Sevgi bütün məsələləri həll edər. Sevgi ilə yanaşıldığı zaman hər mövzu həll olar.
Sevginin, ehtirasın, gözəlliyin, estetikanın, incəsənətin hakim olduğu bir Türkiyədə hər kəs xoşbəxt olar.
Ən gözəl azadlıq dinlə olar. Din insanı küçə təzyiqindən, məhəllə təzyiqindən, çevrə təzyiqindən və cəmiyyətin qatı qaydalarından xilas edər. İnsanlar cəmiyyətin lazımsız qaydalarından inanılmaz dərəcədə sıxılır. Din bu ağır zəncirləri sındırar, qaldırar. Din insanı quşlar kimi azad yaşadar.
İnsan ruh və mənaya görə yaşayar, ruh və məna yoxdursa həyatın mənası olmaz. Bu mənanı qazandıran isə dindir. Din həyatın hər anına hakimdir.
Dənizə plastik kütlə atmaq, dənizi çirklətmək böyük mərhəmətsizlikdir. Sevgini, mərhəməti, humanistliyi bilən bunu etməz.
Hitleri hakimiyyətə gətirən də, Almaniyanı məhv edən də İngiltərə dərin dövlətidir.
İslam aləmini məhv edən münafiqlər və müşriklərdir. Bunları da İngiltərə dərin dövləti yönləndirir. Münafiqlərin və müşriklərin hücumları müsəlmanların güclənməsinə, fərasətinə, şövqünə vəsilə olar.
İngiltərə dərin dövlətinin müdafiə etdiyi rumilik fəlsəfəsi Anadolu mövləviliyi deyil. İçində homoseksuallıq və darvinizm olan fəlsəfədir.
Küçə sənətçiləri küçələrin bəzəyidir. Onları təşviq etmək lazım olduğu halda, sənətləriylə məşğul olmalarına mane olmaq çox böyük ayıb olar.
Bir insan Allah ilə əlaqəsini kəsib özünü idarə etməyə başlasa bununla heç cür bacara bilməz. Beyni onu məhv edər. Allaha bağlanan beyin isə heç vaxt sarsılmadan dümdüz yoluna davam edər.
Yaxşı və ağıllı insan üslubundan, gözlərindəki ifadədən, təmizliyindən, nəcibliyindən ilk baxışda bəlli olar.
Allahı sevən, Allahdan qorxan insan sevdiyinə qıya bilməz. Onun əhvali-ruhiyyəsini korlamaqdan, narahat etməkdən şiddətli dərəcədə qaçar.
Özü üçün deyil, sevdikləri üçün yaşayan insana dəliqanlı deyilər.
Quranda zorakılıq yoxdur. Vəhşilik və dəhşət şirk dinində, xurafat dinində vardır.
Hal-hazırda Türkiyə çətin dövrdən keçdiyi üçün siyasi fikir ayrılıqlarına deyil, ittifaqa ehtiyac var.
Azadlığın sərhədi başqasının sevincini yox etməmək, şərəfinə zərər verməməkdir.
Necə bəxtiyardır şəhidlərimiz və ailələri. Mömin üçün ən gözəl nəticə şəhidlikdir. Allah bizə də şəhidlik nəsib etsin.
Bütün dünya mehdiyyəti gözləyir, dostluğu, sevgini, ictimai ədaləti özləyən hər kəs mehdiyyəti istəyir.
Sevgisizliyin, təkliyin, dost tapa bilməməyin geniş yayılması mehdiyyətin tək həll yolu olduğunu göstərən vəziyyətdir.
Ateistlər heç vaxt çəkinməsin, küçədə məni gördükləri zaman da yanıma gəlsinlər. Səmimi olaraq düşüncələrini ifadə etmələrinə hörmət edirəm.
Gənclər mövcud sevgisizlikdən ötrü ümidsizliyə qapılmasınlar. Qısa müddət sonra ictimai ədalətin, sevginin olduğu bir dünya görəcəklər.