Sevgi çox qəribə, çox mükəmməl bir duyğudur. Nə yeməyə bənzəyir, nə də içməyə. Ən çox zövq alınan nemətdir. "Yemək, yoxsa sevgi?" desən, sevgi. "Sənə yaxta verəcəyik, yoxsa sevgi istəyirsən?" desələr, sevgi. Yaxtanın nə faydası var, taxtadan olan nəhəng bir şeydir. Dənizin ortasında hərəkət etdiyini düşün. Sevgi yoxsa nə edəcəksən? Hansı işinə yarayar? Yaxud sənə qəsr verdilər, amma sevgi yox. Belə olduqda bu qəsr sənin üçün nəhəng bir həbsxana olar. Heç bir işinə yaramaz.
Bağışlamağın nəyə faydası var? Sevgiyə faydası var. Bu olmasa qəzəblənərsən, küsərsən, inciyərsən, əlaqəni kəsərsən. Onunla əlaqəsini kəsir, bununla əlaqəsini kəsir, nə olur? Tək qalır. Bu bütün dünyanın başındakı fəlakətdir. Bu dəfə də, evdə it-pişik saxlayır. Tək dostum bu deyir. Sevgi olmasa, Qurana tabe olmasan belə olar.
(A9 TV; 6 iyun 2015)
Adnan Oktar
-
Mömin yeri gələndə şəhid olanda, Allahın ən sevdiyi olur, ən böyük sevgi nümayişi budur. Çünki Allah üçün canını verir. Can əziz deyilmi? "Ey Rəbbim, mənə canımı sevdirdin, mən də canımdan çox Səni sevirəm" deyir. "Canım Sənin olsun" deyir. "Mən də Səninəm" deyir. Mənası budur. Bunun üçün Allah şəhidləri ayrı bir məkanda saxlayır, yəni öldürmür. Ölümü dadmırlar.
(A9 TV; 6 iyun 2015)
Adnan Oktar
-
Allahın ən xoşladığı şey şəhid olmaqdır. Allah bunu ən böyük sevgi nümunəsi qəbul edir. Amma mömin bunun üçün niyyət etməlidir. Bunu qeyri-ixtiyari etmək olmaz. "Ey Rəbbim məni şəhid etməni istəyirəm" deyə səmimi, qəlbən niyyət etməlidir.
(A9 TV; 6 iyun 2015)
Adnan Oktar
-
Nə səbir edir, nə də əziyyətə razı olur, birbaşa nemət istəyir. Olmaz belə bir şey. Belə olsa nə cənnətə, nə də Allahın rizasına qovuşa bilərsən. Bura imtahan yeridir, əyləncə yeri deyildir ki. Allah; "əgər Biz əyləncə etmək istəsəydik əlasını edərdik" deyir. "Şənimizə layiq olanı edərik" deyir. Əyləncə yeri cənnətdir. Burada belə bir şey yoxdur.
(A9 TV; 6 iyun 2015)
Adnan Oktar
-
Amerika yenidən dindar olmalıdır, bu cür olmaz. Dindar olsalar rahatlığa qovuşarlar. Dinsiz olsalar, onlara inanılmaz bir bərəkətsizlik və uğursuzluq gələr.
(A9 TV; 6 iyun 2015)
Adnan Oktar
-
Bir insan Allah yolundadırsa, Allah ona bərəkət, bolluq, gözəllik verir. Amma verdiyi əziyyətə də razı olmalısan. Həmişə verdiyi nemətlərə razı olmamalıdır. Olmaz bu. Səbir etməyə də razı olmalısan, əziyyətə də razı olmalısan. O zaman Allah öz nemətini sənin üzərinə yağış kimi yağdırar.
(A9 TV; 6 iyun 2015)
Adnan Oktar
-
Müsəlman kasıb da olar, zəngin də. Peyğəmbərimiz (s.ə.v) əvvəlcə kasıb idi, sonra, Allah: "Kasıb olduğun zaman səni varlı etmədim mi?" deyir. Müsəlman çətinlik anlarında səbirli, zənginlik anlarında gözəl əxlaqlı olur. Peyğəmbərimiz (s.ə.v) yetim olaraq uzun illər yaşadı, bütün uşaqlığı kasıblıq içində keçdi.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Qəribədir hər peyğəmbərə “dəli” deyirlər. İstisnasız olaraq. Hamısına lağ edirlər. Mütləq dəlidir deyirlər. Kimin ağıllı, kimin dəli olduğunu da axirətdə öyrənirlər.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Təbliğ etdiyi vaxt özünə lağ ediləndə, "əhval-ruhiyyəm pozuldu" deyir. Taledən xəbərin yoxdur, Qurandan xəbərin yoxdur. Möcüzə gördüyün üçün Allaha həmd et. Təəccüblən. Sənin savabın, onun isə günahı artır. Sənin məqsədin savab qazanmaq deyilmi? “Kədərləndim” deyir. Bir insan savabı artdığı üçün kədərlənərmi?
