Səbir möminin xüsusiyyətidir. Dünyadan keçmək, yanlış bir söz eşitmək səbir tələb edir, hər mövzu səbir tələb edir.
Türkiyənin ən böyük problemi mənəviyyatdır, mənəvi inkişafdır. Darvinizm-materializmin elmlə, mədəniyyətlə yox edilməsi, Quran möcüzələrinin, iman həqiqətlərinin izah edilməsi lazımdır, mövzu budur. Onun xaricində, Türkiyə onsuz da inkişaf etməkdə olan bir ölkədir. Türkiyənin əsl beyin inqilabına, ruh inqilabına ehtiyacı var.
Biz dünya səviyyəsində darvinizmi elmlə, mədəniyyətlə məhv edincə müsəlmanların əli hər yerdə gücləndi. Müsəlmanlar sinələrini gərərək gəzirlər. Solun başı yerə düşdü.
Bütün kainatda Allah Nurdur. Nur; insanın ağlının qəbul edə biləcəyi ən gözəl görünüş, qəlb açıqlığı, gözəllik, imandan qaynaqlanan fərahlıqdır.
Bir insan öz mədəniyyətini bəyənmirsə keyfiyyətli insan ola bilməz. Yalnız xarici mədəniyyəti bəyənirsə mədəniyyətsizlik, başqa mədəniyyətə meyllilik vardır deməkdir. Sən öz mədəniyyətinin gözəlliyini, dərinliyini, zənginliyini görə bilmirsənsə, oradakı keyfiyyəti hiss edə və göstərə bilmirsənsə, sadəcə başqa mədəniyyətə meylli insansan deməkdir.
Estetika, keyfiyyət qatı dinçi insanda olmaz; onsuz da başa düşməz. Gözəl bir mənzərə ona təsir etməz; gözəl bir heykəl, gözəl bir musiqi təsir etməz. Hamısı üçün deyil, bir qismi belədir.
Qatı dinçilik sevgisizliklə iç-içədir. Qatı dinçilikdə məhəbbət, sevgi, mərhəmət yoxdur. Həsəd aparmaq, qısqanclıq, nifrət, eqoizm və qürur vardır, təkəbbür vardır.
Qat dinçiliyə qarşı CHP-nin çox güclü qarşı çıxması lazımdır. Qatı dinçilik ancaq dindarlıqla aradan qaldırılır. Qatı dinçilik dinsizlik, materialistliklə qaldırılmır, solçuluqla qaldırılmır. O zaman din həmişə qalib gələr, əzib keçər.
Yaşamaq üçün yaşatmayacaqsan məntiqi çox eqoist və çox mərhəmətsiz bir hərəkətdir. Elə yaşamağın bir mənası yoxdur, o zaman heç yaşamamaq daha yaxşıdır. Elə eqoist, vəhşicə yaşayacaqsansa heç yaşama. İnsan kimi yaşamaq üçün yaşanar. Müsəlman kimi yaşamaq üçün yaşanar. Vəhşicə yaşamaq üçün yaşanılmaz.
Müasir İslam anlayışını müdafiə edən aydın, mütərəqqi CHP-dir. İslam Birliyini müdafiə edən Cümhuriyyət Xalq Partiyasıdır. Asanlıq və gözəllik budur. CHP-ni qurtaracaq ən gözəl düstur da budur. İslam Birliyi, müasir İslam. Bu ikisi CHP-yə hakim olursa, CHP-nin birinci partiya olması an məsələsidir.
Türkiyə böyüyəcək, Turan olacaq! Böyük bir İslam Birliyi olacaq. "Qırmızı Alma" deyərkən, almanın əsas hissəsi Türkiyəyə paylandı hal-hazırda.
Xalq özünə hörmətsizliyi istəmir. Özünə hörmət, şəfqət duyulmasını, sevilməsini istəyir. Kim sevgi, şəfqət göstərirsə, onun tərəfində olarlar. Kim hörmətsizlik etsə xalq ondan qorxar, narahat olar. Kim yuxarıdan baxarsa, ondan narahat olar.
CHP-lilər İslamı, müasir İslam anlayışını ön plana alsınlar; çünki Atatürkün, rəhmətlinin idealı o idi, İslam Birliyi idi. İslam Birliyindən bəhs etsinlər, Atatürkün müasir İslam anlayışını ön plana gətirsinlər; gözəl bir nəticə olsun.
Keyfiyyət üçün mütləq pula ehtiyac yoxdur; ağıla, zövqə ehtiyac vardır.
Dünyanın ən keyfiyyətli insanına müsəlman deyilir. Ən yüksək dərəcəli insanına, ən yaxşı düşünən, ən gözəl əxlaqa sahib insana müsəlman deyilir.
Keyfiyyət həyatın ən mühüm xüsusiyyətidir. Gözəlliyin ən mühüm istiqamətidir keyfiyyət. Keyfiyyət yoxdursa, gözəllik də yoxdur. Məsələn, cənnət başdan-başa keyfiyyətdir. Cənnətin hər yeri keyfiyyətlidir. Keyfiyyət bitdiyində gözəllik də bitər.
Allah müsəlmanlara "Çəkindirici olsun gücünüz." "Qüvvətli görünün, güclü görünün" deyir. "Acizlik içində zəif görünməyin" deyir. Zəif görününcə, küfr azğınlaşır. Bunu, Bədiüzzaman da söyləyir.
Münafiqlər, əsas qüvvə həmişə kənarda deyə düşünər. Amma müsəlmanda da bir az qüvvəni görsə, o zaman bir heyranlıq duymağa başlayar. Onun üçün, Peyğəmbərimiz (s.ə.v) həmişə qüvvə, güc göstərmişdir. O zaman münafiqlər də baş əydilər. Bu müsəlmanın vəsfidir.
Münafiq küfrdə qüvvəyə, şərəfə sahib olacağam deyə yanıb alovlanar. Amma küfrə də getdiyində, küfr onu yandırıb yaxar. Yandıqca küfrə girər, küfrə girdikcə yanar. Bu bir-biriylə daima yarışan bir sistem olar. Və onu udar bitirər. Ta ki cəhənnəmin ortasına aparana qədər.
Müsəlmanlar qüvvə və ləyaqəti Haqda axtarması lazımdır. Həqiqi möminə şərəf gözüylə baxmaq lazımdır. Hörməti ona göstərmək lazımdır, küfrə deyil.
Bir qisim insanlar müsəlmana qarşı çox pərvazsız və rahat ola bilirlər. Halbuki, əsas möminlərə sevgi və hörmət edilməsi lazımdır. Küfr içində olanlara, qurtarmaq məqsədiylə şəfqət göstərərsən.