Sevginin olmadığı yer Cəhənnəmdir. Allah Cənnəti iman yurdu olaraq bəzəyir, sevgiylə bəzəyir. Cənnətin ən böyük bəzəyi sevgidir. Allaha olan sevgidir, imandır. Yoxsa biz binalardan ötrü cənnətdə xoşbəxt olmuruq ki. Allahın varlığından ötrü xoşbəxt oluruq.
(A9 TV; 24 mart 2015)
Adnan Oktar
-
Cənnətin məqsədi sevgidir. Cənnətə getdiyini fərz edək. Çaylar var, meyvə ağacları var, saraylar var, bağlar, bağçalar var, insanlar var, amma sevgi yoxdur. Ora necə bir yer olar? Allah qorusun Cəhənnəm olar. Ora sevgi sayəsində Cənnət olur.
(A9 TV; 24 mart 2015)
Adnan Oktar
-
Sevgi dinin məqsədidir.
(A9 TV; 24 mart 2015)
Adnan Oktar
-
Dəccaliyyətin ömrü 40 ildir. 1979-cu ildə nə baş verir? Mehdi (ə.s) zühur edir. İmam Mehdi (ə.s)-ın 40 illik mübarizəsi 2019-cu ildə bitir. Qırxıncı ildə Allah bəraəti verəcək inşaAllah.
(A9 TV; 23 mart 2015)
Adnan Oktar
-
Əlbəttə ki, vətəndaşlar olaraq qanun qarşısında boynumuz tükdən nazikdir, amma doğrusu budur ki, hakimlər, prokurorlar rahatlıqla mühakimə oluna bilməlidir. Onlar da insandır, hər bir vətəndaş kimi rahatlıqla mühakimə oluna bilinməlidirlər. O zaman sağlam Türkiyə olar.
(A9 TV; 23 mart 2015)
Adnan Oktar
-
Quran İslam Birliyini istəyir. Quran bir imam təyin edilməsini; müsəlmanların başına bir lider təyin edilməsini istəyir, bu şəkildə mehdiyyətə işarə edir.
(A9 TV; 23 mart 2015)
Adnan Oktar
-
Nə Türkiyənin bölünməsinə izin verərik, nə də Abdullah Öcalan hörmət qazana bilər. Televiziyalarda boşuna çalışırlar. Biz burada olduğumuz müddətcə izin vermərik. Millətimiz də izin verməz, mən də vermərəm.
(A9 TV; 23 mart 2015)
Adnan Oktar
-
Öcalana etibar qazandırmağa çalışırlar. Təxminən 80 milyonun hamısı (çünki, bir çox insan zorakı yolla PKK-lı olmuşdur) Öcalanı heç sevmir. Bu qədər əsgərimizin şəhid olmasına səbəb olduğu üçün də nifrət edərlər, heç xoşlamazlar. İçlərində bir kin vardır. Buna görə bu tip təbliğatlarla, bu iş olmaz. Boşuna çalışırlar.
(A9 TV; 23 mart 2015)
Adnan Oktar
-
Millətçi gəncliyin yaxşı xüsusiyyəti, çox dəliqanlı, cəsur olmasıdır. Əslində bütün türk gəncliyinin bu mənada dəliqanlı olması lazımdır. Qorxaq bir gənc ola bilməz. Vətəndən söhbət getdikdə qız da, oğlan da dəliqanlı olmalıdır.
(A9 TV; 21 mart 2015)
Adnan Oktar
-
Rəhmətlik Başbuğun gəncliyə verdiyi ruh, fəlsəfə, dövlət kitablarında oxudulmalı olan, dövlətin rəsmi siyasəti olmalı bir ruhdur. Gəncliyin də bu şəkildə yetişdirilməsi lazımdır. Bunu etmirlər. Bu çox dəhşətli bir şeydir.
(A9 TV; 21 mart 2015)
Adnan Oktar
-
PKK-nın silahı yerə qoyması texniki cəhətdən mümkün deyil. Bu vicdansızcasına yayındırmadır, çox ayıb, çox çirkin, çox nalayiqdir. Adamlar silahı yerə qoyduğu an, heç kim Öcalanla əlaqədə olmaz. Heç kim vecinə almaz. Bir qayda olaraq məhkum mövqeyinə gələr. Gördüyü hörmətin səbəbi PKK-nın silahıdır.
