Münafiq dəhşətli dərəcədə ədabazdır. Firon da ədabaz idi, Nəmrud da ədabaz idi. Tarixin ən başından bəri bütün fironlar, nəmrudlar, dəccallar, münafiqlər həmişə ədabaz olurlar. Hamısı həyasız olur. Hamısı qürurlu və təkəbbürlü olur. Heç bir sözün altında qalmaq istəməzlər.
Mömin münafiqlər mövzusunda olduqca rahat olmalıdır. Əks təqdirdə haram olar, çünki şirk olar. Yəni, ciddiyə aldığı zaman, onlardan həqiqətən qorxub narahat olduğu zaman bu şirk olar. Çünki bütün güc Allaha məxsusdur.
Münafiq özünü çox sərbəst zənn edər. Halbuki sərbəst güc deyil, etdiyi bütün əməllər, danışdığı, gecə qurduğu tələlər, üzünü turşutması, etdiyi əxlaqsızlıq, sifətinə verdiyi pis ifadə, Peyğəmbər (s.ə.v)-ə yaxınlaşmaq istəməməsi, etdiyi hər alçaqlıq Allah tərəfindən onsuz da əzəldən bilinir, ən incə nöqtəsinə qədər.
Bir an içərisində, yəni sonsuz qısa zaman olan an içərisində münafiqin etdiyi əməl bitmişdir. Dolayısilə Allah yaratdığına görə sən zəmanət altındasan. Allah sənin nədən zərər çəkəcəyini bilməzmi? Nəyin sənə faydalı olacağını bilməzmi? Bilir Allah. Buna görə yaradar.
Müsəlmanların səhvi bu olur, şeytanın müstəqil güc olduğuna inanırlar. Bu onsuz da şirk olur. Münafiqin müstəqil güc olduğuna inanır, bu da şirk olmuş olur. Çünki münafiqin etdiyi hər əməl taleyində bəllidir. Allah tərəfindən yaradılar.
Münafiqləri müstəqil, qarşı çıxılmaz güc kimi göstərmək haramdır, bu şirk olar. Münafiqdən narahat olmaq, onun gücünün fövqəladə olduğuna inanmaq. Çünki gücü yoxdur. Bir insan şeytanı, insi şeytandır bu qədər. Hər yer şeytan doludur. Müsəlmanın ondan narahat olması, qorxması, etidalını itirməsi olmaz. Allah; "onların bütün əməllərini Mən əhatə edirəm" deyir.
Münafiqlər fitnə və qarışıqlıq olduğu zaman, İslama zərər gələcəyini bildiyi üçün şeytani ruhla bunu istəyər. Müsəlmanlar bölünsün, vuruşsun, qarışıqlıq yaşasın, beləliklə də, müsəlmanların xidmət etməsinə maneə törədilsin. O əxlaqsız münafiqin dünyasındakı qaranlıq yolun qapısı açılsın. Allah; "buna icazə vermərəm" deyir.
Allah möminlərə; "çox əziyyət verici sözlər eşidəcəksiniz" deyir. Kimlərdən? Münafiqlərdən, kafirun və kafiratdan (kafir kişilər və kafir qadınlardan). Çünki onların ruhları cəhənnəm kimidir. Qəzəbli, azğın, paxıl, qısqanc, kinli, kinayəçi, söz ilişdirən, davakar, gərginlik axtaran, fitnə axtaran, qarışıqlıq axtaran əxlaqsız xarakterdədir.
Münafiq pis sözlərlə, narahatedici sözlərlə, özünün o xəstə ruhunun üslubuyla müsəlmanları narahat etməyə çalışar.
Müddəssir surəsinin 23-cü ayəsində Allah münafiq üçün deyir; "sonra bir baxdı" pis bir baxış, "sonra üz-gözünü turşutdu", məsələn, qəzəbli, hirsli və ya üzünü qırışdırır, yəni pis üz göstərir. Bunu Peyğəmbər (s.ə.v)-i narahat etmək üçün edir. Bir münafiq əxlaqsızlığıdır bu.
Şəxsi dərdlərlə Peyğəmbər (s.ə.v)-in yanına getmək, onu kədərləndirməyə çalışmaq, şəxsi vəsvəsələrinin verdiyi narahat ruh halını ona əks etdirməyə cəhd etmək günah olar, çox çirkin olar. Bu münafiqlərdə çox mərhəmətsiz və əxlaqsızca olar, lakin bəzi müsəlmanlarda da məlumatsızlıqdan qaynaqlanar.
Peyğəmbər (s.ə.v)-in üstündə minlərlə məsuliyyət var. Münafiqlər düşməndir, kafirlər, müşriklər düşməndir. Düşmənlərinin sayı-hesabı yoxdur, çox çətin bir həyat yaşayır. Belə bir mühitdə Peyğəmbər (s.ə.v)-ə qarşı çox diqqətli olmaq lazımdır.
Münafiqlik bir nöqtədə deyil, hər nöqtədə xülasə şəkildə, qısa-qısa təsvir edilsə qəlbində xəstəlik olan, münafiqliyə meylli olan düzələr. Həmçinin əsil münafiqin də müəyyənləşdirilməsini təmin edər.
Sərt müxalifət demokratiyanın sağlam işlədiyini göstərər. Müxalifətin də elə canlı, aktiv olması yenə sağlam funksiya yerinə yetirdiyini göstərər.
İslama, Qurana faydalı olan hər kəsə mənəvi cəhətdən dəstək vermək lazımdır.
İslam aləmi dəhşət içində yaşayarkən, əsgərimiz, polisimiz Cənub-Şərqi Anadolu bölgəsində terrorla mübarizə apararkən bir çox insan öz dərdində olur. Halbuki özünü unudub müsəlmanları əsas götürməlidir. Öz dərdində olmaq eqoistlik olar. Bəziləri evlənmək dərdində, bəziləri futbol, bəziləri yarışma proqramının dərdində, bəziləri də televole mədəniyyəti ilə məşğul olur. Belə olmaz.
Quran anlaşılmaz, mürəkkəb Kitab deyil. Olduqca sadədir, Allahın hökmləri də çox açıqdır.
Birləşmək xoşbəxtlik gətirər, bölünmək xoşbəxtlik gətirməz. Bölünmək, asanlıqla yox edilmək üçün bir oyundur. İngiltərə dərin dövləti balaca tikə olduqda asanlıqla udacağını düşünür. Müsəlmanlar heç bir yerdə bu tələyə düşməməlidir.
Dəccaliyyətin yaratdığı təxribatın aradan qalxmasının yolu, ifşa olmasıdır. İslam aləmi bu mövzuda səy göstərməli və elmlə, irfanla İngiltərə dərin dövlətinin üstünə getməlidir.
İngiltərə dərin dövləti rusların və Amerika xalqının da üzərinə kabus kimi çökmüş vəziyyətdədir. Bu cəmiyyətləri öz məqsədləri istiqamətində istədikləri kimi yönləndirmək istəyirlər.
Dərin dövlətlərin xüsusiyyəti; xalqa həmişə yuxarıdan aşağı baxarlar, öz aləmlərində adam yerinə qoymazlar, əzərlər, öldürməyə cəhd edərlər. Həmçinin təməl fəlsəfələri darvinizm, homoseksuallıq və rumilikdir.