Təkəbbürdən ötrü insanlar bir-birlərini sevə bilmir, bir-birlərinə salam belə vermir, salamlarını almırlar.
İnsan kimi aciz varlığın bu qədər qısa ömrünə baxmayaraq, lovğalanması möcüzədir. Normalda insanın təvazökar olması lazımdır.
Allah; "dində məcburiyyət yoxdur" hökmüylə hər cür zorlamanın haram olduğunu bildirmişdir. Müsəlman doğrunu izah edib, insanı öz vicdanı ilə baş-başa buraxar.
Uşaqlara keyfiyyətli insanın gözəl cəhətləri hiss etdirildikdə, ümumi biliyin insanı gözəlləşdirəcəyi açıqlandığı zaman zövq alaraq təhsil alarlar.
Türkiyə, İslam ölkələrini bir-birinə düşmən etmə oyunlarına qarşı etidal və vicdanın səsidir.
Allah qorusun Səudiyyə Ərəbistanı Qətərə hücum etsə, İran da fəaliyyətə keçər və çoxlu müsəlman qanı axar. Etidal və sükunət çox mühümdür. Şiələr, sünnilər, vəhhabilər, xalis tərtəmiz müsəlmandırlar. Dəccalın qan tökmə oyununa heç biri düşməsin.
İran, Səudiyyə Ərəbistanı və Qətərin arasındakı qarşıdurmaya mane olmaq lazımdır. Etidal, sükunət, hadisələrə ağıllı yanaşmaq əhəmiyyətlidir.
Azadlıq insanların üzərindəki sıxıntını aradan qaldırar, beynin yaxşı işləməsini təmin edər və yazma gücünü artırar. İslam azaddır.
Lisey və universitetlərin laboratoriyalarında praktik təhsil verilməsi daha yadda qalan olar, eləcə də, gənclər zövqlə öyrənərlər.
İngiltərə dərin dövləti Yaxın Şərqi 1900-cü illərdəki kimi oyuna gətirəcəklərini zənn edirlər. O dövrlər keçmişdə qaldı, bütün oyunları puç olacaq.
İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, bütün İslam aləmi qardaşdır. Hamısı ittifaq etsin. İngiltərə dərin dövlətinə elmi şillə olsun.
İran və Qətər heç sarsılmasın. İngiltərə dərin dövləti köhnəlmiş ağılsız üsullarla müsəlmanların arasını vuracaqlarını zənn edirlər, o dövr bitdi. İran, Səudiyyə Ərəbistanı, Qətər nur kimi müsəlmandırlar. İnadına, Türkiyə - İran - Səudiyyə Ərəbistanı - Qətər birləşmə qərarı alsın, oyunlarını puç edək.
İrandakı terror hücumunda şəhid olan şiə qardaşlarımızın ailələrinə Allah gözəl səbir nəsib etsin.
Şəhidlərin ən xoşuna gələn şeylərdən biri səhidlikdən sonra möminlərin onları tərifləməsidir. Onlar bizim canımızdır, hər biri ilə fəxr edirik.
Türkiyədə kənd təsərrüfatını çox gücləndirmək lazımdır. Kənd təsərrüfatı güclənsə, onunla əlaqəli olan əlavə sahələr də inkişaf edər və zənginləşmə olar.
Ənənəçi ortodoks zehniyyət Türkiyənin üzərindən tam qalxsa bütün İslam aləmi xilas olar və işıqlanar.
Mən insanlarda səmimiyyəti axtararam. Səmimi olan insan çox dərin insandır, həm şəxsiyyəti, həm də rəftarı mükəmməldir.
Ölüm təsvirin bir anda aydınlaşmasıdır. Möminin canını almağa gələn mələklər çox gözəldir. Mömin heç narahatlıq yaşamaz.
İslam ölkələrinə hücum edilərkən mülki vətəndaşları qorumaq üçün ittifaq etməyən müsəlman ölkələr, bir müsəlman ölkəni hədəf almaq üçün ittifaq edirlər. Bunun necə vicdansızlıq və əxlaqsızlıq olduğunu bütün müsəlmanlar çox yaxşı görməlidir. İslam Birliyi olsa bunlar yaşanmaz.
Hər vilayətdə, hər mahalda çoxlu kitabxana olması lazımdır. Gənclərin kitabxana istəməsi çox gözəl və haqlı tələbdir. Bu tələblərinin tezliklə ödənilməsi lazımdır.
İnsanların yaradılış səbəbi olan gözəllik, yəni sevgi, əllərindən alındı. Sevgini dünyaya yaymaq üçün böyük həmlə etmək lazımdır.