İsa (ə.s), hz. Mehdi (ə.s)-ın vəziri olaraq nüzul edəcək, Peyğəmbərimiz (s.ə.v) belə söyləyir. Allah Mehdini şərəfləndirmək üçün, Mehdinin böyüklüyünü vurğulamaq üçün, İsa Məsihi ona vəzir olaraq göndərir. Mehdinin böyüklüyünü buradan anlayın. Hətəmə vəli deməkdir. Gəlib keçmiş ən böyük övliya, ən böyük vəlidir. Yəni imam Mehdi, səhabələrdən üstündür.
Müsəlmana güllə sıxan alçaqdır. Müsəlmanı öldürən alçaqdır və əxlaqsızdır. Belə təklif irəli sürənlər ən alçaq, şəxsiyyətsiz, soysuz insanlardır. Bu bilinsin.
(A9 TV; 28 iyun 2015)
Adnan Oktar
-
ABŞ indiyədək, mühafizəkarlığı, dindarlığı sayəsində dağılıb getmədi. ABŞ dindarlığını əldən versə bitər, məhv olar.
(A9 TV; 28 iyun 2015)
Adnan Oktar
-
Müsəlmanları öldürməyi düşünən, bunun üçün hazırlıq görən alçaqdır, əxlaqsızdır, xaindir, namussuzdur. Müsəlmanları öldürmək, əbədi cəhənnəmə getməkdir.
(A9 TV; 28 iyun 2015)
Adnan Oktar
-
Silaha sərf olunan vəsait yoxsul insanlara sərf olunsa dünyada inanılmaz zənginlik yaşanar. Dünyanın hər yerində bolluq, var-dövlət olar. Silaha, insan öldürməyə pul xərcləyirlər. Mehdi (ə.s) dövründə silahlar aradan qalxacaq. Silaha sərf olunacaq pul xalqa, müsəlmanlara, yoxsullara, məzlumlara paylanacaq.
(A9 TV; 27 iyun 2015)
Adnan Oktar
-
Allahın hökmü aydındır; PKK-ya da deyirəm, yaxın zamanda məğlubiyyətə məruz qalacaqlar. 40 illik dəccallıq müddətləri sona çatdı. Hamısı həbsxanaya atılacaq, ağıllarını başlarına yığsınlar.
(A9 TV; 26 iyun 2015)
Adnan Oktar
-
Kürd əsilzadədir, nəcibdir, alicənabdır, nəzakətlidir, nurludur, dindardır, nəzakətlidir, təmizdir, mərddir, igiddir, cəsurdur. Amma PKK alçaqdır, xaindir, murdardır, hər cür iyrəncliyi edən qatil sürüsüdür. PKK ilə Kürdə fərq qoya bilməyən insan məni təəccübləndirir. Yəni onları bir-birindən ayırmalısınız.
(A9 TV; 26 iyun 2015)
Adnan Oktar
-
Əgər hökumət MHP ilə koalisiya yaratmasa bu tarixi səhvi siyasət səhnəsindən tamamilə silinməklə ödəyər. Bunun üçün mütləq MHP ilə koalisiya yaratsın. Özü də güclü bir koalisiya.
(A9 TV; 26 iyun 2015)
Adnan Oktar
-
Mehdi (ə.s)-ın edəcəyi ilk şey ədaləti təmin etməkdir. Onun dövründə qətiyyən insanlara zülm edilməz.
(A9 TV; 26 iyun 2015)
Adnan Oktar
-
Quranda Mehdi (ə.s)-dən bəhs edilmir demək düz deyil. Kəhf surəsində, Yusif surəsində əvvəldən axıra qədər mehdiyyət izah edilir. Süleyman hekayəsi mehdiyyəti izah edir. Nur surəsinin 55-ci ayəsi dünya hakimiyyətini və mehdiyyəti izah edir.
(A9 TV; 26 iyun 2015)
Adnan Oktar
-
"600 min hədis var" deyir; bunun mümkün olması üçün Peyğəmbərimiz (s.ə.v) doğumundan etibarən hər saat bir hədis söyləməlidir. Ancaq Buxarinin verdiyi məlumata uyğun, seçdiyi qədər; çünki başqaları da: "Bir milyon hədis arasından seçdi" deyir. Bəziləri də: "Üç milyon hədis arasından seçdi" deyir. Peyğəmbərimiz (s.ə.v) min il yaşasa belə, yenə bu hədisləri söyləyəcək vaxt olmaz. Deməli, bu bir yalandır. Bunu uşaq belə anlayar.
