Qiyamət Mehdi (ə.s) gəldiyi üçün dayandırıldı, gözlətdirilir.
ABŞ, Avropa və İlluminati də İslam Birliyini istəyir. İslam Birliyi mütləq olacaq, inşaAllah.
Biz Suriyanın Türkiyə ilə birləşməsini istəyirik.
Vacib olan Quran həqiqətlərini izah etməkdir.
Artıq dünya xurafatçı insanlarla təmasda olmur.
Müsəlman insanları, Allahı çox sevən, Allahı çox sevdiyi üçün onun yaratdıqlarını da sevən, içi sevgi ilə qaynayan, coşğulu, həmişə gözəllik, gözəli axtaran, cənnətə istəkli, sözün gözəlinə inanan, təvazökar, mərd, dünya ilə alıb-verdiyi olmayan, ehtirassız, dünyanın ən yaxşı, keyfiyyətli insanı mənasını verir.
Parlamentar sistemini təhlükəli hesab edirik.
Kommunizmdə sakit, razı salmağa əsaslanan quruluş yoxdur.
Səadət Partiyası mənəviyyat məktəbidir. Mütləq fəaliyyətini həmişə davam etdirməlidir.
Bizim əsgərlərimiz rəsulullah (s.ə.v.) tərəfindən təriflənmiş əsgərlərdir.
Bədiüzzaman Həzrətləri indiyədək yaşamış alimlərdən ən böyüyüdür. Ustamıza söz deyilməsi ona olan sevgimizi daha da artırar. Ustamız çox şirindir, igiddir, əzizimizdir.
Müəmmalı ifadələrlə, eyhamlarla fərz hökmləri verilməz. Allahın axirətdə bizi sorğu-sual etməsi üçün möhkəm hökmün olması lazımdır. Allah "buna işarə etdim, niyə anlamadın?" deməz. "Açıq şəkildə söylədim, niyə başa dümədin?" deyər. İşarə ilə, dolayı yolla fərz olmaz. Bu, Cənabı Allahın ədalətinə uyğun olmaz.
PKK hərəkatı dəccal hərəkatdır. Dünyada bütün dəccal hərəkatları müvəffəqiyyətsiz olmuşdur. Ömürləri çox qısadır. Qanla gəlib, xəcalətlə gediblər. Həmişə qanla yaşayır. Amma mütləq qısa müddət sonra yox olurlar. Onların da qədərində bu vardır. Bunu qısa zaman ərzində görəcəklər.
Dəccallar daim məğlub olubsa, Mehdilər həmişə qalib gəliblər.
Əsəd rejimi yıxılacaq. Amma PKK da davam etməyəcək. Zülqərneyn Mehdi (ə.s.) onların qarşısından bir sədd çəkəcək və tamamilə o bəlanı, fitnəni aradan qaldıracaq, inşaAllah. Zülqərneyn səddi olacaq, inşaAllah.
Müsəlmanların birləşməyi diqqət mərkəzində saxlanmalıdır. İlk öncə İslam Birliyi, daha sonra bütün dünyanın düzəldilməsi qarşıda duran işlərdəndir. Çünki başda onu aparan, yol göstərən, xidmət göstərən bir qrup olmalıdır. Bunlar da müsəlmanlardır.
Əvvəl İslam aləmi olmalıdır. İSLAM ALƏMİ DÜZƏLSƏ, BÜTÜN DÜNYA DÜZƏLƏCƏK. İslam aləmi düzəlməsə Allah dünyanı düzəltməz. Dünyanın sahibi müsəlmanlardır. Sahibüz-zaman çıxmazsa, Allah da dünyanı tək, gücsüz və aciz buraxar.
Mehdi (ə.s)-ı gözləmək İslam Birliyini gözləməkdir. İslam Birliyi də ən böyük fərzdir. Mehdi (ə.s)-ı gözləməyimizi bizə peyğəmbərimiz (s.ə.v.) buyurur.
Türkiyənin Avropa Birliyinə girməsinin əhəmiyyəti artıq yoxdur. Artıq ölmüş cəsəddir. Yəni əllərindən heçnə gəlmir. Amma Türk-İslam Birliyi yeni bir mədəniyyət, yeni həyat, gözəllik olacaq.
Dəccal mühüm olan əlamətlərin çıxmasıdır. Əlamətlərin hamısı çıxarkən dəccal da çıxmış olacaq. Mehdi əlamətlərinin də hamısı çıxdığında, hz. Mehdi (ə.s) da çıxmış olacaq.
Peyğəmbərimiz (s.ə.v) buyurub ki, Mehdi (ə.s) dövründə 30-a yaxın dəccal olacaq. Bəziləri xurafatçılar içərisindən çıxacaq, AMMA ƏN BÖYÜK DƏCCAL DARVİNDİR.