Biz dünyaya Allaha, dinə xidmət üçün gəlirik. Gözəl əxlaqı, sevgini, vəfanı yaşamağa gəlirik. Dünyəvi mənfəət arxasında olanlar parazit düşüncədə yaşayırlar. Müsəlman dünyəvi mənfəət arxasınca qaçıb dünya malına tamah salmaz. Özünü Allaha tam təslim edər.
Müsəlmanı məzlum görüb hücum edənlər küfrə xeyli hörmət edərlər. Çünki eyni şeyi küfrə qarşı etsələr necə sərt, qəddar bir qarşılıq alacaqlarını çox yaxşı bilirlər, başqa sözlə onlardan qorxurlar.
28 fevral dövründə bizə də müxtəlif sui-qəsd təşkil edildi. Müxtəlif böhtanlar atıldı, bizi məhkəməyə verdilər.
Nərdivan boyamaq müəyyən görüşün fəaliyyətinə düşsə bu olmaz.
Kürd qardaşlarımızın ürəyimdə yeri başqadır. Onlar çox əzildi, çox ağrı-acı çəkdilər və bunlara səssizcə səbir etdilər.
İnsanları uzaqlaşdırma siyasəti çox səhvdir. Bir insan səhv də etsə onunla görüşüb doğru olanı təlqin etmək lazımdır. Təzyiq etmək mehdiyyətin ruhuna uyğun hərəkət deyil. Mehdiyyət ruhuna uyğun olan, haqq olan; hər kəsi qurtarmaqdır.
Qorxu heyvani bir instinktdir. Cəsarət isə ağıl və imanla əldə edilər.
Misirlə əlaqəni tamamilə kəsmək ağıllı hərəkət deyil. Zərbəçiləri, basqınçıları doğru olana çəkmək üçün cəhd göstərmək lazımdır.
Şüarlar dünyanın hər yerində həmişə nifrətə aid olub. Sevgiyə aid olan şüar heç görmürük.
İnsanlar kütlə psixologiyasına qarşı çox diqqətli olmalıdırlar. Kiçik cəsarətlər bir yerə gəlincə böyük və çirkli bir cəsarət partlaması meydana gələ bilər.
Amerika gözəl bir iş görmək istəyirsə, Mehdi (ə.s)-ı, İsa Məsih (ə.s)-ı axtarıb tapsın, İslam aləmini birləşdirib İslam Birliyinin yaranmasını təmin etsin.
Allahı sevmək ağıl və əmək tələb edir. Eləcə də həqiqi dindarlıq ağıl, incəlik, vicdan tələb edir.
Nifrət az əməklə çox asan əldə edilə bilər. Qəddarlıqda da heyvani instinkt kifayət edir. Ağıldan istifadə etməyə ehtiyac yoxdur. Amma sevgi elə deyil. Sıx şəkildə ağıl və iradədən istifadə edilməli, əmək sərf edilməlidir. Sevgi həssas bir şeydir, tez yıxılar, məhv olar.
Dünyanın tarixini anlamaq üçün ilk öncə Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə və Tövrata baxmaq lazımdır. Bütün dünyanın planı, tarixi, hamısı Quranda, hədisdə və Tövratda var.
Hal-hazırda dünyada bütün sistem Moşiyah, yəni Mehdi (ə.s) oxu ətrafında fırlanır.
Qatı dinçiliyə küfr və zərbə ilə deyil, təhsil və mədəniyyətlə cavab vermək lazımdır.
Allah insanların dünyanı sevməməsi üçün hər şey yaratmışdır. Lakin insanlar bu qədər acizliklərinə baxmayaraq dünyaya dəli kimi bağlanarlar. Acizlikləri ilə boğuşarkən bir tərəfdən də dəli kimi dünyaya bağlanırlar.
Məzhəbçilik ruhundan xilas olmaq çox əhəmiyyətlidir. Müsəlmanların bir qismində məzhəb qatı dinçiliyindən qaynaqlanan böyük şiddət mədəniyyəti vardır.
Sünniləri və şiələri birləşdirib barışdıran Mehdi (ə.s)-dır.
Yüksək mədəniyyətə sahib olan bir insanın kommunist olması çox çətindir. Kommunistlərə şəfqətlə yaxınlaşaraq həqiqətləri dəlil və sübutları ilə izah etmək lazımdır.
Fələstinlilər də, israillilər də dünyanın bəzəyidirlər.