Quran ən mükəmməl əxlaq sistemini öyrədər. Allahın bizdən ən çox istədiyi səmimiyyətdir. Mümkün qədər səmimi olmalıyıq.
Darvinizmin tədris ediləcəyi dərs “bütpərəst dinlər” bölməsidir. Darvinizmi biologiya dərsində elm kimi tədris etmək çox yanlışdır.
Neve Şalom sinaqoqu başda olmaqla, musəvi qardaşlarımızın bütün ibadətgahları qoruma altına alınmalıdır. Günahsız insanlara hücum etmək yaraşmaz haldır. İnancımıza və millətimizin ənənəsinə görə ibadətgahlar toxunulmazdır.
Müsəlman çətinliklər də olsa, əngəllər də olsa möminlərlə birlikdə olar. Mal, mülk, gələcək qorxusu üçün müsəlmanları tərk etməz.
Münafiqin dəhşətli gələcək qorxusu var və malının zərər görməsindən qorxar. Müsəlmanların yanında mənfəət üçün qalar, mənfəət üçün gedər. Münafiq ehtirasla malı toplayıb yığar. Müsəlman isə malını Allah üçün həmişə paylayar.
Münafiqlərin ən əxlaqsız cəhətlərindən biri Allahın adını və Quran ayələrini öz pis əməllərinə açıqlama gətirmək üçün işlətmələridir.
Allah fasiləsiz həyat və nemət verir, lakin bəzilərinin ağlına hərdənbir bu neməti verənlə əlaqə yaratmaq gəlir. Bu çox böyük əxlaqsızlıqdır.
Bəzi insanlar qəflətə qapıldığını görər, sonra düzəldərəm deyər. Belə olmaz. Yüksək sədaqət və yüksək səmimiyyətlə Allahla əlaqə olmalıdır.
Sevgi, mərhəmət, şəfqət olmadıqda hörmət də olmur. Allahı sevən, Allahdan qorxan insan qətiyyən qarşısındakına hörməti itirməz.
Şumerlərdə, assuriyalılarda, qədim Misirdə həmişə təsadüf bütü var idi. Darvinizm də təsadüf bütünü müdafiə edən batil bütpərəst dindir.
Gənclər arasında dostluğu gücləndirmək lazımdır. Hər kəsin bir-birinə salam verdiyi, yoldaş olduğu, dostluğun hakim olduğu mühit olmalıdır.
Türkiyə musəviləri Türkiyənin vətəndaşı olan insanlardır, bu insanları narahat etmək çox çirkindir. Neve Şalom sinaqoqu qarşısında etiraz aksiyası keçirmək olmaz. İbadətgah qarşısında etiraz aksiyası keçirmək olmaz. Dindar insanlar narahat edilməz. Bu, Quran əxlaqına və millətimizin ənənəsinə uyğun deyil.
Sevgisizlərdə düşmən sayı çoxdur. Kürddən, ələvidən, hər kəsdən nifrət edirlər. İnsanları fərqli yaradan Allahdır. Bu gözəllikdir. Hamımızı Allah yaratdı. Hamımız Adəm və Həvvanın övladlarıyıq. Heç kimin irqindən ötrü başqasından üstünlüyü yoxdur.
Qurandakı Allahın hökmündən kənar hökm olmaz. Ən gözəl, ən doğru hökm Qurandadır. (Ənkəbut surəsi, 51: özlərinə oxunan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmirmi? Şübhəsiz ki, bunda iman gətirən qövm üçün həqiqətən rəhmət və öyüd (zikr) vardır.)
Peyğəmbərimiz (s.ə.v)-in verdiyi hökm fərz yaratmaz. Qızıl işlədilməsini öz dövründə ictimai səbəblərdən ötrü qadağan etməsi qızılı haram etməz.
Türkiyədəki imkanları qiymətləndirərkən ölümdən qaçmış məzlum Suriyalılara edilən köməyi gündəmə gətirmək vicdanlı üslub olmaz. Suriyalılara edilən köməyi vicdan sahibi bütün insanların sevinc vəsiləsi olaraq görməsi lazımdır. Əks halda mərhəmət duyğusuna yaraşmaz.
Musəvilər və xristianlar Türkiyənin zinəti və gözəlliyidir. Onların Türkiyədən getməsi xoşbəxtlik gətirəcək vəziyyət deyil.
Peyğəmbərimiz (s.ə.v) dövründə musəvilər və xristianlara nəzakət və hörmət vardı. Onları düşmən görmək Qurana uyğun deyil.
Universitetlərin bütün binalarının təmiz, baxımlı və təravətli olması əhəmiyyətlidir. Gənclərin hər cəhətdən rahat olacağı təhsil müəssisələri olmalıdır.
Gənclərin üzərindəki təzyiq aradan qalxdıqca dünya daha gözəl olacaq. Dəccaliyyətin cadusunu elmi işlərimizlə mərhələ-mərhələ yox edirik.
Ərzaq satan yerlərin təmizliyi əsas məsələdir. Ən təhlükəli xəstəliklər gigiyenik olmayan mühitlərdə yoluxar.