Türkiyə musəviləri Türkiyənin vətəndaşı olan insanlardır, bu insanları narahat etmək çox çirkindir. Neve Şalom sinaqoqu qarşısında etiraz aksiyası keçirmək olmaz. İbadətgah qarşısında etiraz aksiyası keçirmək olmaz. Dindar insanlar narahat edilməz. Bu, Quran əxlaqına və millətimizin ənənəsinə uyğun deyil.
Sevgisizlərdə düşmən sayı çoxdur. Kürddən, ələvidən, hər kəsdən nifrət edirlər. İnsanları fərqli yaradan Allahdır. Bu gözəllikdir. Hamımızı Allah yaratdı. Hamımız Adəm və Həvvanın övladlarıyıq. Heç kimin irqindən ötrü başqasından üstünlüyü yoxdur.
Qurandakı Allahın hökmündən kənar hökm olmaz. Ən gözəl, ən doğru hökm Qurandadır. (Ənkəbut surəsi, 51: özlərinə oxunan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmirmi? Şübhəsiz ki, bunda iman gətirən qövm üçün həqiqətən rəhmət və öyüd (zikr) vardır.)
Peyğəmbərimiz (s.ə.v)-in verdiyi hökm fərz yaratmaz. Qızıl işlədilməsini öz dövründə ictimai səbəblərdən ötrü qadağan etməsi qızılı haram etməz.
Türkiyədəki imkanları qiymətləndirərkən ölümdən qaçmış məzlum Suriyalılara edilən köməyi gündəmə gətirmək vicdanlı üslub olmaz. Suriyalılara edilən köməyi vicdan sahibi bütün insanların sevinc vəsiləsi olaraq görməsi lazımdır. Əks halda mərhəmət duyğusuna yaraşmaz.
Musəvilər və xristianlar Türkiyənin zinəti və gözəlliyidir. Onların Türkiyədən getməsi xoşbəxtlik gətirəcək vəziyyət deyil.
Peyğəmbərimiz (s.ə.v) dövründə musəvilər və xristianlara nəzakət və hörmət vardı. Onları düşmən görmək Qurana uyğun deyil.
Universitetlərin bütün binalarının təmiz, baxımlı və təravətli olması əhəmiyyətlidir. Gənclərin hər cəhətdən rahat olacağı təhsil müəssisələri olmalıdır.
Gənclərin üzərindəki təzyiq aradan qalxdıqca dünya daha gözəl olacaq. Dəccaliyyətin cadusunu elmi işlərimizlə mərhələ-mərhələ yox edirik.
Ərzaq satan yerlərin təmizliyi əsas məsələdir. Ən təhlükəli xəstəliklər gigiyenik olmayan mühitlərdə yoluxar.
İnsana ən çox təsir edən duyğu, gözəllikdir. Xüsusilə qadın gözəlliyi insanların şüur altına ən çox təsir edən nemətdir.
Həqiqi İslam Quranda izah edilən İslamdır.
Qadınları gözəlləşdirən ən mühüm şeylərdən biri azadlıqdır. Qadın azad yaşaya bildiyi zaman canlanar. Biz qadın azadlığının əsas olmasını istəyirik, bacılarımız sevgisiz, təzyiq göstərən, nifrət dolu tiplərin sözlərini qəti ciddiyə almasınlar.
Hal-hazırda bütün Türkiyə mehdiyyət ruhunun bərəkətinin gözəl təsiri altındadır, bu getdikcə artaraq davam edəcək və nəticə çox gözəl olacaq inşaAllah.
Yaxşılar ittifaq etsə pislərin gücü olmaz. Buna görə də, bütün sevgi dolu yaxşı insanlar bir yerə toplanıb ittifaqla hərəkət etməlidir.
İngiltərə dərin dövləti Qətərdən başlayıb Birləşmiş Ərəb Əmirlikləri, İran körfəzi ölkələri və Səudiyyə Ərəbistanını əzmək istəyir. Bu oyuna düşməsinlər.
Bacı-qardaşlarımız bir qədər səbir etsinlər, hər şey gözəl olacaq. Türkiyə incəsənətin, keyfiyyətin, gözəlliyin, sevincin mərkəzi halına gələcək.
Liberal sistemdə barışdırma gücü daha yaxşı inkişaf edir. Repressiv sistemlərdə insan beyni kütləşər, insani xüsusiyyətlər aradan qalxar.
Axırzaman gözəl dövrdür. Allahın icazəsi ilə hz. Musanın mübarək sandığını da görəcəyik.
Ələvilər sevgi insanıdır. Ələvilər insanı, bitkini, heyvanı sevərlər. Ələvilərin ziyalı olması mövhumatçılığa qarşı gözəl qaladır.
Allahı sevməyi, Allahdan qorxmağı bilməyənlərin baxışlarında sevgi, gözəllik, şəfqət, dərinlik olmaz.