Sən səmimiyyəti buraxsan əksiklik, çatışmazlıq da səni buraxmaz. Dürüst, səmimi olsan, əksiklik, çatışmamazlıq kimi görünən şeylərin doğru olduğunu, hər şeydə xeyir olduğunu görməyə başlayarsan.
Allah səmimi insana ağıl verər. Bu açıq olan bir şeydir. Həmişə bütün peyğəmbərlərin, gözəl insanların ağıllı olduğu məlumdur.
Qurana tabe olan müsəlmanlar hər şeyi xoş qarşılamalı, hər şeyə ağılla yanaşmalıdırlar. Həyəcanla baxmamalıdırlar.
Allah insanın səmimiyyətini gördüyündə (qədərdə onsuz da bilir) ağlını daha da artırar. Səmimiyyətsiz olduğu halda isə ağlını alar və insan divanə olar, manyak kimi olar.
Bəzi müsəlmanlarda “yaşasın holdinqçilik” düşüncəsi hakimdir. Bəzilərinə görə isə müsəlmanlıq ağac əkmək, sənayeni inkişaf etdirməkdən ibarətdir.
İslam Birliyi və mehdiyyət Risalə-i Nurun özüdür.
Şübhəli, ürəyi qara, yaxşı niyyətli, dürüst olmayan, ürəyində fəsad olan, insanların yaxşılığını istəməyən, sevgiyə, məhəbbətə istək duymayan bir insanın bəsirətini, fərasətini Allah bağlayar. Hərəkətlərinin yerini bilməz. Baxışı, danışığı, məntiqi pozular. Allah yolunu bağlayar, bərəkətsizlik verər.
Qatı dinçilərin gizli dünyaları tam fərqlidir. Bu səmimiyyətsizliyi gördükləri üçün öz uşaqları belə qatı dinçilikdən iyrənir.
Biz Türkiyədə müsəlmanların parlaq simasıyıq.
Kini, əsəbi imanla aradan qaldırmaq lazımdır. Qurana tabe olan müsəlman hər şeyə məqbul, ağılla baxar. Bir insana əsəbləşmək yerinə onu qazanmağı əsas götürər.
Allah ağılı anbaan yaradır. Ağıl davamlı axar. Ağıl beynin içində durmaz. İnsanlar zənn edir ki, ağıl küp kimi mühafizə olur, elə bir şey yoxdur. Başın içi bomboşdur. Ağıl başa Allah tərəfindən çay kimi dayanmadan axar.
Həsəd edənlər üzərlərindəki bu kirdən və nursuzluqdan xilas olsunlar.
Ənənəyə əsaslanan İslam anlayışına sahib gənclərin bir qismi sola qarşı gücsüzdürlər. Ənənəyə əsaslanan İslam anlayışına sahib sağın bir qismi də, sola qarşı həmişə gücsüz olmuşdur.
Biz burada danışırıq, bundan pul qazanmırıq. Əksinə, biz Allahı izah edə bilmək, dini sevdirmək üçün pul veririk.
Mehdiyyət, müsəlmanlar təhqir olunar, böhtanlar atılar. Mömin bundan təsirlənməməlidir və qorxmamalıdır.
Haram insanı sıxan bir şeydir. Haram mömini parçalayar. Haram olduğunu bilə-bilə harama girmək, haram iş görmək mümkün deyil. Amma imanı zəif olanlarda bədən iflic olduğu üçün, ət çürüdüyü üçün harama girməkdən təsirlənməzlər. Rahat şəkildə harama girərlər. İnsan diri olduğu halda harama girməsi qeyri-mümkündür. İnsan ancaq ölü olduğunda harama girə bilər. Dirinin gücü çatmaz, harama girmək dözülməz bir əzabdır. Möminin edə biləcəyi bir şey deyil.
Mömin haramdan narahat olar, haram mömini iflic edər, harama girməyə gücü çatmaz. Amma ağlı, imanı zəif olan adam üçün halal, haram fərq etmir.
Dünyada görülən hər iş Allah rizası üçün olarsa dünyanın dəyəri olar. Allah rizası üçün olmazsa, bu zaman dünyanın da dəyəri olmaz. Axirəti məqsəd qoyaraq Allah rizası üçün edilsə faydası olar.
Biz dünyaya Allaha, dinə xidmət üçün gəlirik. Gözəl əxlaqı, sevgini, vəfanı yaşamağa gəlirik. Dünyəvi mənfəət arxasında olanlar parazit düşüncədə yaşayırlar. Müsəlman dünyəvi mənfəət arxasınca qaçıb dünya malına tamah salmaz. Özünü Allaha tam təslim edər.
Müsəlmanı məzlum görüb hücum edənlər küfrə xeyli hörmət edərlər. Çünki eyni şeyi küfrə qarşı etsələr necə sərt, qəddar bir qarşılıq alacaqlarını çox yaxşı bilirlər, başqa sözlə onlardan qorxurlar.
28 fevral dövründə bizə də müxtəlif sui-qəsd təşkil edildi. Müxtəlif böhtanlar atıldı, bizi məhkəməyə verdilər.