Səudiyyə Ərəbistanı tərtəmiz müsəlman ölkədir, bütün müsəlmanlar onları sevib hörmət göstərir. Qardaşlığı gücləndirmək onlara yaraşar.
Çətinliklər insanı Allaha çox yaxınlaşdırar. Dünyada qalacağımız müddət onsuz da azdır, çətinlik olduğu zaman Allah sevgisi daha da güclənər.
Qətərə sahib çıxmaq Türkiyənin və Tayyib hocamın dəliqanlılığının gözəl əks olunmasıdır.
Tayyib hocama dəstək olmaq partiyalardan kənar məsələdir. Bölgənin və Türkiyənin bu çətin dövründə birlik olub onu dəstəkləyək.
Müsəlmanlar bir-birlərini əzərək bir şey əldə edə bilməz. Səudiyyə Ərəbistanı da, Qətər də müsəlmandır. Həll yolları təkcə bir olmaqdır. Müsəlmanların bir-biri ilə vuruşması Allah qorusun hamısının əzilməsinə səbəb olar. Vuruşmadan qaçıb Quranda birlik olmaları lazımdır.
Cəmiyyətin bəzi qanunları insanları mərhəmətsizcə əzir. Quranın gözəlliyi ilə yaşamır, şirk sisteminin bir-biri ilə ziddiyyət təşkil edən fəlsəfəsi ilə boğuşurlar.
Ehtiras və həqiqi sevgi təkcə Allah üçün yaşandığı zaman yaranar.
Bərzani rəhbərliyinin təkbaşına PKK ilə mübarizə aparıb öhdəsindən gələ bilməsi mümkün olmaz. Bərzani mütləq qonşu ölkələrin dəstəyini almalıdır.
İnsanların çoxu bir-birindən fərqli fikirdəki kəslərin dostluq qurmasına təəccüblənirlər. Halbuki dostluq və yoldaşlıq təbii olandır, gözəldir.
İslam inancında şəhid olana təbrik edilər, şəhidlə qürur duyular. Təbrik, kimisə nail olduğu yaxşılığa görə "bərəkAllah" deyə sevincini bildirmək və mübarəkliyini, Allahın onu müvəffəq etdiyini söyləyərək sevgi ilə xatırlamaqdır.
Bu millət imanlı millətdir, istər İngiltərə dərin dövləti, istərsə də başqası gəlsin, bu milləti məğlub edə bilməz. Millətimizin taleyində qalibiyyət var.
Şəhidlik iman edənlər üçün nemətdir, gözəllikdir, şərəfdir. Allah şəhidlərin sevinc içində olduğunu bildirmişdir.
İslam saf sevgidir. İslam naminə zorakılığa əl atanlar isə öz xəstə zehinlərini və xurafatları irəli sürürlər. Quranda zorakılıq yoxdur.
Səmimi olaraq Allaha iman edən birini görmək insanların qəlbində imanı gücləndirər.
Təkəbbürdən ötrü insanlar bir-birlərini sevə bilmir, bir-birlərinə salam belə vermir, salamlarını almırlar.
İnsan kimi aciz varlığın bu qədər qısa ömrünə baxmayaraq, lovğalanması möcüzədir. Normalda insanın təvazökar olması lazımdır.
Allah; "dində məcburiyyət yoxdur" hökmüylə hər cür zorlamanın haram olduğunu bildirmişdir. Müsəlman doğrunu izah edib, insanı öz vicdanı ilə baş-başa buraxar.
Uşaqlara keyfiyyətli insanın gözəl cəhətləri hiss etdirildikdə, ümumi biliyin insanı gözəlləşdirəcəyi açıqlandığı zaman zövq alaraq təhsil alarlar.
Türkiyə, İslam ölkələrini bir-birinə düşmən etmə oyunlarına qarşı etidal və vicdanın səsidir.
Allah qorusun Səudiyyə Ərəbistanı Qətərə hücum etsə, İran da fəaliyyətə keçər və çoxlu müsəlman qanı axar. Etidal və sükunət çox mühümdür. Şiələr, sünnilər, vəhhabilər, xalis tərtəmiz müsəlmandırlar. Dəccalın qan tökmə oyununa heç biri düşməsin.
İran, Səudiyyə Ərəbistanı və Qətərin arasındakı qarşıdurmaya mane olmaq lazımdır. Etidal, sükunət, hadisələrə ağıllı yanaşmaq əhəmiyyətlidir.