(A9 TV; 21 mart 2015)
Adnan Oktar
-
Dövlətimiz keşikçilərimizə sahib çıxsın. Keşikçilərin sayı iki mislinə qaldırılsın. Onlara, ürkütmək baxımından avtomat silah, daha təkmilləşmiş, uzun mənzilli silahlar verilsin. PKK-nın üzərinə bu aslanlar göndərilsin, qaplan kimi.
(A9 TV; 20 mart 2015)
Adnan Oktar
-
Peyğəmbər özündən Qurandan kənar halallar, haramlar çıxara bilməz. Bu mövzuda açıq Quran ayələri vardır.
(A9 TV; 18 mart 2015)
Adnan Oktar
-
Din, dünyanın bütün gözəlliklərini özündə toplayan bir sistemdir. Dində sevinc var, nəşə var, əyləncə var, musiqi var. Xanımlar rahatlıqla gəzər, istəsə dekolte geyinər, istəsə başını örtər, heç kim heç kimə qarışmaz. İstəyən qəhqəhə çəkib gülər, istəyən döymə elətdirər, istəyən də parik taxar. Din belə şeylərə qarışmaz. Din bizim vicdanlı, dürüst, ağıllı, halala, harama diqqət yetirən kimsələr olmağımızı istəyir. Din sevincin, nəşənin digər adıdır.
(A9 TV; 18 mart 2015)
Adnan Oktar
-
Heç bir silaha ehtiyac yoxdur. Mehdi (ə.s) dövründə silahların hamısı ortadan qalxacaq. Silah və insan öldürmək üçün hazırlanan hər cür vəsait. İnsan sevilər, insan öldürülməz. İnsan öldürmək üçün bir vasitə hazırlamaq çox qorxunc bir şeydir. Hamısı ortadan qalxacaq, inşaAllah.
(A9 TV; 17 mart 2015)
Adnan Oktar
-
“Insansız uçuş aparatı”, yəni şüursuz varlıqlardır. Aşağıda qadın var, uşaq var, kim varsa, hamısını öldürür. Türkiyə belə bir dəhşətə, belə qorxunc bir cinayətə əsla vasitəçi ola bilməz. Biz bu vətəni belə pis işlərə vasitə etmərik.
(A9 TV; 15 mart 2015)
Adnan Oktar
-
PKK-lılara göstərilən hörmətin səbəbi silahdır onsuz da. Hal-hazırda bir çox insanın göstərdiyi hörmətin, nəzakətli üslubun tək səbəbi silahdır. Silah aradan qalxdıqda çox alçaldarlar, heç bir şəkildə adam yerinə qoymazlar PKK-lıları.
(A9 TV; 15 mart 2015)
Adnan Oktar
-
PKK-lılar kommunist, marksist, leninist, stalinist olaraq təlim almış adamlardır. Silahı niyə yerə qoysunlar ki? Əsla qoymazlar. "Silahı yerə qoyacaqlar" deyərək xalqın mübarizə əzmini yox etmək doğru olmaz.
(A9 TV; 15 mart 2015)
Adnan Oktar
-
Əlbəttə ki, prezident idarəetmə sistemi hakim olduqda Türkiyə bölünər. Tədbir alsa da bölünər. Bir çox fəlakət baş verər. Bəla hər yeri bürüyər. Bölünmənin qarşısını almağımız üçün, çox güclü qətiyyət göstərməyimiz, bir çox tədbir görməyimiz lazımdır. Çünki ciddi bir təhlükə var.
(A9 TV; 15 mart 2015)
Adnan Oktar
-
Ruhunda pis nifrəti saxlayan bir insan daim bəla dənizi içərisində üzər. Nifrətdən qaçmaq lazımdır. Qəlbə yalnız sevgini qoymaq lazımdır. Qəlb eyni anda pis və təmiz olmağa dözə bilməz. Qəlbə yalnız təmizliyi yerləşdirmək lazımdır. Qəlb pislikdən təngə gələr.