Allahı sevən, Allahdan qorxan insan sevdiyinə qıya bilməz. Onun əhvali-ruhiyyəsini korlamaqdan, narahat etməkdən şiddətli dərəcədə qaçar.
Özü üçün deyil, sevdikləri üçün yaşayan insana dəliqanlı deyilər.
Quranda zorakılıq yoxdur. Vəhşilik və dəhşət şirk dinində, xurafat dinində vardır.
Hal-hazırda Türkiyə çətin dövrdən keçdiyi üçün siyasi fikir ayrılıqlarına deyil, ittifaqa ehtiyac var.
Azadlığın sərhədi başqasının sevincini yox etməmək, şərəfinə zərər verməməkdir.
Necə bəxtiyardır şəhidlərimiz və ailələri. Mömin üçün ən gözəl nəticə şəhidlikdir. Allah bizə də şəhidlik nəsib etsin.
Bütün dünya mehdiyyəti gözləyir, dostluğu, sevgini, ictimai ədaləti özləyən hər kəs mehdiyyəti istəyir.
Sevgisizliyin, təkliyin, dost tapa bilməməyin geniş yayılması mehdiyyətin tək həll yolu olduğunu göstərən vəziyyətdir.
Ateistlər heç vaxt çəkinməsin, küçədə məni gördükləri zaman da yanıma gəlsinlər. Səmimi olaraq düşüncələrini ifadə etmələrinə hörmət edirəm.
Gənclər mövcud sevgisizlikdən ötrü ümidsizliyə qapılmasınlar. Qısa müddət sonra ictimai ədalətin, sevginin olduğu bir dünya görəcəklər.
Qurana çox möhkəm sarılan insanın zehnində heç bir çaşqınlıq olmaz. Allahı tərk etdiyin an zehin çaşqınlığı başlayar, Allah qorusun.
Atatürk Qiyamətə qədər qəlbimizdə olacaq. Müasir İslam qiyamətə qədər keçərlidir. Mövhumatçıların Atatürk əleyhinə olması xəstəliklərindən biridir.
Dini təbliğ etmək qarşılığında ödəniş almaq Allahın haram etdiyi haldır, lakin Axırzamanda bu vəziyyət çox geniş yayılıb.
Vəfa, müsəlmanın ən gözəl xüsusiyyətidir. 25-30 illik qız dostlarım var, vəfadan əsla imtina etmərəm. Vəfasızlığı əsla istəmərəm.
Xətalar müsəlmanı daha da təşviq edər, daha da çalışqan hala gətirər.
Yuxularda bəzən işarələr olar, ancaq yuxu ilə hərəkət edilməz.
Terrora qarşı ən mükəmməl mübarizə fikri mübarizədir. O insan fikirlə terrorist olduğuna görə, fikirlə də terrorist olmaqdan çıxar.
Allahı tək qoymasan, Allah da səni tək qoymaz. Allahı çox sevsən, Allah da səni sevər və çox sevdirər.
Təvəkkül etməyən, taleyi və Allahın gücünü unudan, özünü bütləşdirən insan gücünü itirər.
Qadınları İslamdan uzaqlaşdırmağa çalışanlara heç kim etibar etməsin. Quran qadınlara mümkün olduğu qədər azadlıq verər.
Bütün gənclərimizdə, dinə qarşıymış kimi görünənlər də daxil olmaqla, mehdiyyət ruhu, Quran müsəlmanlığı ruhu hakimdir.