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Bəziləri təbliğ edir; "mən təbliğ edirəm mənimlə lağ edirlər" deyir. Sən necə təbliğçisən? Hələ Qurandan xəbərin yoxdur. Ayağını yerə vuranda səs çıxır, elə deyilmi? Əlbəttə ki, sən təbliğ edəndə qarşındakı da sənə lağ edəcək. Bu qanundur, Allahın qanunudur. Sən təbliğ edirsənsə, adam mütləq səninlə lağ etməlidir. Bunda təəccüblənməli nə var ki?
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Küfrün boşboğazlığına dözmək o qədər çətindir ki, bu bir dünya imtahanıdır. Bu səbir və diqqət tələb edir, eləcə də, onun bu nalayiq sözünün hansı məqamda çürüdülməli olduğu da, ayrılıqda müəyyənləşdirmək lazımdır. Bunu bir məqamda etmək olmur, hamısını ayrı-ayrılıqda ayə ilə sübut gətirilməli, məntiq ilə təsdiqini tapmalıdır.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Bütün Quran sevgiyə əsaslanır. Amma sən birbaşa sevgini təqdim etsən, tam gözəlliyin ortasına girərsən. Bunun üçün birbaşa sevgini hədəf alan izahat, məntiq və ruh lazımdır. Hansı ayəyə baxsanız, sevgi məqsədli olduğunu görərsiniz.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Allah: "Əfv et, yaxşı işlər görməyi əmr et və pis əməllərdən üz döndər" deyir. Bəs əfv etsək nə olar? Sevginin önündəki maneə aradan qalxar. Sevgi bir-biriylə birləşər. "Pis əməllərdən üz döndər". Pis əməl insanın qəlbini sıxar. Sevgini boğar. Üz döndərdiyin vaxt sevgini qorumuş olarsan. "Yaxşılığı əmr et", yaxşılığı əmr etdiyin vaxt, nə baş verər? Sevgi artar, sevgi yayılar.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Bağışlamaqla, əfv etməklə, sevginin önündəki bloku aradan qaldırırsan. Bağışladığın vaxt sevginin önündəki divarı dağıdırsan.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Sən kasıbı qorusan kasıb nə edər? Səni sevər. İlk hiss edəcəyi duyğu hansıdır? Sevgidir. Məsələn, bir hədiyyə alırsan, təşəkkür edir. Təşəkkür nədir? Gözləri parıldayır. Niyə? Sevgidən. Onda bir anda sənə qarşı sevgi yaranır. Peyğəmbərimiz (s.ə.v): "Hədiyyələr, qarşılıqlı sevgini artırır" deyir. Məqsəd nədir? Sevgidir.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Allah qorxusu sevginin təməlini meydana gətirir. Allah qorxusundan ötrü səbir edirsən, şəfqətli, kömək sevər və əliaçıq olursan. Bunlar sevginin təməlini meydana gətirir.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Bütün Quran ayələrinə baxın, hamısına sevgi hakimdir. Quran sevgiyə zəmin hazırlayır. Quran, Allah qorxusuyla, Allah sevgisiylə, cəhənnəm qorxusu ilə sevgini çox sağlam təməl üzərinə oturdur.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Salam, nədir? Sevgidir. "Məndən sənə zərər gəlməz". Onda nədir? Sakit və rahat ol, yəni xoşbəxt ol. Bütün sözlərin kökünə, danışıqların təməlinə baxın, bütün bunların altında sevgi yatır.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Ey Rəbbim sənə şükürlər olsun, sənə təşəkkür edirəm, nə deməkdir? Səni çox sevirəm deməkdir, Sənə olan sevgimi dilə gətirirəm deyir, xoşbəxtəm deyir. Xoşbəxtəm nə deməkdir? Sevdiyim üçün xoşbəxtəm deməkdir.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Həmd etmək, "əlhəmdülillah" demək sevgidir. "Ey Rəbbim sənə təşəkkür edirəm" deyir. Təşəkkür etmək nədir? Qəlbində sevgi yoxdursa bu sözün bütün mənası itir. Sevgi vardırsa tam məna qazanır.