(A9 TV; 26 iyun 2015)
Adnan Oktar
-
İki günlük dünya. Sənin o heyran olduğun insanların hamısı ölüb gedir. Heyran olduğun binalar dağılıb yox olacaq və dağılır da. Köhnəlmiş bez parçasına heyran olur, bezə heyran olur və başqa şeylərə heyran olur. Sən Allaha heyran ol, Qurana heyran ol.
(A9 TV; 25 iyun 2015)
Adnan Oktar
-
PKK-lılar əkdiklərini biçirlər; illərdir ki, bölgədə, dəhşəti və zorakılığı öyrədən PKK, gəlinən vəziyyətdə zorakılığa uğrayan da PKK-dır. Halbuki sülh, qardaşlıq və sevgini əsas götürməlidirlər.
(A9 TV; 25 iyun 2015)
Adnan Oktar
-
Masonluqda "açılmaz düyün" simvolu vardır. O, dünyanın açılmaz düyün halını alacağını və Mehdi (ə.s)-ın bu düyünü açacağını bildirmək üçün istifadə edilən 5 min illik bir mason simvoludur.
(A9 TV; 24 iyun 2015)
Adnan Oktar
-
Partiyalar altında toplanmaq haramdır. Müsəlmanları müxtəlif partiyalar altında toplamaq haramdır. Hamısını sevməlisən. Bir partiyaya səs verə bilərsən, bu ayrı məsələdir. Amma Allah partiyalar altında toplanmağı qadağan edir. Açıq hökm var. Ayədə birbaşa “partiyalar altında toplanmamaq” deyə keçir. Əlbəttə ki, bütün müsəlmanları dəstəkləməliyik.
(A9 TV; 24 iyun 2015)
Adnan Oktar
-
“Böyük Orta Şərq” layihəsi mehdiyyəti yox etmə layihəsidir. Mehdiyyət nə deyir? “İslam aləmi vahid halda birləşsin” deyir. Bu layihə isə “İslam aləmi parça-parça olsun” deyir. Ən başından bəri bunların hədəfi Türkiyəni, İraqı və Suriyanı parçalamaqdır.
(A9 TV; 23 iyun 2015)
Adnan Oktar
-
AKP-MHP hakimiyyətə gəlsin, hökumət yaratsınlar, Daxili İşlər Nazirliyini MHP-yə versinlər. Sağlam birini də daxili işlər naziri vəzifəsinə gətirsinlər. PKK hüquqi yollarla kökündən yox edilsin. Ən mühüm məsələ budur.
(A9 TV; 23 iyun 2015)
Adnan Oktar
-
İsrailə getdiyimiz vaxt azğın kommunistlərlə, anarxist-stalinistlərlə qarşılaşsaq mı gözəl olar, yoxsa araqçınları, hörülmüş saçları, əllərində Tövrat ilə səhərdən axşama qədər “Allah” deyənlərləmi? Əlbəttə ki, “Allah” deyənlərlə qarşılaşmağımız gözəl olar, nə qədər böyük nemətdir və 4 min ildən bəri hz. Musa (ə.s)-a sədaqət göstərirlər.
(A9 TV; 23 iyun 2015)
Adnan Oktar
-
“Allahdan əvvəl nə vardı?” deyirlər. Əvvəli və sonranı söylədiyindən ötrü, zaman anlayışına sahib olduğun aydın olur. Allah zamandan münəzzəhdir. Belə olduqda da, necə əvvəli və sonranı soruşa bilərsən? Allah zamandan və məkandan münəzzəhdir. Zaman olmadığından ötrü; "daha əvvəl nə vardı?" deyə bilmirsən. Allah zaman olmadan mövcud idi. Biz zamandan asılı olaraq yaradıldıq.
(A9 TV; 23 iyun 2015)
Adnan Oktar
-
İnsan təkəbbürlənməyə başladıqda Allah dinə yaxınlaşmasını mane olur, ağlını əlindən alır.
(A9 TV; 23 iyun 2015)
Adnan Oktar
-
Şeytan; ləyaqətsizliyin, ədəbsizliyin, laqeydliyin, romantikliyin ən yüksək səviyyəsinə çatmış bir manyakdır. Belə manyaklara cəmiyyətdə də rast gəlinər.