.
Axır zamanda müsəlman alimlərin dəccaldan və Mehdidən bəhs etməməsi axır zaman əlamətidir. Türkiyədə heç bir yerdə alimlər, mollalar Mehdidən bəhs etməzlər. Bu çox nadir yaşanan hadisədir.