Etiqadı yanlış belə olsa etiqadlı bir cəmiyyət etiqadsız olanlara üstün gələr. Bir dəstə inanclı, inancı və ideologiyası olmayanlara hakim olar. Əgər insanların əksəriyyətinin zehni boşdursa, bir ideologiyası və inancı yoxdursa, qarşı tərəfin inancı səhv də olsa, sayı az da olsa qalib gələr.
(A9 TV; 22 avqust 2016)
Adnan Oktar
-
Allahı, Kitabı və İslamı rədd edən, bütün kainatın təsadüfən yaradıldığını iddia edən inkar fəlsəfəsinin dövlət əli ilə öyrədilməsi böyük fəlakətdir. Allahın açıqca inkar edilməsi Allahın xoşuna gəlməz. Darvinizm mütləq elmi cavabları ilə birlikdə öyrədilməlidir.
(A9 TV; 22 avqust 2016)
Adnan Oktar
-
Qınayanın qınağından çəkinməyən, yalnız Allahdan qorxan, heç bir mənfəət arxasında olmayan, bütün həyatını İslama həsr edən, bütün mənliyi ilə İslama xidmət edən, səhabə əxlaqını, İslamı yaymaq üçün səy göstərən, müasir, ziyalı, incəsənətdən və keyfiyyətdən zövq alan bir cəmiyyətik. Bizim bu xarakterimiz İslama qarşı olan bütün kütlələrə sanki mənəvi zərbə olur.
(A9 TV; 22 avqust 2016)
Adnan Oktar
-
Həqiqi mehdiyyətdə güc tətbiq etmək, zorakılıq, dağıtmaq, devirmək yoxdur. Sevgiylə, gözəl sözlə öyüd vermək vardır, gücləndirmək vardır.
(A9 TV; 22 avqust 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin Suriyada, İraqda olduğu kimi sel kimi müsəlman qanı axıtmaq və Türkiyəni parçalamaq üçün fəaliyyətdə olduğu görünür.
(A9 TV; 22 avqust 2016)
Adnan Oktar
-
Mehdiyyət üstünə gedildikcə inkişaf edir. Öz aləmlərində mehdiyyət əleyhinə olduğunu zənn edənlər də mehdiyyətə xidmət edərlər.
(A9 TV; 22 avqust 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti bölgədə bir armaqedon istəyir, sel kimi müsəlman qanı axmasını istəyir. Türkiyə əsla müsəlman qanı tökməz, tökməyəcək.
(A9 TV; 22 avqust 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti zəncirvari oyunlar qurur. Müsəlmanları bir-birlərinə qırdırmaq, müsəlman qanı tökməyə Türkiyəni alışdırmaq istəyirlər.
(A9 TV; 22 avqust 2016)
Adnan Oktar
-
Dövlət çevrilişi cəhdinin olduğu gecə ən azı 70 yerdə möcüzəvi hadisələr yaşandı. Həzrəti Xızır bütün Türkiyəni dolanırdı.
(A9 TV; 21 avqust 2016)
Adnan Oktar
-
Dində məcburiyyət yoxdur. Bu İslamın açıq hökmüdür. Məcburiyyətlə, təzyiqlə, zorakılıqla din olmaz. Təzyiq göstərən bir İslam anlayışını müdafiə edənləri tamamilə rədd edirik. Qurana əsaslanan demokrat, azad və dünyəvi bir sistemi müdafiə edirik.
(A9 TV; 21 avqust 2016)
Adnan Oktar
-
İslam adından sevgisiz, zorakılığa əsaslanan bir dünya modelini müdafiə edənlər İslamı deyil, müşrik sistemi müdafiə edirlər. Müşrik sistem ilə İslam eyni deyil.
(A9 TV; 21 avqust 2016)
Adnan Oktar
-
Qaziantep terror hücumu İngiltərə dərin dövlətinin hökuməti devirmək üçün etdiyi çirkin hərəkətlərdən biridir. Quldur kimi PKK-dan istifadə etdilər.
(A9 TV; 21 avqust 2016)
Adnan Oktar
-
Tək bir insanı öldürmək bütün dünyanı öldürmək kimidir. Zorakılıq heç vaxt qəbul edilə bilməz. Mübarizə ancaq fikirlə və elmlə aparılar.
(A9 TV; 21 avqust 2016)
Adnan Oktar
-
Dövlət çevrilişi ilə nəticə əldə edə bilməyənlər terrorla Türkiyəni devirməyə çalışırlar. Boşuna çalışırlar, heç bir nəticə əldə edə bilməzlər.
(A9 TV; 21 avqust 2016)
Adnan Oktar
-
Heç kim ölkəmizi və millətimizi PKK ilə təhdid etməyə cəhd etməsin. Millətin lazımi hüquqi qarşılığı necə verdiyini gördükləri zaman təəccüblənərlər.
(A9 TV; 21 avqust 2016)
Adnan Oktar
-
Ümumiyyətlə Münafiqlər mövzusu başdansovdu edilir, halbuki bir çox müsəlman ictimaiyyəti çətin vəziyyətə salan münafiqlərdir. İslam aləmini də məhv edən münafiq zehniyyətdir. Buna görə də, münafiqləri və zehniyyətini çox yaxşı izah etmək lazımdır.
(A9 TV; 21 avqust 2016)
Adnan Oktar
-
Biz millət olaraq dövlət çevrilişi cəhdlərindən də, terror hərəkətlərindən də usanmarıq. Türkiyə əleyhinə qurulan tələlərin heç biri müvəffəqiyyətli olmayacaq.
(A9 TV; 21 avqust 2016)
Adnan Oktar
-
Bizim millətimiz qədər şəhidliyə susamış bir millət yoxdur. Şəhidliyə məhəbbətimiz çox güclüdür, belə millətə heç nə edə bilməzlər.
(A9 TV; 21 avqust 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti öz aləmində hökuməti çətin vəziyyətə salmağa çalışır, kürd qardaşlarımız üzərində təzyiq yaradır. Yanlış yerə gəldilər. Kürd qardaşlarımız bizim canımızdır, İngiltərə dərin dövləti səhv yerdə və səhv oyunlar oynayır.
(A9 TV; 21 avqust 2016)
Adnan Oktar
-
İslam aləminin parça-parça olmasının tək günahkarı İngiltərə dərin dövlətidir.