Dəccal mühüm olan əlamətlərin çıxmasıdır. Əlamətlərin hamısı çıxarkən dəccal da çıxmış olacaq. Mehdi əlamətlərinin də hamısı çıxdığında, hz. Mehdi (ə.s) da çıxmış olacaq.
Peyğəmbərimiz (s.ə.v) buyurub ki, Mehdi (ə.s) dövründə 30-a yaxın dəccal olacaq. Bəziləri xurafatçılar içərisindən çıxacaq, AMMA ƏN BÖYÜK DƏCCAL DARVİNDİR.
Dəccalı tanımağın əsas yolu onun əlamətləridir. Dəccal bütün dünyanı dinsiz edəcək, dünyada hərcmərclik, anarxiya və terror meydana gətirəcək, İslam aləmini parçalayacaq və əsir edəcək. Bütün bu əlamətləri varsa, deməli, dəccal da var.
Dəccal Darvin, Stalin, Lenindir, bundan əlavə Marksdan ibarət komitəsi vardır. Bu komitəsi ilə təxribat etmişdir. Hal-hazırda Mehdi (ə.s.) da onların etdiyi təxribatın fəsadların aradan qaldırır.
İslam aləminə rəhbər, lider seçə bilmirlər. Seçə bilməyəcəklərini də artıq anlayıblar. Bir lider göstərilsə, ən azı 99%-i rədd edər. AMMA MEHDİ GƏLƏRKƏN TAMAMİLƏ BİRLİK OLACAQ.
Lider olmayanda qövm başsız qalır, parçalanır. Hal-hazırda İslam ümməti də parçalanıb, pərişan haldadır, sürünür. Çünki rəhbərsizdir.
Təkidlə xeyir söz deyilsə, o xeyir hər yerə yayılar. İnsanların ürəyinə Allah ilham edər və istənilən şey olar. Dayanmadan "İslam Birliyi olacaq" desən, olacaq.
Bütün peyğəmbərlərdə bir xüsusiyyət vardır ki, mənəvi həssaslıqları həddindən çox olur. Buna görə də kədərlənməyə, narahat olmağa meyilli olublar. Peyğəmbərlər və vəlilər çox riqqətli, nəzakətli, həssas olarlar.
Allah ayədə buyurur: "Allah sizə daşıya bilmədiyiniz yükü yükləməz". Heç kəs dözə bilməyəcəyi bir şeylə qarşılaşmamışdır.
Allah ağrı-acını veribsə, deməli,müalicəsi də var. Allah ən şiddətli ağrını belə yox edən dərmanlar yaratmışdır. Ağrını da, dərmanı da yaradan Allahdır. Allah ağrının təsirini dərmanla yox edər. Əslində ağrını yox edən Allah orada birbaşa dərmanı vəsilə edir.
Acizlik, xəstəlik, ölüm, ağrılar insanları Allaha coşğu ilə yaxınlaşdırar, dünyadan keçmələrini təmin edər. Əslində Allah insanların dünyadan keçməsi və ONU sevməsi üçün bunu insanlara nemət olaraq vermiş olur. Bəla kimi görünür, amma nemətdir.
Səadət Partiyası cəhd məktəbidir. Quran, iddia, həyəcan, mənəviyyat məktəbidir. Dərgah kimidir. Dayanmadan fəaliyyət göstərəcək. Səadət Partiyasının dağılması çox təhlükəli, yanlış addım olar .
Bizim əsgərimiz― Mehmet nur kimidir. Rəsulullah (s.ə.v) tərəfindən tərifləniblər. Görün deyir ki, "İstanbulu fəth edən komandir necə gözəl komandir, əsgərdir" Hansı əsgər? Türk əsgəri. Bu söz qiyamətə qədər etibarlıdır. Rəsulullah (s.ə.v) özü türk əsgərini şəxsən tərifləmişdir, maşaAllah.
Bədiüzzaman Səid Nursi rəsulullah (s.ə.v)-dən sonra yaşamış ən böyük alimdir. Bütün tərəfləri ilə isbat edərəm. Usta igid, mülayim, anarxiya və terrorun əleyhinə olan insandır. Türk Millətinə coşğun məhəbbəti vardır.
Ustaya söz atanlar ona heç bir ziyan verə bilməzlər. Daha çox sevməyimizə səbəb olarlar. Usta bizim üçün çox dəyərlidir.
Dövlət siyasəti olaraq idman hər yerdə həm təşviq edilməli, həm də lazımi qədər icbari olmalıdır. Məsələn, idman dərslərini məktəblərdə artırsınlar. Bizim gəncliyimiz idmançı olsun.
Dünyanın ən gözəl dili ərəb dilidir.Ondan üstünü yoxdur. Cənnət dilidir.
Dünyanın ən gözəl dili ərəb dilidir.Ondan üstünü yoxdur. Cənnət dilidir.
İnsan hələ yaradılmamışdan əvvəl imtahanının gərəyi olaraq lağ etmək, təzyiq, həbs və.s hazırlanır. Vaxtı gəldiyi zaman Allah onu göstərir.
İlluminati üç qərar verdi: 1) Mehdi (ə.s)-ı müəyyən etdilər. 2) İsa Məsih (ə.s.)-ı müəyyən etdilər. 3) İslamın dünyaya hakim olmasına qərar verdilər.
İsa Məsih özünə xas libası ilə Allah tərəfindən endiriləcək. Çünki həmin ayaqqabısı, paltarı ilə göyə yüksəldilmişdir. Həminki halı ilə, yatdığı vəziyyətdə yenidən yuxudan oyanaraq qalxacaq.