Dünyanın ən keyfiyyətli insanına müsəlman deyilir. Ən yüksək dərəcəli insanına, ən yaxşı düşünən, ən gözəl əxlaqa sahib insana müsəlman deyilir.
Keyfiyyət həyatın ən mühüm xüsusiyyətidir. Gözəlliyin ən mühüm istiqamətidir keyfiyyət. Keyfiyyət yoxdursa, gözəllik də yoxdur. Məsələn, cənnət başdan-başa keyfiyyətdir. Cənnətin hər yeri keyfiyyətlidir. Keyfiyyət bitdiyində gözəllik də bitər.
Allah müsəlmanlara "Çəkindirici olsun gücünüz." "Qüvvətli görünün, güclü görünün" deyir. "Acizlik içində zəif görünməyin" deyir. Zəif görününcə, küfr azğınlaşır. Bunu, Bədiüzzaman da söyləyir.
Münafiqlər, əsas qüvvə həmişə kənarda deyə düşünər. Amma müsəlmanda da bir az qüvvəni görsə, o zaman bir heyranlıq duymağa başlayar. Onun üçün, Peyğəmbərimiz (s.ə.v) həmişə qüvvə, güc göstərmişdir. O zaman münafiqlər də baş əydilər. Bu müsəlmanın vəsfidir.
Münafiq küfrdə qüvvəyə, şərəfə sahib olacağam deyə yanıb alovlanar. Amma küfrə də getdiyində, küfr onu yandırıb yaxar. Yandıqca küfrə girər, küfrə girdikcə yanar. Bu bir-biriylə daima yarışan bir sistem olar. Və onu udar bitirər. Ta ki cəhənnəmin ortasına aparana qədər.
Müsəlmanlar qüvvə və ləyaqəti Haqda axtarması lazımdır. Həqiqi möminə şərəf gözüylə baxmaq lazımdır. Hörməti ona göstərmək lazımdır, küfrə deyil.
Bir qisim insanlar müsəlmana qarşı çox pərvazsız və rahat ola bilirlər. Halbuki, əsas möminlərə sevgi və hörmət edilməsi lazımdır. Küfr içində olanlara, qurtarmaq məqsədiylə şəfqət göstərərsən.
İman əhlinə qarşı insanların ürəyində bir nifrət olar. Məsələn, küfr içində olan bir insanla danışarkən hörmətli olarlar, dəyər verərək danışarlar. Amma mömin olduğunda, daxilində qəribə bir şeytani nifrət duyur. Allaha sığınılması lazım olan bir şeytani instinktdir. Bu möminin təbii ki, çox lehinə olan bir şeydir. Möminlərin oturduqları yerdə hər dəqiqə, hər saat savab qazanmalarını təmin edər.
CHP-nin çox dindar olması lazımdır. Dindar olsa, iqtidar olar. Bu qədər. Qarışıq bir şey yoxdur. Müasir dindar. Hər kəs fəxr edər. Ta 1800-cü illərdən qalma solçuluqla, 2014-cü ildə siyasət yürütmək mümkündürmü? 1800-cü illərdə qalmışdır o düşüncə.
Dünyada yaxşılar, sevənlər, sevgini axtaranlar hər yerdə bir-birini axtarıb tapmalıdır. Bunu sürətləndirmək lazımdır. Dəhşəti, terroru, anarxiyanı istəyənlər bir-birlərini tapırlar; qoruyub mühafizə edirlər, hər yerdə dəstəkləyirlər. Amma sevgini müdafiə edənlərin bir çoxu bundan xəbərsizdir. Sevgini müdafiə edənlərin bir-birləriylə çox yaxşı əlaqədə olması lazımdır, bunun üçün çox məşğul olmaq lazımdır.
Yaxşılar, gözəllər, doğrular, sevgi dolu insanlar bir-birlərini ürəkdən sevirlər uzaqdan; amma birlikdə olmağın yolunu tapa bilmədilər. Birlikdə olmağın yolunu onlara Moşiyah, yəni Axırzaman Mehdisi göstərəcək.
Sevgi üslubuna keçid üçün liderlərin daha güclü hərəkət etməsi lazımdır. Bir araya gəlib sevgi üslubunda razılaşmaları lazımdır. Bundan sonra qətiyyətlə sevgidən bəhs edək deyə qərar almaları lazımdır. Bir çox siyasətçilərin dilindən sevgini eşitmirik.
Xurafatçılara nifrət gözü ilə baxmaq doğru deyil. Xurafatçı zamanla xəstələnmiş bir insandır. Uzun zaman içərisində bir-birlərini də xəstəliklə gücləndirən insanların bu xəstəliyinin daha da artdığını görürük. Onun üçün müşfiq bir üslubla, şəfqətli bir üslubla, ağıllı yaxınlaşmaq lazımdır.
Xurafatçılıq insanlıq tarixinin ən böyük fəlakətidir. Faşizmdən daha da betərdir. Kommunizmdə yenə insanlara nəyisə izah edə bilərsən, xurafatçıya heç nəyi izah edə bilməzsən. Dəhşətli vəhşilikdir xurafatçılıq.
Zaman çox möhtəşəm örtüdür. Allah zamanla mehdiyyəti tül kimi örtmüşdür. Zamana yayır, yavaş-yavaş olduğu üçün hiss olunmur.
Bədiüzzaman həzrətləri və Atatürk müasir İslamın zəminini birlikdə ortaya atmışlar. Bədiüzzaman hər nə qədər Atatürkə zidd kimi görünsə də düşüncə olaraq zəmində müasir İslam anlayışında müttəfiqdirlər. Atatürk Bədiüzzamanı çox bəyənir.
Bütün dünyanın gözü qarşısında mehdiyyət irəliləyir və dayandırmaq mümkün deyil. Qədərin axışı bu şəkildədir.
Allah quşlara belə, çiçəklərə də hamısına arılara, böcəklərə bəyənilmə hissi vermişdir, bəyənilməkdən xoşlanmaq. Allah da sevilmək istəyər. Allah da yaratdıqlarının bəyənilməsini istəyir. Bəyənmə, sevmə, sevgi Allahın möminlərdən istəkləridir.
Dünyanın ən böyük silahı sevgidir. Şiddətdən, başqa şiddət doğar. Amma sevgidə o səni daha çox sevər, sən onu daha çox sevərsən, dost olar, qardaş olar, dünyanı cənnətə çevirərsən.
Kinin yerini sevgi alsın. Döyüşün yerini sülh alsın. Allah bizdən sevgi istəyir. Dünya sürətlə bəlaya doğru gedir. Allah bu bəlanı qaldırıb yerinə sevgini hakim qılacaq, inşaAllah.
Cənnətdə musiqi var, rəqs vardır. Cənnətdə olan burda da vardır. Cənnətdə Allah gözəl görürsə, burada da gözəl görür.